Bu şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək - Dövlət Agentliyi hazırlıqlara başlayıb

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə Şirvan şəhərində mənzillər veriləcək. Bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb. Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün 20 ədəd birotaqlı, 20 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib. Qurum mənzillərin satın alınmasına 4,6 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Mətləb