çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Füsunkar fıstıq meşələri...

Image


Zəngin və gözəl təbiətə malik olan Azərbaycan Respublikasının təbii sərvətlərinin mühafizəsi, qorunub saxlanılması və artırılması onlardan səmərəli istifadə olunması ilə sıx bağlıdır. Müasir dövrdə sənaye, kənd təsərrüfatı, energetika və s. sahələrdə yeni texnologiyaların tətbiqi və istehsalatın genişləndirilməsi mövcud landşaftlara antropogen təsirlərin artmasına, sürətli iqlim dəyişmələrinə, ətraf mühitdə ekoloji tarazlığın pozulmasına səbəb olur.

Nəticədə cəmiyyətin sosial problemləri (yeni istehsal müəssisələri, “parnik effekti”, torpaqların işğalı, qaçqın və məcburi köçkünlərin meşə sahələrində məskunlaşması, yaylaqlardan istifadə zamanı dəhlizlərin olmaması və s.) təbii  ehtiyatların azalmasına, ətraf mühitin çirklənməsinə, biogeosenozların  kasadlaşmasına, invaziv bitkilərin artmasına, torpaqların deqredasiyasına, bir sözlə biosferin buferliyinin pozulmasına gətirib çıxarır ki, bu da qlobal ekoloji böhranın başlanmasına zəmin yaradır.

Ölkəmizin ekoloji, sosial və iqtisadi inkişafını təmin etmək üçün ilk növbədə torpaqlardan  səmərəli istifadə olunması, onların su və külək eroziyasından, müxtəlif deqredasiya prosesləri: sellərdən, sürüşmələrdən, subasmadan, bataqlıqlaşmadan və s. - dən qorunması, səhralaşma və meşəsizləşmə proseslərinin qarşısının alınması kompleks tədbirlər  proqramı əsasında həyata keçirilməlidir.

Hal-hazırda bu məqsədlə əvəzsiz təbii sərvətimiz olan meşələrimizin sahələri çoxaldılır, kənd təsərrüfatı üçün yararlı sahələrin mühafizəsi yaxşılaşdırılır, eroziyaya qarşı iri həcmli aqro-meşə meliorativ tədbirlər görülür, qoruyucu meşə zolaqları salınır. Həmçinin mövcud ekosistemin tamlığının pozulduğu lokal ərazilərdə torpaq istifadə siniflərinin dəyişdirilməsi tendensiyası həyata keçirilir. Məs: son illərdə 251 649, 66 ha bataqlıq sahəsindən 28 907,68 hektarı  qurudulmuş və başqa məqsədlər üçün istifadə olunmuşdur.(FAO)

Təbiətdə maddələr mübadiləsi və enerjinin bioloji dövriyəsində əvəzsiz rol oynayan meşələr həm də canlıların həyatı üçün əlverişli şərait  yaradan çoxlu biokütlə ehtiyatına (orta hesabla enliyarpaqlılar 157 227 418 ton,iynəyarpaqlılar 1870 998 ton və s.) malikdir. Meşə və yaşıllıqlar, bir sözlə bitki örtüyü təmiz hava, saf su, münbit torpaq yaradan ən iri ekosistemlər olmaqla biosenozun əsasını təşkil edir. Dünyada müəyyən olunan 11 iqlim qurşağından 9-nun Respublikamızda mövcud olması olduqca müxtəlif iqlim şəraitinin yaranmasına səbəb olur. Müxtəlif iqlim şəraiti isə uyğun olaraq fərqli ekoloji mühitin stabilləşməsində əsas amil olduğundan vətənimizin şimaldan cənuba doğru uzanan ərazisində dəniz səviyyəsindən yüksəkliyə görə nival, alp, subalp, enliyarpaqlı meşələr, yarımsəhra və səhra bitkilərindən ibarət bitki örtüyü bir-birini əvəz edir.

Azərbaycanın təbii florasında meşə fondunun ümumi sahəsi MİX-in hesabatlarına görə 1213,7 min ha (bu sahənin 1043,8 min hektarı meşə ilə örtülüdür.), növ tərkibinə görə ağac (bələdiyyə sahələri də daxil olmaqla 2 751 167,46 ha) və kol bitkilərinin (138 510,159 ha) sayı 435 olmaqla ümumi respublika üzrə meşə fitosenozunun 15%-ni təşkil edir. Respublika dendroflorasının tərkibində isə ümumi ağac və kol bitkilərinin təqribən 16%-ni təşkil edən 70 regional endem növə rast gəlinir. Görkəmli təbiətşünas Həsənbəy Zərdabi yazırdı: “Muğan, Mil, Küdr-Şirvan və Şirvan-Küdr bozqırlarında köhnə suvarma kanallarının, qədim şəhər və kəndlərin, eləcə də Mil düzünün bəzi yerlərində yerli əhalinin qoruyub saxladıqları ağaclar onu göstərir ki, burada həyat vaxtilə bulaq kimi qaynayırdı, hündürboylu, möhtəşəm görünüşlü ağaclar bitirdi. İndinin özündə də bütün bu bozqırlarda ilin müəyyən vaxtlarında bitən ot örtüyünün arasında cavan palıd, qarağac, tut və s. kimi ağac və kollara təsadüf edilir”.

Görkəmli nəbatat alimi akademik A.A.Qrossheym qədim dövrlərin qazıntılarından tapılan bitki qalıqlarının təhlilinə aid materiallara əsaslanaraq göstərirdi ki, Zaqafqaziyada buzlaşma dövründə sekvoya, şam,qovaq, palıd, fıstıq, vələs, göyrüş, qızılağac, qaraçöhrə və s. ağaclar bitirmiş. Respublikamızın qədim canlı yadigarı olan bu bitkilər füsunkar mənzərəli qiymətli meşələr yaradaraq öz təkamül prosesini indi də davam etdirir.Atalar gözəl demişlər: Meşə çoxdursa-tələf etmə, azdırsa-qoru, yoxdursa-ək! Yaşıllığı çox olan diyarın məzarı az olar.

İri miqyaslı areala və zəngin növ tərkibinə malik olan bu ağac cinsi Avropada, Asiyada və Şimali Amerikada da qazıntı halında təbaşir və III dövr çöküntülərindən aşkar edilmişdir. 7 cinsi və 900-ə yaxın növü olan fıstıq fəsiləsi Yer kürəsinin hər iki yarım kürəsinin mülayim, subtropik və tropik iqlim qurşaqlarında yayılmışdır.Bu qurşaqlarda fıstıq ağacları saf və başqa cinslərlə birlikdə yüksək bonitetli qarışıq meşələr əmələ gətirir. Fıstıq növlərindən şərq fıstığı (Faqus orientalis) Azərbaycanda əsasən Böyük və Kiçik Qafqazın orta və yuxarı dağ qurşağında, 600-1800m hündürlükdə geniş yayılmış edifikator ağaclardır. Alazan - Əyriçay vadisində, İsmayıllı və Balakən rayonları ərazisində bu cinsin aşağı arealı 250-500 m yüksəkliklərə təsadüf edir, həmçinin şimal istiqamətli yamaclarda dəniz səviyyəsindən 1000-1600 m məsafədə isə yüksək bonitetli sıx meşələr əmələ gətirir. Ədəbiyyatlardan məlumdur ki, fıstıq meşələri sənaye əhəmiyyətli olmaqla yanaşı torpaq örtüyünü mühafizə edir və bərkidir, dağlıq ərazilərin və çayların su rejiminin nizama salınmasında,yaşayış məntəqələrinin, əkin sahələrinin sel sularından və s. – dən qorunmasında böyük rol oynayır.

Şərq fıstığı yüksək dağ qurşağında şərq palıdı və şabalıdyarpaq palıd növləri, subalp meşə qurşağında isə tozağacı, iydəyarpaq armud, cökə, trautvetter ağcaqayını ilə birlikdə  qarışıq və saf meşələr əmələ gətirir. Lakin fıstığın bu cinslərlə birgə  yaratdığı qarışıq meşələr  saf fıstıq meşələrinə  nisbətən  az məhsuldar olub, 1800-2200 m yüksəklikdə  əsasən  alçaqboylu  ağaclıqlar yaradır.

Adətən fıstıq ağacları optimal şəraitdə intensiv bərpa olunduğundan süni olaraq toxumla yaxşı artırılır, amma onun çoxaldılmasında digər üsullardan da istifadə olunur. Bu cinsdən olan növlər antropogen  təzyiqin az olduğu ekosistemlərdə təbii bərpa yolu ilə intensiv olaraq yayılır. Əlverişli bitmə şəraitində hündürlüyü 50 m -ə çatan 500 il yaşayan, çox məhsuldar olub 350 yaşa qədər artım verən fıstıq ağacları gövdə kəsildikdə belə kötükdən güclü pöhrə verə bilir.

Zaqatala, Tovuz, Lənkəran, Qusar, Daşkəsən və digər inzibati rayonların ərazisində müxtəlif yaşlı fıstıq meşə əkinləri vardır. Gədəbəy meşə təsərrüfatı ərazisindəki Qalakənd meşəbəyliyində Göydəyə, Govdu adlı meşə sahələrində əmtəəlik dərəcəsi yüksək olan fıstıq meşə əkinləri mövcuddur. Yalamanın düzən ərazilərində  və dənizkənarı sahələrdə isə təbii halda bitən şərq fıstığının tək-tək lakin yaxşı inkişaf etmiş 120-140 yaşlı nüsxələrinə təsadüf edilir. Gözəl görünüşü, uca boyu olan fıstıq ağacları sütunvari gövdəyə malik, qışda yarpaqlarını tökən möhtəşəm ağacdır.Gövdəsinin qabığı bozumtul-külrənglidir, yaşlı nüsxələrdə qabıq qeyri- bərabər dayaz çatlidır, qabığı qəhvəyi rəngli olan cavan budaqlar hamar səthə malikdir.Yarpaqları sadə, qalın, parlaq,kənarları xırda mişardişli və ya dalğavaridir, üstdən çılpaq, altdan damarlar boyu seyrək tükcüklüdür. Erkəkcik çiçəkləri sırğavari olub zoğun ucunda, dişicik çiçəkləri isə yarpağın qoltuğunda yerləşir. Meyvəsi üçkünc, sivri uclu, nazik qabıqlı qəhvəyi qutucuğun daxilində yerləşir. Üstü tikanvari çıxıntılardan ibarət olan odunlaşmış qərzəkdə iki bəzən də bir ədəd toxum olur.

Çiçəklənməsi yarpaqlaması ilə birlikdə başlayan fıstıq ağacları bitmə və iqlim şəraitindən asılı olaraq aprel-may aylarında çiçəkləyir, meyvəsi isə sentyabr-oktyabr aylarında yetişir.Meyvə yetişdikdə onu örtən qərzək dörd hissəyə parçalanaraq  açılır və toxum yerə tökülür. Toxum töküldükdən sonra boş qərzək qısa müddət ağacda qalır Fıstıq ağaclarının şəraitdən asılı olaraq torpağın nəmliyinə müxtəlif dərəcədə tələbkarlığı fərqli məhsuldarlığa malik bir neçə meşə tipi yaranmasına səbəb olmuşdur.Belə ki, tədqiqatlarda ölü örtüklü, cır yulaf, qısaayaq, çətiryarpaq, böyürtkən, ayıdöşəyi tipli əsasən müxtəlif yaşlı ağacları və mürəkkəb quruluşu olan fıstıq meşələrinin həm məhsuldarlığı,həm də qoruyucu xüsusiyyətləri daha yüksək olur.

Lənkəran zonasındakı fıstıq meşələri özünün tərkibi, quruluşu və məhsuldarlığı ilə başqa meşələrdən seçilir. Həmin meşələrin tərkibinə bu zonaya xas olan dəmirağacı, gözəl və məxməri ağcaqayınlar da qarışır. Ayrı-ayrı yerlərdə isə fıstıq qaraçöhrə və şümşədlə birgə bitərək qaraçöhrəli və şümşədli meşə tipləri əmələ gətirir.

Azmeşəli ölkələr qrupuna daxil olan lakin bitmə şəraiti, iqlimi və ağac növlərinin müxtəlifliyinə görə çox zəngin olan Respublikamızın meşə ekosistemlərinin 31,7%-ni tutan fıstıq ağacları oduncağının keyfiyyətinə görə qiymətli növlərdən olub, hər hektarında təqribən 250-300 m3-ə qədər oduncaq ehtiyatına malikdir. Yüksək texniki keyfiyyətə malik olan oduncaq həm bərk, həm də elastikdir. O qaldıqda qırmızı rəng alır və özək şüalarının tangental kəsikdə iyəbənzər xallı dekorativ bəzək şəbəkəsi əmələ gətirməsi və gözəl haşiyəsinə görə seşilir.

Bu səbəbdən fıstıq ağaclarından mebel, parket, çəllək, silah, vaqon hissələri, dəmiryol şpalları  və s. hazırlanmasında, tikintidə və maşınqayırmada müxtəlif detalların inşasında geniş istifadə olunur.Həmçinin oduncaqdan sirkə turşusu,qətran və krezot yağı, quru distillə (piroliz) yolu ilə isə kömür, karbon qazı, metan, aseton, spirt və s. alınır. Fıstığın oduncağının tərkibində 48,2% sellüloz, 26,9% pentozon, 21,8% liqnin maddəsi vardır. Onun külündən keyfiyyətli potaş və torta əldə edilir.Bəzi ölkələrdə onun oduncağından süni işək və yun da istehsal olunur. Fıstıq toxumlarından 30-40% yüksək keyfiyyətli iysiz, açıq rəngli texniki yağ alınır. Bu bitkinin meyvələri qiymətli qida xüsusiyyətinə malikdir. Onun ləpəsində 1,2-4,8 % şəkər, 5,2 %-ə qədər yağ, 22,3 % zülal, 2,5-3,6 % mineral maddələr,9,5 mq askorbin turşusu,Ca, Mg, F və Fe vardır. Məişətdə toxumu qovrulur və qida kimi istifadə olunur. Toxumdan hazırlanan qəhvə uşaq ishalı zamanı çox qiymətlidir. Lakin tərkibində alkaloidli maddələr olduğundan çiy halda yeyilməsi məsləhət deyil.

Uzunömürlü möhkəm ağac olan fıstıq bitkisinin şaquli və yan kökləri yaxşı inkişaf edir.Yan köklər torpağın üst qatında yerləşərək bir-biri ilə birləşir, sanki torpaqda hörgü şəbəkəsi yaradır.Bu səbəbdən xüsusən dağ yamaclarında torpaq eroziyasının,torpağın yuyularaq parçalanmasının qarşısının alınmasında çox böyük mühafizəedici əhəmiyyət daşıyır. Bütün bu kriteriyalar göstərir ki,sənaye əhəmiyyətli olmaqla bərabər yüksək torpaqqoruyucu, susaxlayıcı və iqlimsaflaşdırıcı xüsusiyyətə malik olan uzun ömürlü fıstıq bitkisı meşəsalmada və həm də dekorativ ağac olduğundan dağ kəndlərinin yaşıllaşdırılmasında geniş istifadə olunarsa, böyük ekoloji və iqtisadi səmərə verə bilər. Süni əkinlərdə istifadə olunan və budama zamanı daha yaxşı inkişaf edən fıstıq ağacları füsunkar gözəllik yaradaraq insana xüsusi zövq verir. Hesablamalar göstərir ki, orta hesabla boyu 25 m, çətirinin diametri 8-10 m, yarpaqlarının sahəsi 1600 m3 olan bir fıstıq ağacı saatda 1,7 kq oksigen (O2) buraxır, bunun üçün o, 2,4 kq (CO2) karbon qazından istifadə edir. Məlumdur ki, 1ha fıstıq meşəsi  63 ton tozu tutub saxlaya bilir, beləliklə atmosfer havasının təmizlənməsində və oksigenlə zənginləşməsində də fıstıq meşələri çox böyük rol oynayır.

Xalqımızın ümummilli lideri H.Əliyev rəhbərlik etdiyi dövrdə yaşıllığı qiymətləndirə bilməyənlərə anlatdı ki, yaşıllıq olmayan yerdə həyat yoxdur. Hər kəs ən azı iki ağac əkib böyütməlidir. Onun yürütdüyü mükəmməl ekoloji siyasət əsasında meşələrin bərpa edilməsi, mühafizəsi, artırılması və səmərəli  istifadə edilməsini nəzərdə tutan bir sıra layihələr hazırlanmış və həyata keçirilmişdir. Bu ənənə indi də davam etdirilir: Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya , İşğaldan azad olunmuş ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2021-2023-cü illər üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair Tədbirlər Planı, “Meşə fondunun bərpası proqramı”, “Azərbaycan  2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanması nəzərdə tutulan “ 2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyasının müvafiq bölməsinin ilkin layihəsi (Məqsəd 5.1- yüksək keyfiyyətli ekoloji mühit) və s.

Prezident İ.Əliyevin 22 iyul 2022-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının  2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası “ layihəsinin 5 əsas göstəricisi: davamlı rəqabətə davamlı iqtisadiyyat, dinamik,inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət,rəqabət, qabiliyyətli insan kapitalı və müasir innovasiya məkanı, azad edilmiş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və” yaşıl inkişaf”da bu məsələlərin həllini əhatə edir.

Azərbaycanın meşələri  toxunulmaz milli sərvət hesab olunduğundan bu sərvətı qorumaq, artırmaq və gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın müqəddəs borcudur.

H.İsayeva 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin

İnkişafı Xidməti Meşə Təsərrüfatı Tədbirləri Mərkəzi
Toxumçuluq üzrə aparıcı mühəndis

G.Əliyeva
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin

İnkişafı Xidməti Meşə Təsərrüfatı Tədbirləri Mərkəzi
Toxumçuluq üzrə baş mühəndis



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ