"Hər il 125 min uşaq təhlükəli və çirklənmiş qidadan həyatını itirir"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfransda maraqlı faktlar açıqlayıb. Onun sözlərinə görə, hər il təxminən 600 milyon insan qida mənşəli xəstəliklərə yoluxur: "Bu təhlükədən daha çox əziyyət çəkənlər beş yaşdan kiçik uşaqlardır. Onlar qida mənşəli xəstəliklərdən əziyyət çəkənlərin 40 faizini təşkil edir. Hər il təxminən 125 min uşaq bu səbəbdən dünyasını dəyişir".
Qurum rəsmisi bəyan edib ki, hər il dünyada təxminən 420 min insan təhlükəli və ya çirklənmiş qidanın istehlakı səbəbindən həyatını itirir.
Mətləb Salahov