"Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti əsas şərtdir" - DİN rəsmisi

Uşaqların kibermühitdə zərərli informasiyalardan qorunması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında koordinasiyalı fəaliyyətin qurulması vacibdir. Lakin heç bir mexanizm valideyn nəzarətini əvəz edə bilməz.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Uşaqların kibermühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masada Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev deyib.
O qeyd edib ki, uşaqların internet resurslarında istifadəsi zamanı təhlükəli və zərərli məzmunlara çıxışının qarşısının alınması məqsədilə xüsusi uşaq yönümlü axtarış sistemlərinin və nəzarət mexanizmlərinin yaradılması zəruridir. İ.Əliyev, həmçinin sosial şəbəkələrdə yayılmış qeyri-qanuni məlumatların uşaqların gələcək psixoloji və sosial inkişafına mənfi təsir göstərdiyini bildirib.
ZÜMRÜD