Cümə günü, 06 noyabr 2026
     

Əbdülxaliq Hüseynovun “sən azadsan ” laylası

Image


Müddətli hərbi xidmətdə olan övladlarına baş çəkmək bizim ailələrdə adət halını alıb. 2020-ci ildə pandemiya olduğundan ata-anaların çoxu oğullarının yanına gedə bilmədi, bu da bir nisgil oldu onlara. Müharibədən sonra görüşdülər övladları ilə: kimi sağ-salamat, kimi yaralı qayıtdı evinə-obasına. Kimi şəhid oldu. “9 ayın əsgəri oldu balam. Atası andiçmə mərasiminə gedə bilsə də, mən pandemiyaya görə yanına da gedə bilmədim. Bir də öyrəndim ki, döyüşür uşağım. Telefonla danışanda güllə səsləri, partlayış eşidirdim arada. “Bu nə səsdi?” soruşanda “Ana laylasıdı, ana” deyirdi balaca balam” - hələ də “balaca balam” deyir düşmən gözü tökən oğluna göz yaşlarını saxlaya bilməyən Xubzər Hüseynova.

Niyə belə deyirdi qəhrəmanım? Bəlkə hələ ana laylasına ehtiyacı vardı? Bəlkə sevdiyi torpağın azadlığı, rahat nəfəs alması üçün bu səslərə ehtiyacı olduğunu bilirdi? Bəlkə bu səslərin altında yuxuya gedənləri düşünürdü? Bəlkə yurduna azadlıq verən hər səs onun üçün ana laylası qədər doğma, şirin idi? Heş kim bilmədi bunu...

Bir özü bildi ki, qələbədi, torpağa “sən azadsan” deyə layla çalmaqdı bu.

Hamının Xaliq dediyi Əbdülxaliq Kamil oğlu Hüseynov 20 sentyabr 2001-ci ildə Bakının Nardaran kəndində anadan olub. Bilgəhdə indi İnteqrasiya təlimli internat məktəb adlanan 11 nömrəli məktəbdə ibtidai təhsil alıb. Məktəb internat tipli olduğundan, burda valideyn qayğısından məhrum uşaqlar üçün ayrıca siniflər də var. Əbdülxaliq orta təhsilinə 295 nömrəli məktəbdə davam etsə də, valideyn qayğısından məhrum uşaqları unuda bilməyib. Tez böyümək, pul qazanıb internat uşaqlarına yardım etmək arzusu daşıyıb ürəyində. 9-10 yaşından bu dərdli arzunu daşıyanlar nə qədərdi görən?..

Orta təhsilini başa vurandan sonra çilingər ixtisasına yiyələnib, maşın ustası işləyib.

-Xeyirxah idi qardaşım. Zəhmətsevərdi. Məktəbdə oxuyanda tətil günlərində işləyərdi. İstəyirdi özü pul qazansın. Yardım etməyi, hədiyyə verməyi çox sevirdi, hədiyyə verəndə özü də sevinərdi. İnternat uşaqlarına yardım etmək üçün də pul qazanmağa çalışırdı. Birinci sinfə onunla getmişəm. Mənim üçün də, müəllimim üçün də çiçəklər almışdı. Məktəbdən də birlikdə gələrdik. Bir gün dərsdən çıxanda onu görmədim, ağladım, elə bildim məni qoyub gedib. Tez yaxınlaşdı “heç səni qoyub gedərəm” deyib qucaqladı məni. Amma getdi... - Susur Günel. Gözləri uzaqlara yollanır. Yəqin bir vaxt əl-ələ gəldiyi məktəb yollarında qardaşını axtarır. - Çox istəyirdi mən ali təhsil alım. Deyərdi ki, mən oğlanam, fəhlə də işləyərəm, usta da, çilingər də, amma sən oxumalısan. Bu il imtahan verdim. Qardaşımın arzusunu yerinə yetirdim. Tələbə oldum.

Müəlliməsi Zülfiyyə xanım Rəşidova da ƏbdülXaliqin vətənpərvərliyindən, anım günlərində, vətənpərvərlik mövzusunda olan tədbirlərdə həmişə fərqləndiyindən danışdı.

Hüseynovlar ailəsində dörd övlad böyüyüb: İsmayıl, ƏbdülXaliq, Günel və Xədicə. Oxşarlıqları olsa da, hərəsinin öz aləmi, öz xüsusiyyətləri olub.

- Xaliq fərqliydi. Oğlum dəcəl idi. Enerjili idi. Onu elə buna görə daha çox sevirdim. Elə bil həmişə axtarışda idi. Yaxşı oxuyurdu, hər şeylə maraqlanırdı. Hərbiyə də marağı vardı. İdmançı idi. Cüdo ilə məşğul olurdu. Yarışlarda həmişə fərqlənirdi. Yorulmaq bilmirdi. Çox qoçaq idi. Nəvəm onun adını daşıyır, o da əmisi kimi qorxmaz olacaq.- deyir Kamil Hüseynov.

Respublika və Bakı yarışlarında iştirak edən, dəfələrlə yaşıdları arasında birinci, ikinci, üçüncü yerlərin qalibi olan ƏbdülXaliq

2020-ci ilin yanvarında müddətli hərbi xidmətə çağırılır. İdman bacarıqları, cəldliyi, məsuliyyəti ilə fərqlənir, xidmət zamanı da bir çox yarışlarda qalib olur. Atıcılığın sirrlərini öyrənərək baş atıcı adını alır. Hələ xidmət zamanı hər telefon zəngində “torpaqlarımızı azad edəndən sonra qayıdacam” deyir doğmalarına.

2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşında ƏbdülXaliqin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərlə başlayır döyüş yolu.

Baş atıcı olan qəhrəmanımız düşmənin neçə-neçə canlı qüvvəsini, hərbi texnikasını sıradan çıxarır. Talış və Suqovuşanın azad olunmasında xüsusi igidlik göstərir. Döyüş yoldaşları indi də Xaliqin 5 əsgərlə birlikdə 50 ermənini məhv edərək döyüş əhəmiyyətli postu ələ keçirməsini, onun igidliklərini yaxşı xatırlayır.

Fəqan Əliyevin sözlərindən: Can dostumdu, sirdaşımdı. Silahlardan bacarıqla istifadə edirdi. Sərrast atıcıydı. Onunla özümü güvənli hiss edirdim. Bizi düşmən gülləsindən qoruyurdu. Amma özünü qəlpələrdən qoruya bilmədi. Bütün döyüş yoldaşlarımız üçün itgi oldu, amma hamıya nəsib olmayan ali məqama ucaldı.

Şəxsi şücaətinə, döyüşlərdə fərqləndiyinə, ərazi bütövlüyümüz üçün göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub 19 yaşlı qəhrəmanım.

- Bütün davranışı ilə yaşından böyük kimiydi. 10-11 yaşında elə bilirdin 15 yaşı var. Demə çox böyük imiş oğlum.

Doğru dedi ana. Hələ uşaq sandığımız oğullar 27 sentyabr gecəsində böyüdülər. Cəmi 44 günə böyüklüyü bizə həm anlatdılar, həm yaşatdılar...

Kamalə Abiyeva



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ