"Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir" - Nataliya Bayona

Ümumdünya Turizm Təşkilatının (ÜTT) icraçı direktoru Nataliya Bayona Bakıda keçirilən BMT-nin Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında bildirib ki, Azərbaycan süni intellektin cəmiyyətin rifahı naminə təşviqi və rəqəmsal infrastrukturun inkişafında regional liderə çevrilib. SİTAT: "2,3 milyon insan və ya ölkə əhalisinin 23 %-i 14-29 yaş arasındadır. Məhz həyatın bu dövründə gənclərə turizmin hansı imkanlar açdığını və onların bu sahəyə nə gətirə biləcəklərini göstərmək vacibdir. Ölkədə savadlılıq səviyyəsi 100 %-dir. Gənclərin mənim sahibkarlığa və innovasiyalara olan həvəsimi bölüşdüyünü görmək xüsusilə xoşdur".
O bildirib ki, Bakı son 6 ildə əhəmiyyətli tərəqqi nümayiş etdirib: "Mənim üçün bu tarixi, parlaq şəhərdə yenidən olmaq xüsusi zövqdür. Müasirlik və ənənələrin unikal birləşməsi Bakını həqiqətən xüsusi edir. Turizm gənclər, qadınlar və hər kəs üçün geniş imkanlar təqdim edir. Azərbaycan yalnız mənim buna olan inamımı gücləndirir. Bu ölkə öz ənənələrini və mədəni irsini qürurla qoruyur və inkişaf etdirir".
Mətləb