Daha 41 ailə Laçının Bəylik kəndinə köçürüldü

Bu gün növbəti köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb. Kəndə 163 nəfərdən ibarət 41 ailə köçürülüb.
Ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Sonra sakinlər evlərinin açarlarını təhvil alıblar.
Tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailənin - 360 nəfərin köçürülməsi nəzərdə tutulur.
ZÜMRÜD