Bu rayonların göstəriciləri Bakı və Sumqayıtı qabaqlayır -DİM

Kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır. Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Hesabata əsasən, ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, ən yüksək nəticə, əsasən, birbaşa Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur. Fənlər üzrə şəhər və rayon təhsil sektorlarının göstəricilərinin təhlilindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.
Belə rayonlara misal olaraq Cəbrayıl, Ağdaş, Salyan, Qubadlı, Qəbələ, Tovuz, Bərdə, İsmayıllı, Culfa, Ordubad, Şəki, Masallı, Göyçay, Cəlilabad, Saatlı, İmişli, Neftçala, Ağstafa, Gədəbəy, Yevlax, Yardımlı, Zaqatala, Füzuli və Şərur rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar.
Mətləb