"Maliyyə sabitliyini təmin etmək üçün əsas hədəf..."

Maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası zamanı Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı mühüm fikirlər səsləndirib.
Nazir qeyd edib ki, Ötən il üzrə dövlət büdcəsinin cari xərcləri ümumilikdə 21,3 milyard manat təşkil edib ki, bunun da 90 faizi, yəni 19,2 milyard manatı qeyri-neft və qaz sektorundan əldə edilən gəlirlər hesabına qarşılanıb. SİTAT: "Bu göstərici büdcə siyasətində şaxələndirmənin və fiskal dayanıqlığın gücləndirilməsində mühüm mərhələdir. Maliyyə sabitliyini təmin etmək üçün əsas hədəf dövlət büdcəsinin cari xərclərinin tamamilə qeyri-neft mənbələri hesabına maliyyələşdirilməsidir."
Mətləb Salahov