Cümə günü, 06 noyabr 2026
     

Başına daş salınmış MƏKTƏB...

Image


Əvvəla ondan başlayım ki, ölkəmizdə son dərəcə böyük şəraiti və texnoloji imkanları olan gözəl məktəblər tikilir. Bu, hər il baş verir və neçə-neçə gözəl məktəb ocaqları şagird və müəllimlərin ixtiyarına verilir. Bu, gerçəkdən böyük uğurdur. Bu, təhsil üçün açılan böyük imkanlar deməkdir. Qalır o məktəblərdə gözəl tədris, idarəetmə və bilik qazanmaq. Hə, elə dərd də burdadır...

Artıq neçə illərdir ki, orta məktəblərdəki direktorların özbaşınalığı, nizam-intizamın xaosla əvəzlənməsi, bir sıra müəllimlərin dövlətin tədris saatında şagirdə aşılamalı olduğu biliyi dərsdən sonrakı pullu məşğələyə saxlaması və bununla da orta məktəblərdə repititor biznesinin çiçəklənməsi barədə o ki var yazırlar. Bir az təəccüblü, bir o qədər də bəzilərinin xoşuna gəlməsə də, sovet təhsil sisteminin nizam-intizam və tədris taktikasının üstünlüyü barədə xatirələr də aradabir media və sosial şəbəkə səhifələrini bəzəyir. Haqlıdırlarmı?- müəyyən mənada bəli. Özü də pedaqoqdan daha çox dəllala bənzəyən bir sıra direktorların məktəbi nüfuzdan saldığı bir vaxtda bütün müqayisələr aktual səslənir.
Nə oldu ki, məktəb bu sürətlə hörmətdən düşdü, necə oldu ki, bir vaxtlar gələcək nəsillər üçün az qala müqəddəs bünövrə sayılan, dəhlizlərində müəllimi görəndə şagirdlərin hörmət və təzim göstərdikləri təhsil ocağı belə acınacaqlı günlərə qaldı? Necə oldu ki, bir vaxtlar valideyndən on qat artıq uşaqlara ata-ana qayğısı götərən o böyük MÜƏLLİM adı, nüfuzu beləcə ucuz şəkildə xərclənib bitirildi?
Gələk əsas məsələyə. Son günlər məktəblərin hüquqi publik şəxs statusunda fəaliyyət göstərəcəkləri barədə danışılır və təklif edilir. Məktəblərin publik hüquqi şəxs olması, onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərməkdən çıxaraq müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu o deməkdir ki, məktəblər müstəqil olacaq, məktəb direktorlarının qərarvermə səlahiyyəti genişlənəcək, onlar məktəb ərazilərinin icarəyə verilməsi, müstəqil maliyyə sistemi yaradılması kimi qərarlar verə biləcəklər.
Bundan başqa, hüquqi və maliyyə müstəqilliyi o zaman effektiv olacaq ki, məktəbləri idarə edən şəxslər bu sahədə zəruri bilik və bacarıqlara malik olsunlar. Mövcud direktor korpusunun əksəriyyətinin pedaqoji təcrübədən uzaq olduğunu hər kəs bilir. Üstəlik, onların menecment, hüquq və maliyyə idarəçiliyi sahəsindən də bixəbər olmaları gün kimi aydındır. Alverçi təfəkkürlü bir sıra məktəb direktorları üçün yeni təklif edilən təhsil sistemi ancaq bir baxımdan maraqlı ola bilər - necə edək ki, daha çox qazanaq, vəssalam! Bu sistem tətbiq edilərsə, həm də məktəblərdə sosial təbəqələşmə daha da dərinləşəcək. Burası dəqiq belə olacaq.
Amma bu ideya reallaşa bilərmi? Axı bunun reallaşması, uğurla tətbiq edilməsi üçün heç bir real baza, təfəkkür və ictimai düşüncə yoxdur cənablar! Yalançı, formal bər-bəzəkli "yenilik" xəstəliyi bizi qəti rahat buraxmır. Bizə yad olan belə “ideyalarla” özümüzü və qamətimizi daha da sındırırıq, başqa heç nə.
Dünyanın dörd bucağındakı bütün “yenilikləri” doldururuq təhsil sistemimizə. Bura Norveç, İsveç, Belçika deyil, bura Azərbaycandır və bu ölkədə ənənəvi, yüksək dəyər qazanmış tədris və pedaqoji tarix var. Hə, orası düzdür ki, o tarix də, o təcrübə və ənənə də məhv edilib getdi tarixin arxivinə...

Xüsusilə məktəb direktorlarının özbaşınalığı haqlı hiddət doğurur. Hörmətli Təhsil Nazirliyi, özünüzü fironlaşan məktəb direktorları qarşısında belə aciz göstərməyin, direktorlara heç bir təsiri olmayan formal quruma çevrilməyin. Çünki heç bir hörməti və funksiyası olmayan Təhsil Nazirliyi o deməkdir ki, təhsildə xaosdur, dərəbəylikdir və bu, o anlama gəlir ki, ölkənin gələcəyi olan indiki uşaqlar bu xaosun içində məhv olub gedirlər.

Doğrudanmı bu ölkədə gözəllik salonlarından məktəb direktorluğuna “atlayanlardan” fərqli olaraq əsl PEDAQOQLAR qəhətə çıxıb??? Guya siz bilmirsiniz ki, məktəblərdə repetitor biznesini gücləndirməklə dövlətin tədris proqramı lazımsız vaxt itkisinə çevrilib?

Sizin heç xəbəriniz yoxdurmu ki, vicdanını qoruyub saxlayan müəllimlərdən başqa, digərləri dövlətin tədris saatında şagirdə ötürməli olduğu biliyi pullu dərs saatına saxlayır? Bu təkcə maaş azlığına görə deyil, həm də daha çox qazanmaq hərisliyi ilə bağlıdır. Xəbəriniz varmı ki, ibtidai sinif şagirdlərinin məktəbli çantaları NATO əsgərlərinin çantalarından daha ağırdır?
Ali məktəblərin ağır tədris proqramını orta məktəb dərsliklərinə köçürüb qırmayın uşaqların belini və beynini. Təsəvvür edin ki, 3-cü sinif şagirdinin həll etməli olduğu məsələlər ali məktəblərin birinci kurs tələbələri səviyyəsindədir. Bu cür “tədris” bu uşaqların qavrama və beyin miqyası üçün deyil axı.

Xəbəriniz varmı ki, orta məktəb dərsliklərinin səviyyəsi o qədər aşağıdır ki, dərsliklərdəki qüsurlar gülüş obyektinə çevrilib? Bu dərsliklərlə normal bilikli nəsillərin yetişdirilməsinə doğrudanmı sizin özünüz də inanırsınız? Gəlin bu xalqın gələcəyini doğulmamışdan məhv edib bir kənara tullamayaq, rica edirəm!!!

Mətləb Salahov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ