çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə ən çox töhfələr verən ölkələr sırasındadır

Image


Dünyada geosiyasi müstəvidə kəskinləşən ziddiyyətlər planet üçün getdikcə ciddi prpblemə çevrilən iqlim dəyişikliyi məsələsini arxa plana atıb. Lakin ekspertlər iqlimlə bağlı məsələyə, əslində, daha çox diqqət edilməsinin zəruriliyini ön plana çəkirlər.

Hesab edilir ki, bu məsələ artıq bütün bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilir. İqlimlə bağlı meydana çıxan problemlərin mənfi fəsadları ən müxtəlif sahələr üzrə özünü qabarıq büruzə verir. Məsələn, iqlim dəyişikliyi bütün dünyada insanların sağlamlığı üçün getdikcə daha ciddi fəsadlar törədir. “Lancet” tibb jurnalında dərc olunan “Geri sayma” adlı illik hesabatın müəllifləri onlarla beynəlxalq təşkilatın, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarının nəticələrini birləşdirib belə qənaətə gəliblər.

  • İqlim dəyişikliyi artıq bəzi ölkələrə dağıdıcı təsir göstərir

Hesabatdan məlum oldu ki, istidən indi getdikcə daha çox insan  ölür. Bu fonda BMT-nin baş katibi Antonio Quterreş son vaxtlar iqlim problemlərinin həllini sonraya təxirə salmaq tendensiyası olduğunu etiraf edib və mövzunun hazırkı beynəlxalq gündəliyə qaytarılmasını istəyib. Quterreşin sözlərinə görə, dünyanın qalıq yanacaqlardan asılılığı çoxdan nəzarətdən çıxıb: “Biz həqiqəti söyləməliyik. Həqiqət budur ki, iqlim dəyişikliyi artıq bəzi ölkələrə dağıdıcı təsir göstərir”.  Melburn Universitetinin professoru Ketrin Bouen də vəziyyətin mürəkkəb olduğunu qeyd edir: “Dünyanın hər bir ölkəsində hökumətlər və şirkətlər insanların sağlamlığı və rifahı bahasına qalıq yanacaqların yandırılmasını prioritetləşdirməkdə davam edir. Və həqiqətən təcili tədbirlər görməliyik. Belə tədbirlər görən ölkələr olsa da, onların sayı azdır”. Yell Universitetinin İqlim Dəyişikliyi və Sağlamlıq Mərkəzinin eksperti, hesabatın həmmüəllifi Codi Şerman bildirib ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr hərəkətə keçməlidir: “İqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələr isə nəticələrin öhdəsindən gəlməyə ən az hazırdırlar. Atmosferə ən çox tullantılar buraxan zəngin ölkələr və resursları olmayan kasıb ölkələr var”. Hesabatda deyilir ki, bütün dünyada insanların sağlamlığı qalıq yanacağın yanmasının tərəfdarlarının mərhəmətinə qalıb. Bildirilir  ki, 2020-ci ildə 4,7 milyon insan havanın çirklənməsi nəticəsində dünyasını dəyişib. Üstəlik, 1,3 milyon ölüm birbaşa qalıq yanacaqların yandırılması ilə bağlıdır. Ötən il bu gəstəricilər daha da artıb və bu ilin yekununda da rəqəmlər yüksək olacaq.

Yaranmış vəziyyətdə ən böyük problemlərdən biri ərzaq təhlükəsizliyidir. “Lancet”in təhlili göstərir ki, hazırda 1981-2010-cu illər ilə müqayisədə daha 100 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşir. Səbəb iqlim dəyişikliyinin ərzaq istehsalına mənfi təsiridir. Şiddətli quraqlıqdan təsirlənən torpaq sahəsi son yarım əsrdə demək olar ki, üçdə bir həcmdə artıb, yüz milyonlarla insan əkinçilik edə bilmir və susuzluqdan ölmək riski ilə üzləşiblər. London İqtisadiyyat Məktəbinin “Grantham” Tədqiqat İnstitutunun direktoru və hesabatın aparıcı müəllifi Elizabet Robinson qeyd edir: “İqlim dəyişikliyi artıq qida təhlükəsizliyinə mənfi təsir göstərir. Temperaturun daha da artması, ekstremal hava hadisələrinin tezliyi və intensivliyi,  karbon dioksid konsentrasiyaları insanlar üçün qidanın mövcudluğuna və çıxışına daha çox təzyiq göstərir”. Baş verənlər Misirin Şarm əl-Şeyx şəhərində keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransında da əsas diqqət mərkəzində olub. Burada Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizəsi xüsusi diqqət mərkəzində yer alıb və təqdir edilib. Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev iqlim sisteminə təsirlərin azaldılması sahəsində Azərbaycanın qlobal səylərə töhfəsi haqqında məlumatlar verib. O, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlanan yeni strategiyada istilik effekti yaradan qaz emissiyalarının azaldılması məsələsinin xüsusi qeyd olunduğunu diqqətə çatdırıb. Həmin fəaliyyətlərin icrası iqlim dəyişmələri üzrə beynəlxalq təşəbbüslərlə tam uzlaşır və beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə, hədəflərə nail olunmasına bilavasitə töhfə verir. Azərbaycanın enerji sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin 2030-cu ilə qədər hazırkı 17 faizdən 30 faizə çatdırılması, o cümlədən enerji səmərəliliyinin artırılması, aztullantılı nəqliyyata keçid və sənaye sektorunda aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, meşələrin və yaşıllıq sahələrinin çoxaldılması və digər əhəmiyyətli mitiqasiya fəaliyyətlərimizin növbəti illərdə daha da intensivləşdiriləcəyi haqqında məlumat verilib. Konfrans iştirakçılarının diqqətinə Azərbaycan ərazilərində 30 illik işğal dövründə Ermənistan tərəfindən törədilən dağıntıların və ekosidin tam miqyası barədə faktlar çatdırılıb. Eyni zamanda, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı postkonflikt reabilitasiya, bərpa işlərinin həyata keçirilməsi, ərazilərin iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara əsaslanaraq bərpası, “ağıllı” və “yaşıl” yanaşmaların tətbiqinin əsas prioritetlərimiz olduğu haqqında məlumat verilib. Həmin yanaşmaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilərin 2050-ci ilədək “netto sıfır emissiya” zonasına çevrilməsinə zəmin yaradılması qeyd olunub. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 2050-ci ilədək “netto sıfır emissiya” zonasının yaradılması ölkəmizin qlobal dekarbonizasiya səylərinə töhfəsi olacaq.

  • Qlobal istixana qazlarının konsentrasiyası artmaqda davam edir

Onu da qeyd edək ki, iqlim dəyişikliyi fonunda qlobal istiləşmə daha çox diqqət mərkəzindədir. Bunun ümdə səbəblərindən biri havaya atılan zərərli qazların həcmidir. İqlimşünaslar havaya atılan zərərli qazların həcminin mövcud səviyyədə qalacağı və ya artacağı halda Yer kürəsində temperaturun  daha 1,5 dərəcə yüksələcəyini proqnozlaşdırırlar. Burada xatırladaq ki,  2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üzrə imzalanmış Paris sazişi çərçivəsində iştirakçı ölkələr orta illik temperatur artımını hazırkı səviyyədə saxlamaq üçün yaxın onilliklər ərzində havaya atılan karbon qazının səviyyəsini azaltmağı öhdələrinə götürüb. Bundan əlavə, sazişdə iştirak edən ölkələr atmosferdən karbon qazını aktiv şəkildə udan meşələrin və digər təbii ekoloji sistemlərin sürətli bərpası üçün planlar hazırlayıb. Lakin bu tədbirlər iqlim məsələsinin həlli üçün bəs etmir.  Çünki  havadakı istixana effekti yaradan qazların səviyyəsi sürətlə artır.

Qlobal istixana qazlarının konsentrasiyası artmaqda davam edir və qalıq yanacaqla bağlı emissiyalar artıq koronavirus pandemiyasından əvvəlki səviyyələri aşır. Demoqrafiya professoru Raya Muttarak diqqəti istixana qazı emissiyalarının digər məsələlərlə yanaşı, əhalinin gəlir səviyyəsi ilə də əlaqəli olduğuna diqqət çəkir: “Xalis sərvət baxımından insanların ən zəngin 10%-i əslində atmosferə atılan istixana qazlarının 50%-nə cavabdehdir. Planetdə cəmi 770 milyon belə insan var. Eyni zamanda, bəşəriyyətin ən yoxsul hissəsi təxminən dörd milyarddır, onlar atmosferə yalnız 12% istixana qazları buraxır”. İnsan fəaliyyəti ilə iqlim dəyişikliyi arasında əlaqə çoxdan sübut edilib. Əhali artımının ətraf mühitə təsiri zamanla nə qədər çox olacağımızdan asılı olacaq. Alimlər vurğulayırlar ki, iqlim dəyişikliyi və hər şeydən əvvəl qlobal istiləşmə insan fəaliyyəti və davranışından təsirlənir. İstixana qazları emissiyasına gəldikdə, bəzi ölkələr digərlərindən daha çox məsuliyyət daşıyırlar. İqlim dəyişikliyindən ilk əziyyət çəkən az inkişaf etmiş ölkələrdir. Onların maliyyə imkanları sel, quraqlıq və digər təbii fəlakətlərin nəticələrinin öhdəsindən müstəqil şəkildə gəlməyə imkan vermir. Hökumətlərarası Ekspertlər Şurası 2050-ci ilə qədər dünya əhalisinin təxminən 3%-nin iqlim dəyişikliyi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalacağını proqnozlaşdırır. Azərbaycan da buna qarşı mübarizə aparılmasını vacib hesab edir. burada bir daha xatırladaq ki, cari ilin noyabrın 11-də Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb. Türkiyənin təşəbbüsü ilə hazırlanan Bəyannaməni Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın baş nazirinin xanımı Aniko Levai imzalayıb. Bəyannamədə Paris Sazişindəki və Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılması zərurəti qeyd edilir. Həmçinin tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Bəyannamədə tullantıların dayanıqlı idarə olunması strategiyasının həyata keçirilməsinə sadiqlik ifadə olunur. Sənədə görə, dünyada sıfır tullantı yanaşmasının təbliğ olunacağı və qabaqcıl təcrübələrin paylaşılacağı vəd edilir. Bəyannamədə BMT-yə üzv dövlətlərə, vətəndaş cəmiyyətlərinə, özəl sektora və mediaya strategiya və yanaşmaları dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılmasına uyğunlaşdırmağa dair çağırış edilir. Azərbaycan özü bu istiqamətdə artıq müvafiq addımlar atır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

15.09.2026 / 16:37
Prezident dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı

15.09.2026 / 16:35
Borçalı aşıqlarının möhtəşəm konserti keçirildi...

15.09.2026 / 16:34
"Azərbaycan xalqı dünyada bir presedent yaratdı" - Prezident

15.09.2026 / 16:32
Prezident: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

15.09.2026 / 16:31
"Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir" - Prezident

15.09.2026 / 16:30
Prezident İlham Əliyev: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

15.09.2026 / 16:27
"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib" - Prezident

15.09.2026 / 16:09
Ayaz Əsgərov Yardımlının İcra başçısı vəzifəsindən azad edildi

15.09.2026 / 16:08
Azərbaycan Rusiya ilə birgə ali təhsil ocağı yaradır - VİDEO

15.09.2026 / 16:08
Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

15.09.2026 / 15:56
Çoxuşaqlı ailə anlayışına əl gəzdirməyin vaxtı çatıb, hətta gecikib - 6 uşaqlı ailə var?

15.09.2026 / 15:24
Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlandı...

15.09.2026 / 15:17
"Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub" - Nazir

15.09.2026 / 15:09
Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki dəmir yolu layihəsinin 75 faizi icra olunub...

15.09.2026 / 15:03
Hakan Fidan Qars-Dilucu dəmir yolunun 2029-un sonuna kimi tamamlanacağını açıqladı

15.09.2026 / 14:55
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov

15.09.2026 / 14:50
"Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var" - Hakan Fidan

15.09.2026 / 14:44
Rusiya Polşanı hədələdi - 2-3 gün ərzində yox edəcəyik…

15.09.2026 / 14:34
Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyarda çatıb

15.09.2026 / 14:30
Ukraynanın Qara dənizə çıxış limanı bağlandı

15.09.2026 / 14:11
Ceyhun Bayramov yaxın günlərdə Nyu-Yorkda Mirzoyan görüşəcək…

15.09.2026 / 13:57
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etd

15.09.2026 / 13:44
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür etdi

15.09.2026 / 13:30
Ramiz Mehdiyevin AMEA üzvlüyü məsələsinə istintaq orqanlarının qərarından sonra baxılacaq...

15.09.2026 / 13:12
Prezident İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO

15.09.2026 / 13:02
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlandı

15.09.2026 / 12:36
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 12:24
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO/YENİLƏNDİ

15.09.2026 / 12:05
Yardımlıda əməliyyat - keçmiş məhkum 8 kq narkotiklə saxlandı

15.09.2026 / 11:43
Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi açıqlandı

15.09.2026 / 11:27
Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilir

15.09.2026 / 11:25
“Ermənistandan bazanın Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almamışıq” - Qaluzin

15.09.2026 / 11:09
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15.09.2026 / 10:56
“Şərtlər yerinə yetirilməyənə qədər danışıqlar olmayacaq. Nöqtə!" - İrandan ABŞ-a qəti mesaj...

15.09.2026 / 10:40
Ukrayna Sızran neft zavodunu ikinci dəfə bombaladı - Taqanroqdakı Ozon anbarı da vuruldu…

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

15.09.2026 / 08:25
Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə kövbəti köç karvanı yola salındı

15.09.2026 / 08:10
Bu gün Azərbaycanda Bilik günüdür

15.09.2026 / 08:09
Öcalana villa tikilib - kim, kimin pulu ilə?.. İnanılmaz…

15.09.2026 / 07:40
Binali Yıldırımın başında “qara buludlar” dolaşır? - Ailə sərvət təlaşında…

15.09.2026 / 07:14
Litva səmasında PUA həyəcanı - yardıma NATO qüvvələri gəldi

15.09.2026 / 06:50
Putinin dostundan Trampın oğluna maraqlı toy hədiyyəsi - Baham adalarında “iki inanılmaz şənlik gecəsi”…

15.09.2026 / 06:42
Trampın oğlu Gürcüstanda 2 milyardlıq yaşayış kompleksi tikəcək - təkcə “Trump Tower” 200 milyon…

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ