“Ağ ölüm” ə qarşı barışmaz olaq...

Narkomaniya dövrümüzün ən dəhşətli bəlasıdır. Onunla mübarizə aparmaq hamının mənəvi borcudur. Əsrin, cəmiyyətin bu bəlasının qarşısını vaxtında almasaq millətin gələcəyinə dəhşətli faciələr yaranar. Narkomaniyaya “yox” demək üçün əməli işə başlamaq, ölkəni bu bəladan qorumaq ən önəmli vəzifələrdən biridir. Bütün təbliğat vasitələrdən, dövlətin verdiyi qanunlardan istifadə etmək olduqca vacibdir. Gənclərin, yeniyetmələrin sağlam həyat tərzi ruhunda tərbiyə olunması zamanın tələbidir. Həmçinin onların asudə vaxtını, əyləncə sistemini maraqlı qurmaqla narkomanlığın yayılma halını səngitmək olar.
Bu fikirlər Masallı rayonu, M.Qarayev adına Sığınacaq kənd tam orta ümumtəhsil məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədilə keçirilən tədbirdə deyildi.
Tədbirdə eyni zamanda Masallı Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki A.Ağayev, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini A.Abbaszadə və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun əməkdaşı şagirdlərlə Polis Akademiyasında təhsilə təşviqi ilə bağlı söhbətlər aparıldı.
Daha sonra şagirdləri ən çox düşündürən suallara cavab verildi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü