Cümə günü, 06 noyabr 2026
     

Avropada Azərbaycan pediatrlarının nüfuzlu görüşü və elmi töhfələri

Image


12-15 iyun tarixlərində Becici şəhərində 2-ci EPA-UNEPSA (Avropa Pediatriya Assosiasiyası-Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqı) Avropa Pediatriyasının Aktual Mövzuları konqresi və 4-cü Monteneqro Beynəlxalq Profilaktik Pediatriya Konqresi keçirilib. Birgə konqresdə 50-dən çox ölkədən pediatriya qrumları, ekspertlər və təcrübəçilər pediatriya, profilaktik tibb və ictimai səhiyyədə ən müasir mövzuları araşdırmaq üçün bir araya gəlib. İştirakçılar plenar iclaslarda, interaktiv seminarlarda və poster təqdimatlarında geniş spektrli innovativ mövzular - probiyotiklərin perspektivləri, peyvəndlər, uşaqların psixi sağlamlığına dair yeni çağırışlar, xroniki qeyri-infeksion xəstəliklərin yaranmasının ilkin patofizyoloji mexanizmləri, neonatologiya, endokrinologiya, pediatriyada təcili yardım, allerqologiya, immunologiya və digər mövzularda çıxış ediblər.

Tədbirin əsas məqsədi yeni konsepsiya və konkret mövzu üzrə müasir tədris və öyrənmə üsullarına əsaslanmaqla, interaktiv öyrənməni dəstəkləyən metodologiyadan istifadə edərək mühazirələr, sual-cavab sessiyası, master-klass və praktiki seminar vasitəsilə pediatrlara və bu sahədə mütəxəsislərə klinik sübut və praktiki təhsilə dair bilgilər verməkdir.

Konqresdə ölkəmizi təmsil edən Azərbaycan Pediatrlar Assosiasiyasının nümayəndələri – APA-nın sədri, t.ü.f.d., dosent Təranə Tağı-zadə (qrup rəhbəri), təşkilati işlər üzrə ekspert Kamran Muradov, t.ü.f.d., dosent Gülnarə İbrahimova, t.ü.f.d., dosent Sulduz Əhmədova, t.ü.f.d., dosent Ülviyyə Hacıyeva, t.ü.f.d., dosent Aytəkin Adilova, t.ü.f.d., dosent Fəxriyyə Məmmədova, t.ü.f.d., dosent Lalə Hidayətova, t.ü.f.d., dosent Könül Cəfərova və assistent Gülnarə Kərimova – ümumilikdə -- məruzə və poster təqdimatlarla çıxış edərək, ölkəmizdə uşaq sağlamlığı sahəsində aparılan mühüm elmi-tədqiqat işlərini və müasir yanaşmaları beynəlxalq auditoriyaya təqdim ediblər.

Təqdimatlarda aparılan tədqiqatların nəticələri diqqətə çatdırılıb.

Uşaqlarda infeksiyaların allergik təzahürləri mövzusuna həsr olunan təqdimatda erkən yaş dövrünün – xüsusilə də həyatın ilk illərinin – allergik xəstəliklərin inkişafında nə qədər əhəmiyyətli rol oynadığı vurğulanıb. Bildirilib ki, bu dövrdə baş verən infeksiyalar mədə-bağırsaq traktı, tənəffüs yolları və dərinin selikli qişalarına təsir etməklə immun sistemdə balans pozuntularına səbəb olur. Nəticədə isə atopik dermatit, allergik rinit və bronxial astma kimi patologiyaların yaranmasına zəmin formalaşır. Təqdimatda bu proseslərin patogenetik əsasları ilə klinik əlamətlər arasındakı əlaqələr geniş şəkildə təhlil olunub.

"Laktamin" probiotik preparatının yenidoğulmuşlarda klinik effektivliyinin qiymətləndirilməsinə həsr olunmuş təqdimatda erkən neonatal dövrdə bağırsaq mikrobiotasının düzgün formalaşmasının uşağın ümumi sağlamlığı və immun sisteminin tənzimlənməsi baxımından nə qədər vacib olduğu izah olunub. Yerli istehsal olan bu probiotikin bağırsaq funksiyasının normallaşmasına, kolik əlamətlərinin azalmasına və immun cavabın güclənməsinə təsiri klinik müşahidələr və elmi sübutlar əsasında əsaslandırılıb.

Bioetika təhsilinin Azərbaycan Tibb Universitetində formalaşması və tətbiq sahələrindən bəhs edən təqdimatda isə müasir tibdə bioetikanın artan əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu sahə həkim-pasiyent münasibətlərinin mənəvi və hüquqi aspektlərinin dərk olunmasında mühüm rol oynayır. Təqdimatda bioetika fənninin tədrisi, fənlərarası inteqrasiyalar və gələcək həkimlərin etik davranış baxımından formalaşdırılması istiqamətində görülən işlər təhlil olunub. Azərbaycanda helikobakter pilori bakteriyası ilə yoluxmuş uşaqlarda bağırsaq mikrobiotasının disbalansına dair təqdimatda isə bu infeksiyanın təkcə qastroduodenal narahatlıqlara deyil, həm də bağırsaq mikrobiomuna ciddi təsir göstərdiyi izah edilib. Yoluxmuş uşaqlarda disbioz vəziyyəti, faydalı mikroorqanizmlərin azalması və bunun immun sistemə təsirləri geniş şəkildə şərh olunub. Eyni zamanda müalicə və profilaktik yanaşmalar da təqdim edilib.

Qripli uşaqlarda erkən diaqnostika və adekvat müalicənin ağırlaşmaların qarşısını almaqdakı roluna həsr olunmuş təqdimatda isə vurğulanıb ki, xüsusilə kiçik yaş qruplarında qrip fəsadlara yol aça bilər. Xəstəliyin ilkin simptomlarından başlayaraq laborator diaqnostikanın və antiviral terapiyanın vaxtında aparılması pnevmoniya və bronxiolit kimi ağırlaşmaların qarşısını almaqda mühüm əhəmiyyət daşıyır. Nəhayət, COVID-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindromun klinik-immunoloji xüsusiyyətlərini əhatə edən təqdimatda pandemiya sonrası dövrdə ortaya çıxan bu sindromunun xüsusiyyətləri analiz edilib. Bu sindromun sistemik iltihab, ürək-damar və sinir sistemlərinə təsiri, immunoloji mexanizmləri və aparılan müalicə protokolları təhlil olunaraq Azərbaycan təcrübəsinə dair praktiki nümunələr də təqdim edilib.

Azərbaycanı təmsil edən alimlər beynəlxalq tədbirdə fəal iştiraklarına görə rəsmi sertifikatlarla təltif edilərək yüksək dəyərləndiriliblər. Nümayəndə heyətinin fəallığı həm elmi cəhətdən maraq doğurub, həm də ölkəmizin pediatriya sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfəni bir daha nümayiş etdirib. Tədbirdə Monteneqronun səhiyyə naziri Vojislav Şimun, Beynəlxalq Pediatrlar Assosiasiyasının (IPA) prezidenti, professor Jozef Haddad, EPA-UNEPSA-nın prezidenti, professor Massimo Pettoello Mantovani, London Uşaq Sağlamlığı İnstitutunun professoru Ser Terens Stefenson və digər nüfuzlu alim və təşkilat rəhbərləri iştirak edərək, gələcəyin pediatriyasına dair strateji baxışlarını, eləcə də uşaq sağlamlığının qorunması sahəsində qlobal çağırışlar və prioritetləri müzakirə ediblər.
Beynəlxalq tədbir həm tibbi təcrübənin elmi əsaslarla təkmilləşdirilməsi, həm də profilaktik tədbirlərin effektivliyi baxımından iştirakçılar üçün mühüm əhəmiyyət daşıyaraq, onların nəzəri biliklərini və klinik bacarıqlarını zənginləşdirməyə, eləcə də müxtəlif ölkələrin təcrübəsini paylaşmaqla multidissiplinar yanaşmaları mənimsəməyə imkan yaradıb, eyni zamanda, gələcək əməkdaşlıqlar üçün peşəkar əlaqələrin qurulmasına zəmin yaradaraq, iştirakçıların beynəlxalq elmi platformalarda fəallığını daha da gücləndirib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:49
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ