Azad edilmiş ərazilərə sərnişindaşımaya start verilir

img

İlk dəfə olaraq azad edilmiş ərazilərə sərnişin daşımaya start verilir. Bütün bu işlərin başlıca məqsədi böyük qayıdışın təmin edilməsidir. Artıq, görülən işlər həmin ərazilərə sərnişindaşımaya da imkan verir.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə deyib.

R.Hümmətov bildirib ki, başlıca məqsəd vətəndaşların həmin ərazilərə təhlükəsiz daşınmasını təmin etməkdir. “İlk mərhələdə təhlükəsizliklə yanaşı infrastruktur da buna imkan verir”, - deyə o bildirib.

Peşə etikası

Son xəbərlər