çərşənbə günü, 11 noyabr 2026
     

Qəbələnin Tikanlı sakini olan fəhlənin faciəsi MTK-ların cinayətkar üsuldan hələ əl çəkmədiyini göstərir…

Image


Son dönəmlər əksər tikinti sahələrində hündürlükdən yıxılaraq ağır xəsarət alan və ya həyatını itirən fəhlələrin çoxaldığını görürük. Belə olan halda həmin işçilərin ailəsi başsız qalır və ya maddi vəziyyətləri çətin duruma düşür.

Bu günlərdə Qəbələ rayonunun Tikanlı kənd sakini, fəhlə Rəhim İbrahim oğlu Cəlilov Bakıda çoxmərtəbəli binada işləyərkən yıxılaraq ölüb.

Qeyd edək ki, son zamanlar bu kimi hadisələr mütəmadi olaraq baş verir. Vəfat edən Rəhim Cəlilovun atası bildirib ki, oğlu ilə heç kim əmək müqaviləsi bağlamayıb: “Günəmuzd işlə məşğul idi. Hətta bu işi də həmişə tapa bilmirdi”.

Bildirək ki, burada əsas problem əməyin təhlükəsizliyinin təmin olunmaması ilə yanaşı, həm də əmək müqaviləsinin olmaması səbəbindən bədbəxt hadisə zamanı işçinin hüquqlarının təmin olunmamasıdır.

Son 2 ildə dünyanı bürüyən pandemiya işsizliyi xeyli artırdı. Rəqabət böyük olduğundan, insanlar ailəsinə bir parça çörək qazanmaq üçün işəgötürənin hər şərtinə razı olur, müqaviləsiz şəkildə, təhlükəli şəraitdə çalışırlar. Nəticədə bədbəxt hadisələr zamanı heç bir hüquqları qorunmur.

  • Kamran Məmmədli: “Bəzən işçilərlə bağlanılan əmək müqavilələrində bir növ tələ sayılan müddəa olur, həmin müddəada…”

Iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, tikinti sektorunda qeyri-rəsmi qaydada, əmək müqaviləsi bağlamadan çalışanların sayı çoxdur. Belə insanların həyatı, təhlükəsiz şəraitdə işləməsi sahibkarları elə də maraqlandırmır: “Son nəticədə hər il tikinti sektorunda onlarla ölüm və xəsarət hallarının şahidi oluruq. Çünki sahibkarlar məsuliyyətdən, eləcə də bir sıra ödənişlərdən, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fonduna ödənişlərdən yayınmaq üçün işçilərin hamısı ilə əmək müqaviləsi bağlamamağa çalışırlar. Çünki həmin müqavilədə işçinin həyat və tibbi sığortası məsələləri, digər hüquqları öz əksini tapmalıdır. Üstəlik, işçilərin həyatına məsuliyyətli yanaşmaq, iş prosesində bütün normalara əməl etmək lazımdır. Bakıda tikinti aparılan ərazilərin yanından keçərkən kaskasız, təhlükəsizlik tədbirlərinə əməl edilmədən yüksək mərtəbələrdə çalışanları görürük. Bu kimi hallar faciələrlə nəticələnir. Odur ki, dövlət tikinti sektoruna, xüsusilə də əməyin təhlükəsizliyinə nəzarəti sərtləşdirməlidir”.

Ekspert onu da vurğuladı ki, bəzən işçilərlə bağlanılan əmək müqavilələrində bir növ tələ sayılan müddəa olur: “Həmin müddəda qeyd edilir ki, işçi iş prosesində baş verən qəzaya görə bütün məsuliyyəti öz üzərinə götürür. Bu cür müddəaların olması qanuna zidd deyil, amma məntiqə və davranış qaydasına ziddir. Azərbaycanda bir iş yeri üçün rəqabət o qədər güclüdür ki, işçilər düşünmədən və oxumadan müqavilələri imzalayırlar. Son nəticədə onlar xəsarət alan zaman və digər hallarda kompensasiyalardan məhrum olurlar”.

  • Hüseyn Axundov: “Əmək müqaviləsi olan şəxsin də əmək şəraiti yoxlanmalıdır, əmək təhlükəsizliyi qaydalarına riayət olunması təmin olunmalıdır”

Hüquqşunas Hüseyn Axundov qeyd etdi ki, əməyin təhlükəsizliyinin təmini və müqavilə bağlanmasına nəzarət Dövlət Əmək Müfəttişliyinin səlahiyyətindədir: “İllərdir biz bunu deyirik ki, əmək müqaviləsi bağlanmadan heç kim gedib işləməsin. Onu işçi də, işəgötürən də bilməlidir. Əmək müqaviləsi vətəndaşın hüququdur. Hətta bununla bağlı biz sahibkarlıq müəssisələri üçün cərimələr, cəzalar da müəyyənləşdirmişik. Belə hallara yol verildiyi ortaya çıxan müəssisə cərimə olunmalı, bağlanmalıdır. Bu kimi durumlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Əmək Müfəttişliyi ciddi tədbirlər görməlidir. Eyni zamanda əmək müqaviləsi olan şəxsin də əmək şəraiti yoxlanmalıdır, əmək təhlükəsizliyi qaydalarına riayət olunması təmin olunmalıdır. Həddindən artıq isti və soyuq havalarda açıq havada işlər dayandırılmalı, təhlükəsizlik üçün xüsusi geyimlərdən, təhlükəsizlik kəmərlərindən istifadə olunmalıdır”.

  • Mayis Əliyev: “İşçilər bədbəxt hadisələr zamanı nə sığorta ala bilir, nə əlilliyinə görə əlavə ödənişlər…”

Sosial sahə üzrə ekspert Mayis Əliyevin sözlərinə görə, müqaviləsiz çalışmanın çox ciddi fəsadları var: “İşçilər bədbəxt hadisələr zamanı nə sığorta ala bilir, nə də əlilliyinə görə əlavə ödənişlər. Xəsarət almasa belə, pensiyaya çıxanda əmək pensiyası ala bilmir, çünki onun pensiya kapitalı olmur. Onların əmək müqaviləsində iş saatları, istirahət və məzuniyyət günləri qeyd olunur ki, bunlardan da məhrum olurlar. Sahibkarın əlində qul kimi işləyirlər, sahibkar onları istədiyi şəraitdə, istədiyi qədər işlədir, iş bitəndə isə deyir ki, sabahdan azadsan. Əmək müqaviləsi olsa belə özbaşınalıqlar olmaz, vətəndaşlarımızın əmək hüquqları və təhlükəsizliyi də qorunar”.

Ekspert hesab edir ki, tikinti ilə qanunların sərtləşdirilməsinə ehtiyac var: “Hər bir qanunun təkmilləşdirilməsi, nəzarət sisteminin gücləndirilməsi, sanskiyaların sərtləşdirilməsi vacib  məsələlərdir. Nə qədər mükəmməl qanunlar qəbul olunsa da, yerlərdə düzgün tətbiq olunmadığı halda əhəmiyyətsiz olur. Buna görə də tikinti sahəsində çalışan insanların peşəkarlığı, onlara vərdişlərin aşılanması vacibdir”.

Günel CƏLİLOVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ