Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhid hərbçi Ələsgərov Fuad Cəfər oğludur. Onun nəşinin qalıqları sabah saat 15.00-da Tovuz rayonu Ağbaşlar kənd qəbiristanlığında dəfn olunacaq.
Mətləb Salahov