çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qanunsuz pul yığımı, səs yazıları, şagird intiharı, dərs bölgüsü davaları - məktəblərdəki mənzərə...

Image


Son dövrlər Azərbaycanın bəzi orta məktəblərində baş verən biabırçılıqlar təhsil ocaqlarında problemin daha dərin olduğunu üzə çıxarıb.

Qeyd edək ki, tədris ili bir aydır başlayıb, orta məktəblərdə baş verən neqativ halların ardı kəsilmir. Ilk dərs günlərində bir neçə məktəbdə rüşvət yığımına dair faktlar, səs yazıları üzə çıxdı. Faktlar təsbit olundu və direktorlar cəzalandırıldı.

Daha sonra digər məktəblərdə dərs bölgüsü ilə bağlı narazılıqlar yaşandı.

Oktyabrın 4-də sosial şəbəkələrdə insanları sarsıdan bir video yayıldı. Bakının 112 saylı məktəbində şagirdin sinif yoldaşını vəhşicəsinə döyməsi insanların hiddətinə səbəb oldu. Təəssüf ki, elə həmin gün digər bir neçə neqativ hadisə haqda da məlumatlar yayıldı. Belə ki, bu günlərdə İsmayıllıda şagird şagirdi bıçaqlayıb, başqa bir məktəbdə bir şagird sinif otağında intihar edib, daha sonra Şəkidə müəllimlər direktoru boykot edib, dərslərə girməyiblər.

Bir neçə gün əvvəl isə Xətai rayonu, 48 nömrəli tam orta ümumtəhsil məktəbində 10-cu sinif şagirdləri müəllim dərsə gəlmədiyi üçün vaxtdan “səmərəli” istifadə ediblər. Belə ki, onlar sinif otağına elektrik plitəsi gətirib və pomidor-yumurta bişiriblər. Sonra da bu əyləncəli dəqiqələrin videosunu çəkərək ictimailəşdiriblər. Təəssüf ki, məktəblərlə bağlı bu tip xoşagəlməz məlumatlar, demək olar ki, hər gün yayılır. Bu da ictimaiyyət arasında narazılığa səbəb olur. Valideynlər övladlarını məktəbə göndərməyə ehtiyat edir. Valideynlər artıq məktəb mühitindən narahatdırlar. Beləliklə,  valideynlə məktəb arasında problem yaşanır.

Mütəxəssislər bildirir ki, məktəbdaxili intizam qaydalarının olmaması da ciddi fəsadlar yaradır. Tədris müəssisələrinin nizamnamələri olmadığına görə daxili intizam qaydaları da yoxdur. Təhsilverənlər üçün bu prosesi “Təhsil işçilərinin Etik Davranış Qaydaları” tənzimləyirsə, təhsilalanlar üçün belə tənzimləyici sənəd yoxdur.

Ekspertlər bildirir ki, məktəblərdə yaşanan negativliyə səbəb tərbiyəvi mühitlə bağlı ciddi problemlərin olmasıdır. Maraqlıdır, bu sahədə yaşanan problemlər necə həll edilməlidir?

  • Kamran Əsədov: “Məktəblərə nəzarət, idarə edilməsi, təhlükəsiz təhsil mühitinin yaradılması istiqamətində ciddi problemlər var”

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda ölkənin 4432 ümumtəhsil məktəbində 1.6 milyon şagirdin təlim-tərbiyəsi ilə 150 minə yaxın müəllim çalışır. Etiraf edək ki, son illər biz təhsil prosesində uğurları görməsək də, son iki il ərzində neqativlərin həcmi, ağırlıq səviyyəsi ciddi şəkildə artıb: “Təkcə 2022-ci ilin yanvar ayından sentyabrın 30-na qədər olan müddətə baxanda ən çox 9 ay ərzində intiharlar, şagirdlərin birinin digərinə qarşı fiziki zorakılığı, müəllimlərin arasında münasibətlər, direktorların tədris prosesini düzgün təşkil etməməsi, şagirdlərdən əsassız olaraq pul yığılması kimi hallar heç bir vaxt builki qədər olmamışdı. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyinin tədris prosesinə nəzarəti həyata keçirməkdə ciddi problemləri var. Biz heç vaxt görməmişik ki, şagirdlər arasında münasibətlər bu qədər gərgin olsun. Təkcə geridə qoyduğumuz 9 ay ərzində, yeni tədris ilinin başladığı iki ay ərzində şagirdlərin birinin digərinə kəsici-deşici alətlərdən istifadə edərək xəsarət yetirməsi, eyni zamanda fiziki zorakılıqla müşahidə edilən bu hallar çox ciddi şəkildə artıb. Maraqlı olan odur ki, Elm və Təhsil Nazirliyi məhz bu problemlərin aradan qaldırılması üçün bir sıra QHT-lərə böyük məbləğdə qrant layihələri verib. Təsəvvür edin, bu qrant layihələri ona görə verilib ki, tədris prosesinin keyfiyyəti artırılsın, şagirdlər arasında münasibətlər, eyni zamanda məktəb-müəllim münasibətləri tənzimlənsin. Amma biz görürük ki, bu qədər qrant layihələri almalarına, bu qədər tədbirlər keçirilməsinə baxmayaraq, neqativ halların sayı azalmaq əvəzinə ciddi şəkildə artıb. Baxırıq ki, Elm və Təhsil Nazirliyinin istər fərdi qaydada, istərsə də innovativ qrant layihələri çərçivəsində vəsaiti ən çox bullinqə aid olan layihələrə ayrılıb.  Ən çox da bullinq halları son 9 ayda artıb. Yeni tədris ili başlayandan sonra biz bunu müşahidə edirik. Bakı məktəblərində vəziyyət stabil deyil. Məktəblərə nəzarət, idarə edilməsi, təhlükəsiz təhsil mühitinin yaradılması istiqamətində ciddi problemlər var. Eyni zamanda artıq oktyabrın 5-i keçib və bizim 1.6 milyon şagirdimizə nazirlik dərslikləri hələ də verməyib. Bu, onu göstərir ki, onlar fəaliyyətlərini düzgün qurmurlar. Yeni tədris ilinin başladığı iki həftəni təhlil etsək, ürəkaçan heç bir mənzərə yoxdur. Həmçinin, araşdırmalar zamanı müəyyən edilib ki, şagirdlərin məktəbdə davamiyyəti, müəllim şagird münasibətləri, məktəb valideyn münasibətləri bütün istiqamətdə qurulmayıb. Bunun mənfi nəticələrini biz tədrisin gedişində də görə bilirik. Misal üçün, bu il 2-ci və 3-cü ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri çox aşağı düşdü. Kifayət qədər boş plan yeri qaldı”.

Təhsil eksperti onu da əlavə etdi ki, məktəblərlə bağlı yaranan narazılıqlardan biri də hələ indiyə qədər məktəblərə kitabların verilməməsidir. Həmçinin, bir çox məktəblərdə müəllim vakant yerlərinin olmaması, şagirdlərin normal təhsili üçün müəllimlərin vakant yerlərə göndərilməməsi kimi ciddi problemlər mövcuddur.

  • Nadir İsrafilov: “Təhsil qanunvericiliyimizdə köklü dəyişiklik aparılmalıdır”

Təhsil eksperti Nadir İsrafilov qeyd etdi ki, bir müddətdir, məktəblərdə uşaqlara qarşı zorakılıq halları ilə bağlı tərbiyəçi, müəllim, müəssisə rəhbəri cəzalandırılıb, hətta işdən azad edilənlər olub: "Hansısa fakta görə müəllimi cəzalandırmağı çıxış yolu hesab etmirəm. Biz adətən nəticəyə əsasən qərar çıxardırıq. Amma gərək hadisənin başvermə səbəblərini araşdıraq. Ümumiyyətlə, təhsil qanunvericiliyimizdə köklü dəyişiklik aparılmalıdır. İstər uşaq konvensiyası, istər etik qaydalar, istər məktəbin nizamnaməsində bütün hallarda günahkar müəllim hesab olunur. Şagird və valideynin məsuliyyəti haqqında heç bir rəsmi sənəd yoxdur".

Ekspertin sözlərinə görə, cəzasızlıq mühiti şagird özbaşınalığına rəvac verir: "Dünya təcrübəsində valideynin məsuliyyəti qanunvericiliklə təsbit olunub. Təəssüf ki, bizdə tətbiq olunmur. Baxmayaraq ki, valideyn pedaqoji təhsil prosesinin bərabərhüquqlu subyektidir. Tərbiyə işi təkcə məktəbin üzərinə düşmür. Uşağın tərbiyəsi evdən, valideyndən başlayır. Məktəb isə bunu davam etdirir. Valideynlərin heç bir məsuliyyəti yoxdur".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ