Cümə günü, 06 noyabr 2026
     

Təhsil ekspertləri ilə DİM rəhbərinin görüşü münasibətləri aydınlaşdıra bilər...

Image


Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil sahəsində ekspert kimi tanınan şəxslərin çıxışlarına münasibət bildirib. Onun sözlərinə görə, sosial mediada paylaşım etmək, “ekspert” statusu qazanmaq üçün kifayət deyil.

“Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib. Neçə il ali və ya orta məktəbdə dərs deyiblər, hansı elmi məqalələri yazıblar, beynəlxalq konfranslarda çıxış ediblər?”

DİM rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə, xüsusilə Facebook və TikTok kimi platformalarda fikir bildirmək heç də ekspert olmaq anlamına gəlmir: “Sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Təhsili nədir? Hansı universiteti bitirib, nə vaxt bitirib? Mən sadəcə adını, soyadını eşidim, sizə deyim o neçə balla həmin universitetə daxil olub. Onda görək, kim necə ‘təhsil eksperti’ olub”.

Məleykə Abbaszadə belə şəxslərin çox zaman tanınmaq, ictimai imic qazanmaq və ya maddi maraq əldə etmək üçün bu tip fikirlər səsləndirdiyini bildirib: “Bəzi şəxslər sadəcə məşhurlaşmaq və bəlkə də bir az pul qazanmaq üçün bu cür çıxışlar edirlər. Amma ictimai fikir onların vasitəsilə formalaşmır”.

DİM rəhbərinin son brifinqdə təhsil ekspertlərini tənqid etməsi ciddi narazılıq yaradıb. M.Abbaszadənin sözlərindən belə çıxır ki, guya onların təhsil eksperti olmağa heç bir haqları yoxdur və sair.

Təhsil ekspertləri ilə Məleykə Abbaszadənin görüşünü keçirmək olar? Məleykə Abbaszadə niyə ekspertlərlə görüşmür, görüşsə daha yaxşı olmazmı?

Elşən Qafarov: “Bir dəfə də olsun bir dəyirmi masa təşkil olunmayıb, problemləri müzakirə etməmişik, onların həlli yolları ilə bağlı təkliflərimiz alınmayıb”

Tanınmış təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, M.Abbaszadə təhsil ekspertinin bir sosial status oluğunu, belə bir vəzifə olmadığını yaxşı bilir: “Amma eyni zamanda fikirləşir ki, təhsil eksperti pul almaq, yaxud pul qazanmaq üçün bu statusu götürür. Əvvəla, bu statusu bizə mətbuat və təhsil cameəsi verir. Biz marker-müəllim statusu ilə hazırlıqları, yaxud hansısa işimizi beş, on qatına əlavə ilə görmürük. Özünüz də bilirsiz ki, bu gün DİM-in marker-müəllimi statusunda olanlar 200-300 manatdan yuxarı qiymətə hazırlıqlar keçirlər. Onun dediyi ki, guya məşhurlaşmaq və yaxud da pul qazanmaq, DİM-in özünün mexanizmi də var. Haranı bitiriblər? Təbii ki, təhsili bitirmişik, təhsilin içindəyik. Bu gün DİM bir suala cavab versin və dünyada ikinci bir nümunə göstrsinlər ki, orda abituriyentlərin qəbulu qruplar üzrədir. Bu gün Azərbaycan gəncinin 90-95 faizi arzuladığı ixtisas üzrə ali məktəbə qəbul oluna bilmir. Qəbulolma prosesi də o qədər çətindir ki, illərlə hazırlıqlar, valideynin əlavə vəsaiti və sair nəticə etibarı ilə növbəti il onun yenidən sənəd verib özünün şansını yoxlamaq imkanı olmur. Çünki burda ailələrin maddi vəziyyəti ona imkan vermir. Bu problemin də əsas kökü ondadır ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan bu gün orta məktəbi bitirən uşaqların real bilik və bacarıqlarına uyğun olaraq təşkil olunmur. DİM-in keçirtdiyi buraxılış imtahanını (mən hələ qəbul imtahanını demirəm-E.Q) vermək üçün hamı hazırlığa getməyə məcburdur. Bu, məsələnin bir tərəfi. Yenə təkrar edirəm, DİM dünyada ikinci bir nümunə göstərsin ki, orda qruplar üzrə ali məktəbə qəbul var. Kimdən “kim olmaq istəyirsən” deyə soruşursan, “mən I qrupa, yaxud II, III qrupa gedəcəm” deyir. Həkim olmaq istəyən gəlib müəllimliyə, mühəndisliyə düşür, müəllim olmaq istəyən gedib mühəndisliyə düşür, hüquqşünas olmaq istəyən gəlib müəllimliyə düşür və sair. Sonra da təhsili tənqid etməyə başlayırıq. Mexanizm nə dərəcədə doğrudur?”

DİM rəhbərinin ekspertlərlə bağlı dediyi fikrə gəlincə, E.Qafarov bildirdi ki, DİM sədrinin özünün fikirləri elə sosial şəbəkə, mətbuat üzərindən yayılır. “Sosial şəbəkədən istifadə etmək niyə qıcıq yarada bilir, başa düşə bilmirəm. Əgər tənqid olunursa bununla bağlı mütləq bir araşdırma aparılmalıdır. Deyir, təhsil ekspertlərini dəvət edirik, gəlmirlər. Özlərinin müəyyən etdiyi təhsil ekspertləri var, onları çağırırlar onlar gəlmir, özləri bilər. Amma DİM-dən son dövrlər heç vaxt mənə dəvət göndərilməyib, bir dəfə iki il bundan əvvəl dəvət ediblər, onda da getmişəm. Danışanda da bunu etdik, filan işi gördük deyirlər, amma problemlərlə bağlı bir dəfə də olsun təhsil ekspertləri ilə bir dəyirmi masa keçirilməyib. Ən azı, mətbuatda və sosial şəbəkələrdə DİM-in mexanizmi ilə bağlı tənqidi fikirlər söyləyən təhsil ekspertlərindən biri olaraq bildirmək istəyirəm ki, bir dəfə də olsun bir dəyirmi masa təşkil olunmayıb, problemləri müzakirə etməmişik, onların həlli yolları ilə bağlı təkliflərimiz alınmayıb.

O ki qaldı Məleykə xanımın belə deməyinə, əlbəttə o, yaşda böyükdür. Artıq elə bir vaxtıdır ki, tənqidi qəbul edə bilmir. DİM dövlətin əsas qurumlarından biridir”.

E.Qafarov təklif edir ki, müəllimlərin, eləcə də direktorların işə qəbulu, bütün strukturlarda, o cümlədən də Elm və Təhsil Nazirliyinin daxilində keçirilən imtahanlar, eləcə də sertifikasiya DİM tərəfindən həyata keçirilsin.

Elçin Əfəndi: “Hansı vaxt, hansı məsələ ilə bağlı görüşə dəvət etsələr gedəcəyik, müzakirə edəcəyik”

Digər təhsil eksperti Elçin Əfəndi isə “Bakı-Xəbər”ə “Məleykə Abbaszadə əslində o sözü deyərkən fikrində, ağlında tutduğu hansısa təhsil eksperti olub və onun üzərinə də ümumi fikir səsləndirib. Mənim Məleykə Abbaszadə ilə münasibətlərim çox yaxşıdır, aramızda hər hansı bir konflikt yoxdur. Əlbəttə ki, yeri gələndə tənqidlər edirik, tənqid də inkişaf üçün tələb olunan əsas elementlərdəndir.

Amma ümumi görüşə gəlincə, DİM-in tədbirlərində iştirak edirik, bəzi məsələlərlə bağlı görüşülür, fikir mübadiləsi aparılır”-deyə bildirdi.

E.Əfəndi qeyd etdi ki, o da DİM sədrinin bəzi ekspertlərə yönəlik fikirlərinə qatılır: “Hardasa qatılıram. Tənqid olunan ekspert qismi var ki, onların çıxışı mövsümi xarakter daşıyır. Fikir versəniz görərsiz ki, aylarla ortalıqda olmur, sonra gəlib üzə çıxır, özlərini təhsil eksperti kimi təqdim edirlər. Məleykə xanımın dediyi kimi, belə ekspertlər ali təhsil almalıdır, onların magistr, doktorantura təhsili olmalıdır. Ən azı, həmin şəxslərin elmi məqalələri olmalıdır, öz sahəsi üzrə kifayət qədər tanınan şəxs olmalıdırlar və sair.

Əlbəttə, fikrimi yekunlaşdırarkən deyə bilərəm ki, bir dövlət qulluqçusunun birbaşa hər kəsin ünvanına fikir bildirməsi də doğru olmazdı. Çünki dövlət qulluqçularının özlərinin davranış qaydaları var, bundan əlavə hər bir vətəndaşımızın da fikir bildirmək hüququ var. Ümumilikdə hansı vaxt, hansı məsələ ilə bağlı görüşə dəvət etsələr gedəcəyik, müzakirə edəcəyik. Burda hər hansı bir sıxıntı görmürəm”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ