Qarşıdan tariximizin ən şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 32-ci ildönümü gəlir. Masallı Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq "Azadlığın şanlı yolu" adlı tarix dərsi keçirildi. Dərsdə rayonun Ərkivan qəsəbəsi 2 saylı tam orta məktəbinin şagirdləri iştirak edirdilər.
Dərs faciə qurbanlarının və İkinci Qarabağ müharibəsində Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Əməkdar Mədəniyyət işçısi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Muzeyin direktoru Əntiqə Tağıyeva söz alıb tədbir iştirakçılara 1990-cı il Qanlı Yanvar faciəsi ilə bağlı tarixi faktları, eləcə də həmin dövrün siyasi vəziyyəti, faciənin günahkarları və hadisələrin tariximizdəki yeri barədə geniş məlumat verdi . Sonra məktəblilərlə 20 Yanvar ilə bağlı müzakirələr aparıldı və tədbir faciə ilə bağlı hazırlanmış “Azadlığın şanlı yolu” adlı sərgiyə baxışla başa çatdı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin