Cümə günü, 06 noyabr 2026
     

Şərəfli ömrün ləyaqətli yolçusu - FOTO

Image


Cəmiyyətin inkişafında, yeni nəslin formalaşmasında əvəzolunmaz rol oynayan müəllimlər hər zaman hörmət və ehtirama layiq olmuşlar. Müəllimlik – bu, sadəcə bir peşə deyil, bir ömürlük missiyadır. Onların fədakarlığı, səbr və əzmkarlığı saysız-hesabsız həyatlara nur saçır, yolları işıqlandırır. Şərəfli müəllim ömrü – bu, təkcə dərs dediyi illərlə ölçülmür, həm də yetişdirdiyi insanlarla, qazandığı hörmətlə və arxasınca buraxdığı izlə ölçülür.

Hər bir müəllimin həyatı fərqlidir, lakin onları birləşdirən ortaq bir dəyər var – gənclərə bilik vermək, onların dünyagörüşünü genişləndirmək və vicdanlı, vətənpərvər, düşünən bir nəsil yetişdirmək. Bu yolda müəllim özünü qurban verir, zamanını, enerjisini, bəzən sağlamlığını belə yetirmələrinə həsr edir. Təkcə auditoriyada yox, həyatın özündə də müəllim olur – məsləhət verən, yol göstərən, qayğıkeş bir bələdçi olur.

Şərəfli müəllim ömrü, illərlə auditoriyada səslənən səmimi sözlərlə, gündəlik zəhmətlə, səbir və sevgiylə yazılan bir tarixdir. O tarix ki, heç zaman unudulmur. Keçmiş tələbələr illər keçsə də, müəllimini ehtiramla xatırlayır, onun öyüdlərini yaddaşında yaşadır. Müəllimin adı zamanla şərəf simvoluna çevrilir, örnəyə çevrilir.

Belə ömürlər bizim milli sərvətimizdir. Onları tanımaq, dəyərləndirmək və gələcək nəsillərə tanıtmaq bizim borcumuzdur. Çünki bir xalqın sabahı, məhz bu gün dərs deyən, sevgi ilə öyrədən müəllimin əllərində formalaşır.

Bir ömrü sözlə ifadə etmək bəzən nə qədər çətin olsa da, elə insanlar var ki, onların həyat yolu özü bir məktəb, bir örnəkdir. Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin baş müəllimi, alicənab insan, hər kəsin sevimlisi Maqsud Qəşəm oğlu Aslanov da məhz belə şəxsiyyətlərdən biri idi. O, ömrünün 59-cu baharında qəfil dünyasını dəyişərək əbədi ayrılığa getsə də, arxasında dərin hörmət və iz qoydu. Həm peşəkar, həm pedaqoq, həm də ziyalı kimi, o, Azərbaycan əczaçılıq elminin inkişafına böyük töhfələr verdi.

Maqsud müəllimin həyatı zəhmətlə, təvazökarlıqla və ali insani keyfiyyətlərlə insanların yaddaşlarına köçüb. Ali məktəbə müəllimlik fəaliyyətinə başlamazdan öncə o, Bakı şəhəri Səbayıl rayonunun mərkəzi 259 saylı aptekində praktiki əczaçı kimi çalışmışdı. Gündəlik fəaliyyətində məsuliyyət, dəqiqlik və xəstəyə qayğı prinsiplərini daim rəhbər tutaraq, həmkarlarının və xəstələrin böyük rəğbətini qazanmışdı. Bu dövrdə qazandığı zəngin praktiki təcrübə onun sonrakı illərdə tədris etdiyi dərslərin bünövrəsi olmuşdur.

Maqsud Aslanovun Azərbaycan Tibb Universitetindəki fəaliyyəti təqdirəlayiq bir həyat yoludur. O, 30 ilə yaxın bir müddətdə Əczaçılıq fakültəsinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında müəllim kimi çalışmış, tələbələrə yüksək səviyyədə əczaçılıq sənətinin sirrlərini öyrətmişdir. “Əczaçılıq tarixi və deontologiyası”, “Əczaçılıq iqtisadiyyatı”, “Əczaçılıq işinin təşkili”, “Əczaçılıq menecmenti” və “Əczaçılıq texnologiyası” fənlərini mükəmməl bilən və onları tələbələrə aydın, məzmunlu şəkildə çatdıran Maqsud müəllim yüzlərlə əczaçı mütəxəssisin yetişməsində mühüm rol oynamışdır. Onun dərslərində tələbələrə yalnız bilik deyil, həm də yüksək mədəniyyət, vətənə və peşəsinə sevgi aşılanırdı.

Təcrübəli pedaqoq olmaqla yanaşı, Maqsud müəllim həm də bacarıqlı və məhsuldar tədqiqatçı alim idi. O, elmi fəaliyyətini daim inkişaf etdirərək 50-dən artıq elmi məqalə ilə çıxış etmişdir. Bu məqalələr təkcə Azərbaycanın deyil, Çexiya, Macarıstan, Rusiya, Sloveniya, Polşa, İtaliya və Türkiyənin nüfuzlu elmi jurnallarında da dərc olunmuşdur. O, həmçinin beş metodik vəsaitin və dörd dərsliyin həmmüəllifidir. Bu dərsliklərdən yalnız biri – “Əczaçılıq tarixi” (ingilis dilində) nəşr olunmuş, digərləri isə hazırda son tamamlama mərhələsindədir və yaxın zamanda çap ediləcəkdir. Şübhəsiz ki, bu dərsliklərin işıq üzü görməsi onun xatirəsinə ən böyük elmi töhfə olacaqdır.

Maqsud müəllim universitetin yalnız elm və tədris sahəsində deyil, həm də ictimai həyatında fəal iştirak etmişdir. O, uzun illər Əczaçılıq fakültəsinin dekan müavini vəzifəsində çalışmış, təşkilatçılıq qabiliyyəti, obyektivliyi və insani münasibətləri ilə həmkarlarının və tələbələrin dərin rəğbətini qazanmışdır. Eyni zamanda o, Əczaçılıq fakültəsinin “Diplom Müdafiəsi Şurası”nın elmi katibi və Fakültə Elmi Şurasının üzvü kimi məsul vəzifələrdə çalışaraq, universitetin elmi və təşkilati işlərində mühüm töhfələr vermişdir. Təcrübəli pedaqoq 2018-ci ilin 18 noyabrında keçirilən Azərbaycan Müəllimlərinin XV (Müstəqil Azərbaycanın V) qurultayının nümayəndəsi olmuşdur.

Maqsud müəllimin simasında biz yalnız savadlı bir mütəxəssisi deyil, həm də yüksək mədəniyyətə malik, alicənab, son dərəcə qayğıkeş bir insanı tanımışıq. Onun tələbəyə olan münasibəti yalnız müəllim-tələbə çərçivəsində qalmayıb, hər bir tələbənin taleyinə, qayğılarına, gələcəyinə diqqət göstərən bir mənəvi dayaq olmuşdur. Onun iş otağına girən hər kəs oradan yalnız biliklə deyil, həm də ruh yüksəkliyi ilə ayrılmışdır.

Dəqiq, məsuliyyətli, eyni zamanda sadə və mehriban xasiyyəti ilə o, həmkarları arasında da böyük hörmət qazanmışdı. Onunla çalışan hər kəs, bu gün onun yoxluğunu dərin kədər və həsrətlə xatırlayır. Amma belə insanlar heç zaman tam anlamda getmir. Onlar yetişdirdikləri tələbələrin uğurlarında, yazdıqları elmi işlərdə, universitetin divarlarında səslənən minlərlə təşəkkürdə və ən əsası, insanların yaddaşında yaşayırlar.

Maqsud Aslanovun ömrü – elmə, əczaçılıq sahəsinə, gənclərin təlim-tərbiyəsinə, insanlığa həsr olunmuş parlaq və mənalı bir ömürdür. O, həm bir müəllim, həm bir ictimai xadim, həm də nümunəvi insan kimi yaddaşlara həkk olunub.

Onu da qeyd etməliyəm ki, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndindən olan Maqsud Aslanov qədim, əsilli-köklü bir nəsli təmsil edirdi. O, yalnız elm və təhsil sahəsində deyil, həm də mənəvi-əxlaqi dəyərləri ilə seçilən, yüksək vətənpərvərlik duyğularına malik bir şəxsiyyət idi. Qəlbi daim Vətən sevgisi ilə döyünən Maqsud müəllim milli kimliyinə, torpaqlarımıza və tariximizə sonsuz bağlılığı ilə tanınırdı.

Uşaqlıq və məktəb illəri mədəniyyət beşiyimiz olan Şuşada keçən Maqsud müəllim üçün Qarabağın azad olunması böyük sevinc və qürur mənbəyi idi. Bununla belə onun ən böyük arzularından biri doğulub boya-başa çatdığı, yaddaşının dərin qatlarında yaşatdığı Qərbi Azərbaycana qayıtmaq idi. Bu arzunun reallaşacağına bütün varlığı ilə inanır, o torpaqlara qovuşacağı günü ümid və səbirlə gözləyirdi.

İnanırıq ki, o gün uzaqda deyil. Və o gün gələndə – doğma yurd yerlərimizə dönüş baş tutanda – Maqsud müəllimin ruhu da öz nisgilindən arınacaq, bir ömrün boyu daşıdığı həsrət nəhayət ki, dinclik tapacaq.

Maqsud Aslanovun həyat yolu və ideyaları, onun elmə, millətə və torpağa olan sonsuz sevgisi daim yaddaşlarda yaşayacaq. Onun əziz xatirəsi daim hörmətlə yad ediləcək, yaşadığı ömür yolu gələcək nəsillər üçün nümunə olacaqdır.

Aidə BƏNDƏLİYEVA
Azərbaycan Tibb Universitetinin müəllimi,
“Qızıl Qələm” Mükafatı Laureatı.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ