Bakı şəhəri "StartupBlink" tərəfindən açıqlanan 2025-ci il üzrə "Qlobal Startap Ekosistemi İndeksi"ndə mühüm uğura imza ataraq Mərkəzi Asiyada innovasiya lideri olub və "İlin şəhəri" mükafatına layiq görülüb. Baki-xeber.com xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb. Bildirilib ki, elektron kommersiya, təhsil, sosial-əyləncə və pərakəndə satış sahələrində tətbiq olunan innovativ texnologiyalar Bakının fərqlənməsində mühüm rol oynayıb.
"Bakı eyni zamanda, tədbirlər, logistika, səyahət, onlayn bazarlar və SaaS xidmətləri üzrə də ilk 100-lükdə yer alıb. Bu uğur innovasiya ekosistemimizin sürətlə inkişaf etdiyinin əyani göstəricisidir. Qarşıda bizi daha innovativ və böyük uğurlar gözləyir.
Günel CƏLİLOVA