çərşənbə günü, 24 iyun 2026
     

Cənnət ətri

Image


Şəhidlər haqqında yazanda öncə vikipediyaya baxıram: Natiq Vahid oğlu Məmmədbəyli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhididir.

Qəribə hiss dolur ürəyimə: ağrılı, dərdli, qürurlu, sevincli, kədərli...

Vətən müharibəsi... Vətən müharibəsi şəhidləri... Gözlərim, beynim ilişib qalır bu ifadələrdə.

1972-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olub baş leytenant Səyavuş Saleh oğlu İmranov. 1989-1994-cü illərdə Azərbaycan Texniki Universitetində həm də hərbi təhsil alıb. 1996-2000-ci illərdə Ağdam bölgəsində tağım komandiri olub. Sonra ehtiyata buraxılıb. 30 il neft sənayesində çalışıb. Fəxri neftçidir. 2-ci Qarabağ savaşının qazisidir.

Baş leytenant Səyavuş İmranov danışır: 20 ildi ehtiyatdaydım. Tovuz hadisələri zamanı hərbi səfərbərbərliyə könüllü qoşuldum. İlk gündən müharibədə olmuşam. Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğruna döyüşlərdən keçdim. Müharibədi. Nə deyim ki? Dəhşətdi. 30 ilin ağrısı, acısı da var. Hamı qələbə üçün döyüşürdü. Ölüm haqda düşünmürdük. Necə igidlərimiz var. Natiq də bizim qəhrəmanımız idi. Toplanma məntəqəsində tanıdım onu. Döyüş bölgəsinə getməliydik. Sürücü lazım idi. “mən bacararam” deyib önə çıxdı. Heç fikirləşmədi. Sağ-salamat bizi təyin olunmuş yerə çatdırdı. Əslində geri qayıtmalıydı. Qayıtmadı. “Döyüşəcəm” dedi. Nə qədər təkid etsəm də olmadı. Avtomobili təhvil verdi. Çox fədakarlıqlar edirdi. Yaralılara ilk tibbi yardım göstərir, onları təhlükəsiz mövqeyə çıxarır, təxliyyə edilməsinə çalışırdı. Həmişə öndəydi. Oktyabrın 19-da növbəti tapşırıq aldıq. Hadrut qəsəbəsinin Ərgünəş dağına qalxmalı idik. Ərgünəş çox önəmli strateji əhəmiyyətlidir. Düşmən mütəmadi əks hücumlar edirdi. 19-da gecə biz yüksəkliyə qalxdıq. Oktyabrın 20-də sübhdən ağır döyüş başladı. 22-də artıq Ərgünəş tam azad idi. Ordan Şuşa istiqamətində irəlilədik. Bu çətin döyüşdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdik. Bizim də şəhidlərimiz, yaralılarımız oldu. Mən də yaralandım. Natiq Məmmədbəyli Ərgünəş dağı uğrunda gedən döyüşlərin ilk şəhidi idi. Başda Natiq olmaqla torpaqlarımızın azadlığı uğrunda şəhid olanların hamısı ilə fəxr edirəm. “Ruhunuz şad olsun, rahat olsun” deyirəm.

Natiq Məmmədbəyli 1993-cü il iyulun 18-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində anadan olub. 1999-cu ildə Şağan kəndində 124 №li tam orta məktəbdə doqquzillik təhsil alıb. Yaxşı oxuyan sakit, həlim, mehriban Natiq müəllim və şagirdlərin sevimlisiydi. Hələ ibtidai təhsil alarkən Gülsüm müəllimə valideynlərinə deyirdi: “O qədər məsuliyyətlidi ki. Dərs danışanda, tapşırığını yoxlayanda çox həyacan keçirir. Bir nöqtə səhvi belə onu narahat edir, utandırır”. Beləcə böyüyür hər hərəkətini ölçüb-biçən, hər işə məsuliyyətlə yanaşan Natiq Məmmədbəyli. 2008-ci ildə 9 illik təhsildən sonra 101 №li peşə məktəbində tam orta təhsil almaqla bərabər, sürücülük peşəsinə yiyələnir.

2011-2013-cü ildə Goranboy rayonunda N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçir. Xidmətini layiqincə yerinə yetirir.

“Uşaqlıqdan sevimli oyuncaqları maşınlar olub. “Maşın ustası olacam” deyirdi həmişə. Təkcə sürücülük öyrənmədi, həm də yaxşı maşın ustası idi.- deyir anası Güldanə xanım. -Oğlum çox istiqanlı, çox mehriban, zəhmətsevər idi. İdmanı sevirdi. 3 il klassik güləşlə məşğul oldu, çox yarışlarda iştirak etmişdi, fərqlənmişdi. Sadəcə zədələr aldı, idmandan ayrılmalı oldu. Heyvanları da sevərdi. Qoyun saxlayırdı. Sübhdən qalxar heyvanlarına baxar, sonra işə gedərdi. Öz zəhməti, qazancı ilə özünə ev tikirdi. Seçib sevdiyi qızla nişanlıydı. Amma ərazi bütövlüyümüz də onu narahat edirdi. Müharibə xəbəri yayılan kimi “mən də gedəcəm” dedi. Mənə bildirmədi, amma hərbi komissarlığa gedib, təkid edirmiş. Bir gün gec çağırdılar deyə narahat oldu. 28 oktyabrda çağırdılar. Həmin gecə “ana, mənim yanımda yat” dedi. Balamdan qəribə, heç vaxt duymadığım ətir gəlirdi. Onu gətirəndə də bu ətri duydum. O gündən bu ətir yayılıb hər yerə elə bil. Cənnət ətri... Balam uca məqamdadı - bir də qürurla bunu söylədi ana.

Siz heç qürurlu şəhid anaları danışanda göz yaşının səsini eşitdinizmi? Mən eşitdim. Bu göz yaşında gah ağrı-acıya, dərdə batdım, gah da gördüyüm bütün çirkablardan təmizləndim.

Vətən savaşı zamanı könüllülərin sayı-hesabı yox idi. Natiqin də Azərbaycan torpaqlarının Ermənistan işğalından azad etmək arzusu vardı çoxları kimi. O da bu arzu uğruna silaha sarıldı. Cəbrayılın, Füzulinin, Zəngilanın, Hadrutun azad olunması uğruna döyüşlərdən keçdi.

Atası Vahid kişi tez-tez oğlunun qaça-qaça getdiyini xatırlayır: Tovuz hadisələrindən, Polad Həşimovun ölümündən sonra rahatlıq tapmırdı. O vaxt könüllü yazılmışdı. Hər gün İkinci Qarabağ savaşının başlanmasını gözləyirdi. Hərbi komissarlığa qaça-qaça getdi. İnsan övladını hamıdan üstün bilsə də, yaşadıqca yenidən tanıyır. Onun gedişi yadıma düşdükcə kövrəlirəm, qürurlanıram. Necə vətənsevdalıymış oğlum...
Xalqın qəhrəmanı oldu. Tariximizə şərəf gətirdi. Şagird gündəliklərinə yazılan qara günləri sildi.

Tural Məmmədbəyli: Natiqlə təkcə qardaş deyildik, dost idik. Çox sevinirdi döyüşə gedəcəyinə. Zəng edəndə elə rahat danışırdı ki, elə bil ölümlə üz-üzə deyil. “Necəsən” soruşanda, “Torpaqlarımızı alırıq, necə olaram-əla. O qara tarixləri silirəm, qardaş” deyirdi. Bizim gündəliklərdə işğal günləri yazılırdı qara hərflərlə. Məktəbli olsaq da, hər baxanda əsəb keçirirdik. O qara tarixləri silməyi çox arzulayırdıq. Qardaşım kimi oğullar o qara günləri sildi tariximizdən. Natiq şəhid olandan sonra oğlum dünyaya gəldi Qardaşımın adını daşıyır. Məhz Natiq kimi oğulların sayəsində böyüyən nəslin gündəliyində qələbə günləri yazılacaq. Bunu çox arzulayırdı. Ən ali arzusu torpaqlarımızın azadlığı idi. Ən ali arzusuna çatdı qardaşım.

Natiq “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Seyfulla Ağayev onun həm də xalası oğludu: İkimiz də yazılmışdıq. Mənə bir gün əvvəl zəng gəlmişdi. Elə narahat idi. Bütün günü ”məni niyə çağırmırlar”,-dedi. Səhər sevinə-sevinə zəng vurdu ki, mən də gedirəm. Mən tankçı idim. Ona görə döyüşlərdə ayrı düşdük. Amma orda da onun igidlikləri haqqında eşidirdim. Onunla fəxr edirdim...

“Gözəl dost, cəsur döyüşçü idi Natiq. Sinəsini hər kəs üçün sipər edərdi. Müharibədə hər şeyi gözə alırsan. Orda olmaq bir başqadı. Döyüşmək ağır deyil əslində. Torpağını azad edirsən. Ən ağrılı döyüş yoldaşlarının şəhid olduğunu görməkdi. Çox çətin olur. O döyüşlərdə yaralandım. Natiqin də şəhid olduğunu gördüm. Heç unutmaq olmur...” - bunları xatırladı qazi Elnur.

“Zəfər paradından iki gün əvvəl yuxuma gəldi. Maşınım nümayişdə olacaq. Elə bildim özü də ordadır. Onun varlığını hiss edirəm. Onun ətri gəlir hər yerdən-cənnət ətri...” - bir də bunu dedi Güldanə xanım.

Elədi, əziz Ana, gözəl Ana. İndi igidlərimizin, şəhidlərimizin ayağı dəyən hər yer cənnət ətirlidir. Bizim Azərbaycan cənnətdi. Onun hər qarışında şəhidlərimizin izi var. Ona görə bu yurdun havasından, suyundan, dağından, daşından cənnətin ətri gələcək həmişə.

Kamalə Abiyeva




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 23:38
Xameneyinin gizli məktubları açıldı, canlı yayım kəsildi, yüksək vəzifəli məmur istefa verdi - İranda XƏYANƏT QALMAQALI…

23.06.2026 / 23:10
Rusiya dizelin ixracına tam qadağa qoymağa hazırlaşır...

23.06.2026 / 22:57
İrəvanın rəqəmsal industriyası Azərbaycandan asılı vəziyyətə düşür...

23.06.2026 / 22:23
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçildi

23.06.2026 / 22:16
Kerç boğazının hər iki sahili bombalanır - Zelenskinin hərbi-taktiki planı...

23.06.2026 / 21:54
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb

23.06.2026 / 21:49
Təhsil nazirinin planı mübahisəli sayılır - regionlarda tələbə sayını bu yolla artırmaq çətin olacaq...

23.06.2026 / 21:34
Türkiyədə sursat anbarında partlayış - Ölənlər var…

23.06.2026 / 21:12
Kılıçdaroğlu “Dəmirtaşı ziyarət edəcəyəm" dedi - “Hansı üzlə?..” cavabını aldı

23.06.2026 / 20:35
Ukrayna və Polşa prezidentlərinin şəxsi intriqası dərinləşir - Zelenski Polşaya getmədi...

23.06.2026 / 20:34
İlham Əliyevlə Berdiməhəmmədov “3-cü ölkələrlə bağlı” maraqlı qərar verdilər...

23.06.2026 / 20:10
Bakının fəallaşan dəstəyi Aşqabadı Transxəzər qaz kəmərinin çəkilişinə həvəsləndirə bilər...

23.06.2026 / 19:48
“Bir pəncərə” prinsipi: QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ

23.06.2026 / 19:44
Harutyunyan, Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib

23.06.2026 / 19:36
Türk dünyasına açılan üfüq yolu - Əhliman ƏMİRASLANOV yazır...

23.06.2026 / 19:23
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...

23.06.2026 / 17:39
Tramp avqustun 21-dək İran nefti üzərindən embarqonu götürdü...

23.06.2026 / 17:27
Prezident Dövlət qulluqçularını təltif etdi

23.06.2026 / 17:25
İran-Rusiya-Çin üçlüyü Kollektiv Təhlükəsizlik Sazişinə doğru gedir...

23.06.2026 / 17:15
Prezidentin Şuşada inşa edilmiş birinci yaşayış kompleksində uşaqlarla görüşünə dair paylaşım edilib - VİDEO

23.06.2026 / 17:10
Zelenski Lukaşenkoya 2 şərt, bir həftə vaxt verdi...

23.06.2026 / 16:58
Xamneyi Pezeşkianı "vurmağa" hazırlaşır - xalqa müraciətdə müəmmalı fikir...

23.06.2026 / 16:54
Ekspertlər Əmrullayevdən fərqli düşünür - " tam ləğv etmək olar"...

23.06.2026 / 16:33
ABŞ İranla "Yüksək Səviyyəli Komitə" haqda razılaşma əldə etdi...

23.06.2026 / 16:29
Ermənistanda müxalifəti təmsil edən bütün deputatların mandatı ləğv edilir...

23.06.2026 / 16:20
Konstitusiya məhkəməsində Paşinyanın qələbəsinin legitimlik araşdırması başladı - 2 hakim vuruldu...

23.06.2026 / 16:07
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli ola bilər...

23.06.2026 / 15:54
İran iqtisadiyyatı müharibə rejimindən çıxarılır - İsrail yenə hər şeyi məhv etməsə yaxşıdır...

23.06.2026 / 15:42
AzərTelekom Avropa-Asiya "rəqəmsal İpək Yoluna" Ermənistanı da bağladı - narahatlıqlar var...

23.06.2026 / 15:36
Moskva İrəvandan məyus oldu - seçkidən əvvəl gözlədiklərinin əksini görür...

23.06.2026 / 15:15
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı - FOTO

23.06.2026 / 15:14
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO

23.06.2026 / 15:06
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTO

23.06.2026 / 14:57
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır

23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...

23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya - "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`

23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ