Cümə günü, 06 noyabr 2026
     

Tarix imtahanlarına görə DİM rəhbərinə qarşı sərt ittihamlar var - "tariximizə qarşı əks-təbliğat"?..

Image


Kamran Əsədov: “Bu sadəcə təhsil problemi deyil, strateji milli təhlükəsizlik məsələsidir”

Ali məktəblərə qəbul imtahanlarından sonra əksər hallarda abituriyentlərin, valideynlərin, eləcə də ekspertlərin narazılıqlarının şahidi oluruq. Əsasən imtahana düşən sualların çətinliyi, sualların magistratura səviyyəsində tərtib edilməsi, təqdim olunan variantların ikibaşlı olması və sair iddialar gündəmə gəlməkdədir.

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarından sonra da analoji fikirlərə həm mətbuatda, həm də sosial şəbəkələrdə rast gəldik.

Əsas narazılıq doğuran fənlərdən biri Azərbaycan tarixi fənnidir ki, əksər hallarda abituriyentlər sualların çətinliyindən və ikibaşlı variantların təqdim edilməsindən narazılıq edirlər.

Yeri gəlmişkən, 2023-cü ildə də, 2024-cü ildə də, bu il də Azərbaycan tarixi fənninə aid suallardan narazılıqlar var. İmtahanlardan narazı qalan abuturiyent və valideynlər sosial şəbəkələrdə etiraz statusları yayımlayırlar. Biz o narazlıqları mətbuatda da, sosial şəbəkələrdə də görmüşük. Məsələn, abituriyentlərdən biri yazıb: “Maraqldır, tarixdən bu qədər cümlə dərinliyinə enmək, bu qədər əlaqələndirici sual salmaq nəyə lazımdır? Əgər saldığınız sual çox vacib məlumatdırsa niyə kitabda sadəcə bir və ya yarımçıq cümlədən başqa məlumat yoxdur? Suallar hazırlanarkən səviyyələri üzrə hazırlamaq lazımdır. Görəsən hansı məntiqlə hazırlanıb suallar?”

Digər bir fikir: “Tarix fənninin suallarına asan deməzdim, suala baxırsan normal sualdır, ancaq variantlarda sanki oyun oynanılmışdı. Bir neçə sual MİQ-i xatırladırdı. Tarix fənninin sualları izah, analiz tələb edən suallar idi. Vaxt məhdudluğu, həyəcan şagirdlərdə əlbəttə narazılıq yaradacaq. İl boyu oxu, 5 dənə sxemli sual nə deməkdir? Şagird səviyyəsini aşan suallar idi, üstəlik 2 və 3-cü qrupların sualları eynidir. Niyə? 3-cü qrup tarix 150, 2-ci qrup tarix 100 bal olaraq qiymətləndirilir. Ədalət hardadır?”

Yeri gəlmişkən, tarixçi Ramin Əlizadə də tarix fənni üzrə salınan suallarla bağlı öz sosial şəbəkə hesabında tənqidi rəy bildirib: “Dövlət İmtahan Mərkəzi mütləq ləğv olunmalıdır. Bu qurum Azərbaycan tarixinə qarşı əkstəbliğat aparmaqla məşğuldur. 25 may 2025-ci il tarixində keçirilmiş Qəbul İmtahanı da bir daha təsdiq edir ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan tarixini saxtalaşdırmaqla bağlı kifayət qədər saxta məlumatlar təbliğ etməklə bilərəkdən və ya bilməyərəkdən birmənalı olaraq Ermənistanın saxta informasiya təbliğatına xidmət edir!”

Təbii ki, çox ağır ittihamdır və DİM-in buna reaksiya verəcəyinə, aydınlıq gətirəcəyinə ümid edirik.

“Bu problemi aradan qaldırmaq üçün təhsilin imtahan blokunda fənn dəyərlərinə və milli maraqlara uyğunluq, proqram əsaslılıq və ədalətli qiymətləndirmə prinsipləri bərpa olunmalıdır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə “Azərbaycan tarixi üzrə qəbul imtahanlarında təqdim olunan test tapşırıqlarına dair narazılıqlar artıq təkrarlanan və struktur xarakter daşıyan bir problemə çevrilib. Son üç ildə – 2023, 2024 və 2025-ci illərdə keçirilən imtahanlardan sonra eyni məzmunlu şikayətlər sosial şəbəkələrdə, ictimai müzakirələrdə və mütəxəssis rəylərində yer almaqdadır. Bu isə onu göstərir ki, məsələ təkcə hansısa bir sualın çətinliyi ilə bağlı deyil, ümumilikdə Dövlət İmtahan Mərkəzinin (DİM) tarix fənnini qiymətləndirmə yanaşmasında konseptual və metodoloji çatışmazlıqlar mövcuddur.
Ən çox tənqid olunan məqam odur ki, DİM-in tarix fənni üzrə sualları təhsil proqramı və dərsliklərlə üst-üstə düşmür. Abituriyentlər sualların ya dərslikdə mövcud olmayan detallı biliklər tələb etdiyini, ya da çoxsaylı cümlə və fakt əlaqələndirməsi tələb etdiyini bildirirlər. Bu isə Azərbaycan tarixinin bilik olaraq yox, analiz vasitəsi kimi təqdim olunması anlamına gəlir – lakin bu yanaşma, əgər imtahanın dizaynı və müddəti bunu qarşılamırsa, şagirdin bacarıqlarını qiymətləndirmir, onu imtahanda uğursuz olmağa sürükləyir”-deyə bildirdi.
K.Əsədovun sözlərinə görə, “Azərbaycan tarixi” üzrə kurikulumda əsas məqsəd şagirdin tarixi hadisələr arasında səbəb-nəticə əlaqəsi qurmaq bacarığını formalaşdırmaq, milli identiklik və vətənpərvərlik hissini gücləndirmək, tarixdən çıxarılacaq sosial və siyasi nəticələri mənimsətməkdir: “Lakin təqdim olunan suallar bəzən bu məqsədlərə xidmət etmir. Əvəzində abituriyentdən mücərrəd, bəzən təzadlı və faktoloji detalçılıq tələb edən biliklər gözlənilir. Sualların variantları da çox zaman qarışıq və manipulyativ qurulur, bu da düzgün variantı seçmək yerinə, “çaşdırıcı tələyə düşmək” risqini artırır. Bu səbəbdən bir çox abituriyentlər sualların formatını MİQ və doktorantura imtahanları ilə müqayisə edirlər.
Ən ciddi məsələlərdən biri isə imtahanın təhsil sisteminin rəsmi resurslarına əsaslanmamasıdır. Yəni əgər hansısa məlumat dərslikdə yoxdursa, bu barədə sual verilməsi həm pedaqoji, həm hüquqi, həm də etik baxımdan düzgün deyil. “Təhsil haqqında” Qanunun 13.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, qiymətləndirmə şagirdin təhsil aldığı proqramlara əsasən aparılmalıdır. Əgər DİM öz imtahan modelini bu çərçivədən çıxarırsa, bu artıq təhsilin vətəndaş hüququ kimi təmin edilməməsi anlamına gəlir.
Mübahisə doğuran digər bir məsələ isə 2-ci və 3-cü ixtisas qruplarına təqdim olunan sualların eyni olması, lakin bal qiymətləndirməsinin fərqli olmasıdır. Belə bir hal təhsildə bərabərlik və ədalət prinsiplərinə ziddir. Eyni sualı cavablandıran abituriyentlərdən birinin 100 bal, digərinin 150 bal üstündən qiymətləndirilməsi nəticələrin obyektivliyini və ali təhsil şanslarının ədalətliliyini sual altına alır.
Məsələyə daha da ciddi yanaşma isə bəzi tarixçi mütəxəssislərin, o cümlədən Ramin Əlizadənin iddialarıdır. Onun sözlərinə görə, DİM tərəfindən təqdim olunan bəzi suallar kontekstual olaraq Azərbaycanın milli maraqlarına uyğun deyil, hətta bilərəkdən və ya bilməyərəkdən Ermənistanın tarixi təbliğatına xidmət edə biləcək fikirlərlə üst-üstə düşür. Bu iddialar istər-istəməz sualların hazırlanması zamanı ideoloji ekspertizanın olmamasını gündəmə gətirir. Tarix təkcə elm deyil, həm də milli ideologiyanın daşıyıcısıdır. Əgər bu fənnin imtahan formatı üzərində peşəkar tarixçilər yox, texniki test mütəxəssisləri çalışırsa, bu zaman fənnin ruhu yox olur, quru fakt və analiz tələsinə çevrilir. Bu isə təhsilin maarifləndirmə deyil, “ələmə” funksiyasına yönəldiyini göstərir.
Müsbət cəhət odur ki, tarix fənni üzrə sualların daha dərin, səbəb-nəticə əlaqələrinə söykənməsi prinsip etibarilə doğru yanaşmadır. Amma bu yalnız o halda keçərlidir ki, məktəb proqramı, dərslik, müəllim hazırlığı, qiymətləndirmə modeli və imtahan dizaynı bir-birini dəstəkləsin. Əgər bu zəncirin bir halqası belə zəifdirsə, bütün sistem iflic olur”.

K.Əsədov qeyd etdi ki, dünya təcrübəsində, məsələn, Finlandiya, Almaniya və Cənubi Koreya kimi ölkələrdə tarix sualları daha çox mənbə üzərində təhlilə, qrafik və xəritə analizinə, düşüncəni ifadə etməyə yönəlib. O vurğuladı ki, açıq suallarla şagirdin düşünmə forması ölçülür, testlə isə yalnız faktı bilib-bilmədiyi yoxlanır. “Bu ölkələrdə təhsil proqramı ilə qiymətləndirmə eyni məqsədə xidmət edir və şagirdin uğuru test bacarığı ilə yox, analitik təhlil və öz fikrini əsaslandırmaq bacarığı ilə müəyyənləşdirilir.
Azərbaycan tarixinin imtahan sistemində belə yanaşma hələ formalaşmayıb. Əgər bu sahədə real dəyişikliklər edilməzsə, abituriyentlər yalnız öyrənmədikləri üçün yox, həm də təhsil sisteminin qurbanı olduqları üçün itirəcəklər. DİM bu məsələdə daha şəffaf davranmalı, sualların hazırlanması prosesinə akademik tarixçiləri, pedaqoqları və ideoloji ekspertləri cəlb etməli, sual bankları ictimai nəzarətə açılmalı və tənqidlərə cavab vermək üçün mexanizm yaratmalıdır.
Nəticə etibarilə, tarix fənni üzrə narazılıqlar təsadüfi deyil, sistematikdir. Bu problemi aradan qaldırmaq üçün təhsilin imtahan blokunda fənn dəyərlərinə və milli maraqlara uyğunluq, proqram əsaslılıq və ədalətli qiymətləndirmə prinsipləri bərpa olunmalıdır. Əks halda, DİM-in fəaliyyəti sadəcə imtahan keçirmək deyil, milli tarix şüurunu təhrif etmək təhlükəsinə çevrilə bilər. Bu isə sadəcə təhsil problemi deyil, strateji milli təhlükəsizlik məsələsidir”-deyə K.Əsədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ