"Azərbaycanın inkişafında bu Universitetin öz rolu olacaq" - nazir

"Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır və gələcəkdə də oynayacaq." Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.
“Əsas məqsədimiz odur ki, təhsil sahəsində inkişaf yalnız dövlətin sifarişi ilə deyil, həm də cəmiyyətin, özəl sektorun və iş dünyasının iştirakı ilə mümkün olsun”, - deyən Emin Əmrullayev bildirib ki, Azərbaycanın inkişafında Qarabağ Universitetinin də öz rolu olacaq.
Mətləb Salahov