Cümə günü, 06 noyabr 2026
     

Gürcüstanda Azərbaycan dilli mətbuatın böyük tarixi var… - MÜSAHİBƏ

Image


Razim Məmmədli: “…Azərbaycan dilli mətbuatın yaranması artıq qaçılmaz idi”

150 illik Azərbaycan mətbuatının bir qanadında da Gürcüstandakı Azərbaycan dilli mətbuat dayanır. Borçalı ziyalılarının ərsəyə gətirdiyi mətbuat orqanları soydaşlarımızın həyatında mühüm rol oynayıb, dilimizi, mədəniyyətimizi, ictimai fikrimizi, düşüncəmizi, tariximizi canlandırıb, təbliğ edib.

Gürcüstanın özünün media həyatında, ictimai mühitində Azərbaycan dilli mətbuatın yeri ayrıcadır.

Müsahibimiz, filologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Razim Məmmədli ilə bu mövzuda danışdıq. Onu da deyək ki, R.Məmmədli Gürcüstanın Azərbaycan dilli mətbuatının tarixinin yorulmaz araşdırmaçısıdır.

“Gürcüstanda Azərbaycan dilli mətbuatın sayı bu ölkə öz müstəqilliyini elan etdikdən sonra daha da artdı”

- Gürcüstanda Azərbaycan dilli mətbuat orqanlarının tarixi nə vaxtdan başlayır?

- Məlumdur ki, Güney Qafqaz çar Rusiyası tərəfindən işğal olunduqdan sonra yerli əhalinin həyat tərzində müəyyən dəyişikliklər baş verdi, bəzi sahələrin inkişaf etdirilməsi üçün zəruri işlər görüldü. Qafqazda Azərbaycan xalqının özünəməxsus şərəfli tarixi, qiymətli maddi və mənəvi mədəniyyət abidələri ilə mühüm yerlərdən birini tutur. XIX əsrin birinci yarısında Güney Qafqazın mədəniyyət mərkəzi hesab olunan Tiflis şəhərində rus və gürcü dillərində bir sıra qəzetlər nəşr olunurdu. Qafqazda Azərbaycan dilli mətbuatın yaranması məsələsi isə xeyli gecikmişdi. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. 1928-ci ildə Tiflis şəhərində “Tiflisskiye vedomosti” qəzeti rus dilində nəşrə başladı. Həmin qəzet 1829-cu ildə gürcü, 1830-cu ildə fars (cəmi 1 nömrəsi çıxmışdı), 1832-ci ilin əvvəlində isə Azərbaycan dilində buraxıldı. “Tiflis əxbarı” adı ilə Azərbaycan dilində buraxılan bu qəzet - vərəqənin ömrü uzun olmadı, onun son nömrəsi 1833-cü ilin əvvəllərində çap olundu.

1845-ci ildə isə Tiflisdə “Zakavkazskiy vestnik” qəzetinin əlavəsi kimi Azərbaycan dilində “Qafqazın bu tərəfinin xəbərləri” adlı qəzet-vərəqə buraxılıb. Bu qəzet 1846-cı ildə bağlandı.

- Bəs orda Azərbaycan müəlliflərinin imzaları necə görsənirdi?

- İstər “Tiflis əxbarı”, istərsə də “Qafqazın bu tərəfinin xəbərləri” qəzetlərinin əsas vəzifəsi rəsmi dövlət məlumatlarını, qərar qanunlarını Azərbaycan dilində yaymaqdan ibarət olsa da, Tiflisdə yaşayan Azərbaycan ziyalılarının xırda yazıları da çap olunurdu. Məsələn, ikinci qəzetdə A.Bakıxanovun nəsihətlərindən nümunələr işıq üzü görmüşdür.

Lakin etiraf etmək lazımdır ki, bu qəzetlərlə Azərbaycan mətbuatı yaranmadı, ancaq olsa-olsa, tədqiqatçıların da qeyd etdiyi kimi, onlar yalnız və yalnız yaranmaqda olan Azərbaycan milli mətbuatının rüşeymi oldular. Bəllidir ki, Azərbaycan mətbuatının yaranması tarixi 1875-ci ilin iyun ayının 22-də nəşrə başlayan “Əkinçi” qəzeti ilə bağlıdır.

Onu da vurğulamaq yerinə düşər ki, 1877-ci ildə “Əkinçi” qəzetinin nəşri dayandırıldıqdan sonra yenə də Tiflis şəhərində Azərbaycan dilində “Ziya” (1879), “Ziyayi-Qafqaziyyə” (1880), “Kəşkül” (1883) kimi mətbuat orqanları nəşr olunmuşdur. XX əsrin əvvəllərində isə Tiflisdə “Şərqi-Rus” (1903), “Molla Nəsirəddin” (1906) kimi məşhur mətbuat orqanları fəaliyyətə başladı.

- Bu hansı amillərin, hansı proseslərin təsiri ilə baş verdi?

- Söylənilənlərdən çıxış edərək bildirmək istəyirəm ki, XIX əsrin istər birinci, istərsə də ikinci yarısında Tiflisdə, eləcə də Gürcüstanın azərbaycanlılar yaşayan bəzi bölgələrindən çıxan ziyalı həmvətənlərimizə çar imperiyası nə qədər qeyri-obyektiv münasibət bəsləsə də, imperiya daxilində onlara həqarətlə baxsalar da, soydaşlarımız sübut etdilər ki, onları savadsızlıqda, avamlıqda suçlamaq əsassızdır. Çünki burada yaşayan azərbaycanlılar ana dilində qəzet nəşr etdirə bilməsələr də, Tiflisdə çap olunan rusdilli mətbuatda müntəzəm çıxış edir, müxtəlif mövzularda yazıları bu qəzetlərdə işıq üzü görürdü. Bu mənada Ömər Faiq Nemanzadə, Mirzə Şərif Mirzəyev, Hüseyn Minasazov, Məhəmməd Şahtaxtlı və başqalarının yazıları “Qafqaz”, “Zakavkazskiy vestnik”, “Novoye obozrenie”, “Zakavkaziya” və s. mətbuat orqanlarında işıq üzü görürdü. Hadisələrin gedişatı göstərirdi ki, imperiya nə qədər məhdudiyyət qoysa da Azərbaycan dilli mətbuatın yaranması artıq qaçılmazdır. Çünki XX əsrin əvvəllərində Tiflisdə yaşayan azərbaycanlı ziyalıların sayı xeyli artmışdı və onlar milli mətbuatın yaranmasını israrla tələb edirdilər.

- Bu mətbuat orqanlarının sayı, fəaliyyəti haqda nə demək olar?

- Gürcüstanda Azərbaycan dilli mətbuatın sayı bu ölkə öz müstəqilliyini elan etdikdən sonra daha da artdı. Onu da xatırladım ki, təkcə 1918-1921-ci illərdə Tiflisdə Azərbaycan dilində bir sıra qəzet və jurnallar işıq üzü gördü. Onlardan “Gələcək” (1918), “Albayraq” (1918), “Vətən” (1920), “Yeni dünya” (1918), “Gənclər yurdu” (1919), “Tartan - partan” (1919) və başqa qəzet və jurnallar Azərbaycan xalqının milli azadlıq hərəkatını müdafiə etmiş, demokratik Azərbaycan Respublikasının yaranmasını alqışlamış, ideya istiqamətlərini bu respublikanın mənafeyini qorumağa yönəltmişlər.

- O nəşrlərdən nümunələr necə, qorunub saxlanılıb?

- Təəssüflə qeyd etməliyəm ki, adlarını çəkdiyimiz mətbuat orqanlarının nüsxələrinin əksəriyyəti sonradan itib-batmış və ya qəsdən məhv edilmiş, qalanlar isə lazımınca qorunub saxlanmamışdı.

Yeri düşmüşkən onu da xatırladaq ki, Acarıstanda da 1920-ci ilə qədər Azərbaycan dilində bir neçə qəzet işıq üzü görüb. Burada nəşr olunan qəzetlərdən “Sədai millət”, “İslam Gürcüstanı” yarı Azərbaycan, yarı gürcü dilində nəşr olundu. Adlarını çəkdiyimiz qəzetlərdən birincisi Acarıstan Milli Şurasının orqanı olub, ikincisi isə Abaşidzelərin (xüsusilə Məmməd bəy Abaşidzenin, onun türk təxəllüsü Sancaqbəyzadə olmuşdur) vəsaiti ilə çıxıb.

- Sovet illərində də xeyli qəzetin nəşr edildiyi məlumdur…

- Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflisdə əvvəlcə “Kommunist” (1921), sonra isə “Yeni fikir” (1922) nəşrə başladı. Bu qəzetlərin ilk redaktorları Məmmədəli Nasir, Həsən Səbri, Hüseyn Səmih, Ə.Muvandi və b. olub.

N.Nərimanovun 1922-ci ildə Tiflisdə olması “Yeni fikir” qəzetinin nəşrini sürətləndirir. Onun məsləhəti ilə Tiflisdə yaşayan azərbaycanlı ziyalılardan Ələkbər Qərib, Əziz Şərif, Əli Yazıdçı, Rzaqulu Nəcəfov, Ömər Faiq qəzetin nəşrinə cəlb olunurlar. N.Nərimanov qəzet üçün şrift və dəzgahların gətirilməsinə yardım edir. Qəzet 1922-ci ildən Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurasının orqanı olaraq gündəlik nəşr olunur. 1926-ci ilin yanvarın 26-da “Yeni fikir” qəzetinin 1000 -ci nömrəsi işıq üzü görmüşdür.

“Yeni fikir” qəzeti 1927-ci il may ayının 31-də nəşrini dayandırmış, bundan bir ay sonra 1927 -ci il iyun ayının 30-da Tiflisdə “Yeni kənd” adı ilə nəşrini davam etdirmişdi. Qəzet 1939-cu ildə “Sovet Gürcüstanı” adı ilə çap olunmuş, keçən əsrin 90-cı illərinin əvvəllərindən isə “Gürcüstan”adı ilə indi də çap olunmaqdadır.

- Bildiyimiz qədər, Gürcüstanda Azərbaycan dilində bədii mətbuat orqanları da olub. Bu haqda nə demək olar?

- Gürcüstanda nəşr olunan nüfuzlu mətbuat orqanlardan biri də “Dan ulduzu” ədəbi-elmi jurnalı olmuşdur. Gürcüstan və Ermənistan SSR Yeni Türk Əlifbası Komitəsinin orqanı kimi latın əlifbası ilə nəşr olunmuşdur. Jurnalın ilk nömrəsi 1926-ci ilin may ayında çıxmışdır. “Dan ulduzu” jurnalı Gürcüstanda yaşayan azərbaycanlıların ictimai həyatını müvəffəqiyyətlə əks etdirmiş, ədəbiyyat, mədəniyyət və incəsənət məsələlərinə geniş yer ayırmış, xüsusilə Azərbaycan ədəbiyyatının təbliğində böyük rol oynamışdır. Odur ki, jurnal yalnız Qafqazda deyil, Orta Asiya respublikalarında da sevilə-sevilə oxunmuş, onun sorağı keçmiş SSRİ-nin müxtəlif güşələrindən gəlmişdir. Çəkinmədən qeyd etmək mümkündür ki, “Dan ulduzu” jurnalı sözün əsl mənasında ədəbi məcmuə olmuşdur. Buna görə də onu Azərbaycan mətbuatı tarixinə ədəbi jurnal kimi daxil etmək yerinə düşərdi.

Azərbaycan mətbuatı tarixində şərəfli yerlərdən birini tutan “Dan ulduzu”jurnalının son 54-55-ci birləşdirilmiş nömrəsi 1931-ci ilin avqust ayında buraxılmışdı. Jurnal bağlandıqdan sonra Gürcüstan Yeni Türk Əlifbası Komitəsi onun əvəzinə “Şərq kolxozçusu” adı ilə yeni bir məcmuə buraxmışdır. Bu jurnalın altı nömrəsi çıxdıqdan sonra 1931-ci ilin dekabr ayında bağlanmışdı.

Bu jurnalları müxtəlif illərdə Ələkbər Qərib, Saleh Zəki, Əlisəttar İbrahimov kimi istedadlı mühərrirlər redaktə etmişlər.

Gürcüstanda nəşr olunan uzunömürlü mətbuət orqanlardan biri də “Qızıl şəfəq” adlı uşaq jurnalı olmuşdur. 1926-cı ilin sentyabrında nəşrə başlayan jurnal 1930-cu ilin yanvar ayından “Yeni qüvvə”, 1939-cu ildən isə “Gənc nəsil” adı ilə fəaliyyətini davam etdirmişlər. Jurnalın səhifələrində təlim-tərbiyə məsələrindən bəhs edən çoxlu şeir, hekayə, povest, kiçik həcmli pyeslər çap edilmişdir. Jurnalın səhifələrində çoxlu folklor nümunələrinə - tapmacalar, atalar sözünə , lətifələrə, nağıllara da təsadüf olunur. Müxtəlif dövrlərdə bu jurnalların məsul redaktorları Sirac Məmmədov, Əbil Əhmədov, Mirzə Mirzəyev, Əbil Ucarlı, Cəfər Mürşüdlü, Abidə Nəsibli, İbrahim Babayev kimi istedadlı mühərrirlər olmuşdur.

- Azərbaycan dilli mətbuatın inkişaf dövrü də olub yəqin ki…

- Keçən əsrin 30-cu illərindən başlayaraq Gürcüstanda Azərbaycan dilli mətbuat orqanlarının sayı xeyli artdı. Belə ki, Tiflisdə nəşr olunan mərkəzi qəzet və jurnallarla yanaşı, azərbaycanlılar yaşayan rayonlarda da bir sıra qəzetlərin nəşrinə icazə verildi. Bu illərdə Sarvanda (indiki Marnueli) “Pambıqçı” (1931), sonra isə “Stalin yolu”, Lüksemburqda (indiki Bolnisi), “Al bayraq” (1938), Baş keçiddə (indiki Dmanisi), “Sosializm maldarlığı” (1935), Qarayazıda (indiki Qardabani), “Stalinçi” (1931), Adıgündə “Qızıl rəncbər”, sonra isə “Adıgün kolxozçusu” (1936), Axalsixdə “Kommunist” (1930), sonra isə “Sosializm kəndi” (1940) kimi qəzetlər Azərbaycan dilində çap olunmağa başladı.

Haqqında söhbət açdığımız rayon qəzetlərinin üçü – “Adıgün kolxozçusu” (Adıgün rayonu), “Qızıl bayraq” (Axalsixi rayonu), “Sosializm kəndi” (Aspinza rayonu) qəzetlərinin nəşri məlum səbəblərə – Ahısqa türklərinin elliklə bu yerlərdən qanunsuz və əsassız olaraq sürgün edilməsindən sonra 1944-cü ilin axırlarında dayandırıldı. Sarvanda (Marneuli) çıxan “Stalin yolu” qəzeti, “Yeni Marneuli”, Luksemburqda (Bolnisi) çıxan “Al bayraq” qəzeti, “Qələbə bayrağı” qəzetləri, Başkeçiddə (Dmanisi) buraxılan “Sosializm maldarlığı” qəzeti “Trialeti” Qarayazıda (Qardabani) nəşr edilən “Stalinçi” qəzeti “Samqori” adları ilə son vaxtlara qədər yarıazərbaycan, yarıgürcü dilində nəşr olunurdu.

- Keçən əsrin 90-cı illərindən sonra o nəşrlərin vəziyyəti necə oldu?

- Təəssüflə qeyd etmək lazımdır ki, 1990-cı illərin əvvəllərinə qədər bu qəzetlərin Azərbaycan bölmələri bir sıra ciddi təzyiqlərə məruz qalmış, onların potensial imkanları xeyli məhdudlaşdırılmışdır. 1990-cı ilin ortalarında “Yeni Marneuli” qəzeti “Kveto Kartli” (“Aşağı Kartli”), “Tələbə bayrağı” qəzeti isə “Bolinisi” adlandırılmışdır. Bundan az sonra isə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil etməsinə baxmayaraq, Bolnisi rayonunda nəşr edilən “Bolnisi”, Dmanisi rayonunda çıxan “Trialeti” qəzetlərinin Azərbaycan bölmələri heç bir səbəb olmadan bağlandı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ