Cümə günü, 06 noyabr 2026
     

Qarabağ müharibəsində itkin düşmüş leytenant-cərrah - 13 nəfəri xilas etdi və...

Image


Sayyad Həsənova: “Qəribin sağ olmasından ümidim kəsilib, heç olmasa qalıqları tapılaydı, bir məzarı olaydı”

Yollar yorğunu gözlər, dilsiz-ağızsız gözlər, sual dolu baxışlar ağlamağı peşə edən anaların, bacıların, balaların, vəfalı ömür-gün yoldaşlarının gözləridir. Yüzlərlə qadının, yüzlərlə ananın, yüzlərlə körpənin ümidini qırdı yollar, gedənləri qaytarmadı heç vaxt. Kiminin tabutu gəldi, kiminin də itkin sorağı, bütün xəbərlərin adı “qara xəbər” oldu.

Birinci Qarabağ müharibəsində itkin düşən leytenant rütbəli həkim-cərrah Həsənov Qərib Müzəffər oğlunun 33 ildir ki, həyat yoldaşı, bir yaş üç aylığında qoyub getdiyi Aytacı, heç vaxt üzünü görmədiyi Ümidəsi yolunu gözləyir. Ümidi üzülüb onların, ağlamaqdan gözlərinin nuru da öləziyib.

Nəşi bugünə qədər tapılmayan, itkin düşən, şəhid statusu alan əslən Qubadlı rayonunun Eyvazlı kəndindən olan Qərib Müzəffər oğlu Həsənov 1955-ci il dekabrın 29-da Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhərində yerləşən 18 nömrəli orta məktəbdə təhsil alıb. Rusiyanın Leninqrad (Sankt-Peterburq) şəhərində hərbi həkim vəzifəsinə yiyələnib. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb və Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə hərbçi həkim vəzifəsində çalışıb. XXI əsrin dəhşətli hadisələrindən olan Xocalı faciəsindən sonra Milli Orduya yazılıb.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası şəhid və itkin düşən oğullarımızın ailələri üçün bir təsəlli ünvanıdır. Xalqımızın qəhrəman oğullarının xatirəsini əbədiləşdirən redaksiyanın qapısını döyən analar, bacılar, həyat yoldaşları, övladlar burda özlərinə səmimi, mehriban həmdərd tapırlar. Həsənov Qəribin həyat yoldaşı Sayyad xanımla və qızı Aytac xanımla Xatirə Kitabı Redaksiyasında görüşdük.

“İlk vaxtlar qayıdacağına ümidim çox idi”

Sayyad Həsənova danışır ki, həyat yoldaşı Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə həkim işləyib. Xocalı faciəsindən möhkəm sarsıldı, “mən müharibəyə getməliyəm” dedi, heç cür saxlaya bilmədim. Onun müharibəyə getməsinə razı deyildim, amma bütün israrlarıma baxmayaraq getdi. Dedim ki, mən bir uşaqla tək qalacağam, getmə...Dedi ki, mən getməyim, sən getmə, bəs kim getsin? “Atana gedib deyəcəyəm ki, getməyinə mane olsun” dedim. Cavab verdi ki, atama demişəm, deyib ki, getmək istəyirsənsə get. 1992-ci ilin aprel ayı idi, bir də gördüm gedib Milli Orduya yazılıb. Milli Ordu üçün şəkil çəkdirmişdi, gətirib o şəkli mənə verdi, bu onun sonuncu şəkli oldu. Sonra təlimə getdi, sonra da onu Ağdama apardılar. Arada iki-üç dəfə gəlib bir-iki gün qalıb qayıtdı. Sonuncu dəfə 1992-ci ilin iyun ayının 2-də gəldi. Aytac qızım 1 yaş 3 aylıq idi, həmin gecə səhərə qədər ağladı, atasının sinəsi üstə uzanırdı sakitləşirdi, götürəndə yenə ağlayırdı. Sanki atasını bir daha görməyəcəyi ürəyinə dammışdı. Qərib özü sonuncu dəfə gələndə çox kefsiz idi, ağzıüstə uzanırdı, bir söz demirdi, nə qədər soruşsam da nə olub, niyə beləsən, “heç nə olmayıb” deyirdi.

Səhər Ağdama gedəndə mənə dedi ki, uşağı durğuz, üzündən öpüm. Dedim ki, uşaq xəstələnib deyəsən, durğuzsam yenə ağlayacaq. Aytacı durğuzmamağımı indiyə qədər də heç cür özümə bağışlaya bilmirəm, gərək durğuzaydım. Bir də həmişə gələndə arxacınca su atırdım, bu dəfə atmadım. Bunu da özümə bağışlaya bilmirəm. Yola saldım, gedirdi çönüb evimiz tərəfə baxırdı. Getdi və bir daha qayıtmadı. 1992-ci il iyunun 17-də qara xəbəri gəldi. Ağdamın Sırxavənd kəndi uğrunda gedən döyüşlərində iştirak edib. Bu döyüşdə tək başına 13 yaralını xilas edib.

Mənə gəlib dedilər ki, qaynanan qəzaya düşüb, hazırlaş gedək. Getdim gördüm ki, qadınlar qaynanamgildə oturub qaynanam da onların içində. Bu mənzərəni görən kimi ürəyim getdi yıxıldım. Bildim ki, yoldaşıma nəsə olub”.

Sayyad xanım deyir ki, həyat yoldaşının itkin düşməsi xəbərindən sonra yaxınları ondan bir soraq almaq üçün Ağdama gedib. Sayyad xanımın sözlərinə görə, Sırxavənddə qızğın döyüşlər zamanı Qərib Həsənov itkin düşüb: “O deyib ki, qızım xəstədir, icazə verin gedib ailəmə baş çəkim, ona icazə verilib, amma icazə kağızı stolun üstündə qalıb. Komandiri var, indi Simqayıtda işləyir, tramatoloqdur. O danışır ki, həmin vaxt döyüş şiddətlənib, ermənilər hər yandan hücum edib, Qəribi də Sırxavəndə göndəriblər, ora gedib. Ordan çıxanlar danışır ki, iki sanitar maşını olub, birinə yaralıları doldurub çıxarıblar. Deyiblər ki, Qərib, gəl gedək, vəziyyət ağırlaşıb, hər yerdən atırlar mühasirəyə düşə bilərik. Deyib ki, yox, bir nəfər var, ağır yaralıdır, evdə yolunu üç uşağı gözləyir, mən onu çıxarmasam özümü bağışlaya bilmərəm. Deyib ki, mən onu orda o vəziyyətdə qoymayacağam, gedib həmin adamı da götürüb arxanızca gələcəyəm. O gedən də gedib, yoldaşları gözləyib görüblər ki, Qərib geri qayıtmır. Həmin yolu ermənilər tutublar. Onların da sanitar maşını vurulub, maşın yanıb. Bilmirəm ki, maşın yananda yaralılarla birgə maşında o da olub, ya yaralıları çıxarmağa gedəndə vurulub. Heç bir məlumatım yoxdur”.

Aytac xanım söhbətə qoşulur: “Yaralı adam atama deyib ki, mənim üç uşağım var, məni burda qoyub getmə. Atam o adamı meşədə ağaca söykəyib deyib ki, narahat olma mən gəlib səni aparacağam. Ona verdiyi sözü yerinə yetirmək üçün geri meşəyə qayıdır və onunla da ondan soraq verən olmur. Atam 13 nəfər yaralını təkbaşına xilas edib. 37 yaşı vardı atamın. Siması yadımda qalmayıb. Nəşi də hələ ki tapılmayıb, məzarı da yoxdur. Heç nə istəmirəm, bircə barmağını da tapıb versələr təsəlli taparam...”

Ailəli idi.İki qız övladı yadigar qalıb.

Sayyad xanım danışır: “Əvvəllər daha çox inanırdım ki, Qərib şəhid olmayıb, yaşayır, nə vaxtsa qayıdacaq...Təzə vaxtlar qayıdacağına ümidim çox idi. Qaynanam rəhmətə gedənə qədər deyirdi ki, mənim oğlum sağdır gələcək. Amma mən onunla bağlı bir yuxu gördüm. Hardasa 10-15 gün idi bu hadisə olmuşdu. Yuxuda gördüm ki, düzəngah bir yerdir, həmin o yerdə Qərib üzüqoyulu uzanıb, qolundan qaldırıram “Qərib, Qərib, qalx” deyirəm, baxıram ki, bədəni bütün çürüyüb (ağlayır). Sonra qaynanama dedim ki, mən belə bir yuxu görmüşəm. Dedi ki, qızım, yuxudur. Gördüyüm o yuxudan sonra ümidimi kəsdim. Deyirdilər ki, sağdır, hətta bir adam da vardı, dedi ki sağdır, danışmışam. Amma gerçəklikdə heç bir məlumat ala bilmədik. O vaxt Sırxavənd kəndi ermənilərin əlində idi, ona görə də orda axtarış aparmaq mümkün deyildi.

Torpaqlar azad olunandan sonra o ərazilərdən toplu məzarlıqlar tapılır. Bu da bizə ümid verdi ki, bəlkə ordan onun da nəşi tapıla. Müraciət etdik ki, axtarışlar gücləndirilsin. Qəribin sağ olmasından ümidim kəsilib, heç olmasa qalıqları tapılaydı, bir məzarı olaydı...”

Əri müharibəyə gedəndə Ümidə qızına hamilə olub Sayyad xanım, Ümidə atasının itkin düşməsindən sonra dünyaya gəlib, amma atasının üzünü görməyib: “İkinci qızımızın adını Ümidə qoydum, ümid edirdim ki, bəlkə Qərib qayıda...Qayıtmadı.

Həyat yoldaşıma şəhid statusu verilib.

Necə tanış olmağıma gəlincə, o, mənim iş yerimə gəlmişdi. “Ximkombinatda” işləyirdim, onların bir yaxın qohumu da iş yoldaşım idi, onun yanına gələndə görüb bəyənmişdi. Sonra da ailə qurduq”.

Aytac danışır: “Atamla bağlı heç bir xatirəm yoxdur, kaş ki, olardı. Mən həyatda xoşbəxt olmadım. Demə ki, atasız qızlar hər şeyi yarımçıq yaşayır, xoşbəxtliyi də. 44 günlük müharibədən sonra qarşıma məqsəd qoydum atamı yaşadım. İnternetdə axtarış verdim, görüm atam haqqında heç bir məlumat yoxdur, sanki belə bir adam heç dünyaya gəlməyib. Bu mənə çox pis təsir etdi. İstəyirəm atamın bir məzarı olsun, özümə söz vermişəm ki, ondan sonra ağlamayacağam”.

Sayyad xanım söhbəti davam etdirir: ”Aytacı o qədər çox istəyirdi ki, heç olmayan kimi. Aytac yeni iməkləyirdi, o işdən gələndə “Aytac”, deyə çağırırdı Aytac da iməkləyib atasına tərəf gedirdi. O qədər öpürdü, öpürdü...”

Qərib Həsənovun xatirəsinin əbədiləşdirildiyini deyən Sayyad xanım bildirdi ki, onun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Şəhidlər xiyabanında xatirə guşəsi, yaşadığı binada guşə var, oxuduğu Sumqayıt şəhər 18 nömrəli orta məktəb şəhidin adını daşıyır. 2024-cü ildə şəhidin adına Gəncə İmamzadədə ziyarət, Ağcabədi rayonunda Qəhrəmanlar Parkında, Siyəzəndə Şəhid məscidində, Sumqayıtda Tarix Muzeyində guşəsi var...

Ailəsi Qərib Həsənovun şəhid olduğu fikrinə daha çox inanır. Sayyad xanım deyir ki, sağ olmağına kiçik bir ümidi var: “Deyirəm bəlkə sağ qalıb ona görə ki, rus və erməni dillərini də mükəmməl bilirdi, həkim-cərrah idi. Bəlkə onu əllərində saxlayıb istifadə edələr. Bəlkələr çoxdur, cavab isə yoxdur. Amma bilirəm ki, müharibəyə hazırlıqlı gedib, deyirdi ki, ələ düşməmək üçün tədbirlidir, yəni özünü öldürə bilər...

Onun qara xəbəri gələndən sonra intihar etmək barədə çox düşündüm, çox istədim ki, canıma qəsd edim, amma uşaqlarıma görə çəkindim...Qəribsiz həyatımız çox ağır keçdi, çox”.

“Bacımdan əvvəl doğulduğum üçün utanıram, sıxılıram, çünki onun atamız haqqında danışmağa bir sözü belə yoxdur. Bacım atam itkin düşəndən sonra dünyaya gəlib. Atamın yoxluğu bizim çox çətin oldu, hələ də o çətinliyi yaşayırıq...”Bunu da Aytac deyir.

Atasızlıq çox ağırdı əlbəttə. Aytacı, Ümidəni, onlar kimi atasız böyüyən yüzlərlə, minlərlə uşağı atasız qoyan, təkqanadlı böyüdən işğalçı müharibənin vurduğu yaralar hələ də qan verir. Müharibə onlardan təkcə atalarını almadı, həm də uşaqlıqlarını aldı...33 il bundan əvvəl Sayyad xanım həyat yoldaşını itirdi və geri qayıdacağına inanmasa da bu gün hələ də onun yolunu gözləyir, ya özünü, ya da nəşini istəyir. Deyir ki, bəlkə ondan sonra ürəyi dinclik tapa...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ