DİN xidmətə təşviqlə bağlı Cəlilabadda gənclərlə görüş keçirdi

Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərin Daxili İşlər Nazirliyi sisteminə xidmətə təşviq edilməsi ilə bağlı gənclərlə görüş keçirilib.
55 nəfərin qatıldığı tədbirə maraq böyük olub. Görüş zamanı natiqlər “Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət keçmə” haqqında əsasnamədə müəyyən olunmuş şərtlərlə iştirakçıları tanış edib və onları daha çox düşündürən suallara ətraflı cavab veriblər.
Məlumat üçün onu da bildirək ki, görüşdə Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Cavadov, Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi Firdovsi Nəsirov, baş inspektor, polis polkovniki Rüstəm Nəsirov, Daxili Qoşunların hərbi hissəsinin polkovnik leytenantı Elmin Məmmədov, Cəlilabad Rayon Polis Şöbəsinin Şəxsi Heyət üzrə rəis müavini Asif Ağayev, Vətən müharibəsi iştirakçısı Aqil Nəzərov, hərbi xidməti başa vurmuş gənclər, ali və orta ixtisas təhsil müəssisələrinin və rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri iştirak edib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü