"Hörümçək" sözü lüğətdən niyə çıxarıldı... Elmi redaktordan açıqlama...

img

Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Baki-xeber.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.

M.Nağısoylu açıqlamasında bildirib ki, spayder təkcə hörümçək mənasını vermir: "Spayder" həm də "Yeni sözlər, yeni mənalar" lüğətinə əsasən, iki yerlik, açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni, "hörümçək" sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb".

Peşə etikası

Son xəbərlər