Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayında artım müşahidə edilib. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavabında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, 2023-cü ilin ilk 7 ayı ərzində federal idarəyə ümumilikdə 1016 Azərbaycan Respublikası vətəndaşı sığınacaq ərizəsi ilə müraciət edib. Onlardan 852 nəfər ilk dəfə, 164 nəfər isə ikinci dəfə ərizə ilə müraciət edənlərdir. Müraciət edənlərin əksəriyyəti Ukraynada yaşamaq hüququna sahib olan Azərbaycan vətəndaşlarıdır.
Sığınacaq axtaranların yalnız 28 nəfərinə Cenevrə Konvensiyasına uyğun olaraq qaçqın statusu verilib. 387 nəfərin sığınacaq ərizəsi rədd edilib, vətəndaşı olduqları ölkəyə könüllü qayıtmaları ilə bağlı qərar verilib.
Mətləb