Ağdam sakini göbələk zəhərlənməsindən öldü

Ağdamda qida zəhərələnməsi nəticəsində ölüm faktı qeydə alınıb. Belə ki, 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb. Rayonun Şurabad kənd sakini 1986 - cı il təvəllüdlü Əsədov Murad Oruc oğlunun göbələk yedikdən sonra halı pisləşib.
M.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı araşdırma aparılır.
Mətləb