Bakıda 5 tondan çox narkotik vasitə yandırılaraq məhv edilib

Mayın 29-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma Zavodu” MMC-nin inzibati ərazisində 2 min 397 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş 5 ton 94 kiloqram 323.346 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr yandırılaraq məhv edilib.
Bundan başqa, 1 ton 442 kiloqram 168.579 qram heroin, 2 ton 947 kiloqram 146.882 qram marixuana, 280 kiloqram 746.124 qram tiryək, 26 kiloqram 259.599 qram həşiş, 1 kiloqram 803.286 qram kokain, 396 kiloqram 107.793 qram və 4 min 183 ədəd psixotrop həblər və 8 min 644 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.
Məhv edilən narkotik vasitələrin “qara bazar” qiyməti 164 milyon manat təşkil edir.
Mətləb