Şərurun bu kəndləri qazsız qalacaq - XƏBƏRDARLIQ

Şərur rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq. Yeni siyirtmə quraşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Çərçiboğan, Arbatan, Çomaxtur və Xələc kəndlərində qaz təchizatı iyunun 2-də saat 14:00-dan müvəqqəti dayandırılacaq.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Mətləb