çərşənbə günü, 11 noyabr 2026
     

Gəncliyində yarımçıq qoyduğu ali hüquq təhsilini 74 yaşında bitirdi – Əfsanəvi məzun Füqen Dalkılıc Azərbaycanda… - FOTO

Image


Qadınlar haqqında danışarkən Türk qadınını fərqləndirməmək, Türk qadınına qarşı haqsızlıq  olar fikrimcə. Türk qadınını olduğu kimi təsvir etmək kəlimələrə, bir yazıya, yaxud bir videoçarxa, hətta bir filmə belə sığmayacaq qədər geniş mövzudur.

Bu arada Bakıda hər kəs üçün maraqlı ola biləcək bir xanım qonaq var. Çox maraqlı həyat hekayəsi və fikirləri ilə diqqətimizi çəkən Füqen Dalkılıcla müsahibəni aşağıda oxuya bilərsiniz. Müsahibimiz orta məktəbi bitirdikdən sonra Ankara Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Təhsilinin birinci kursunu bitirdikdən sonra, ailə qurub. Həyat yoldaşının işləri ilə əlaqədar tez-tez ölkədən kənarda olmaq gərəkdiyi üçün Füqen xanım təhsilini yarıda buraxmaq məcburiyyətində qalıb. Ardından ana olmaq, övladlarını böyütmək və sair... Bir də baxıb ki, artıq yaş 70-ə yetişib. Həyat yoldaşının ölüm xəbəri ilə güclü sarsıntı yaşayan Füqen xanım bu sarsıntı və üzüntüləri üzərindən atlatmaq üçün çox maraqlı və təqdirəlayiq bir addım atıb,  yarım qalmış təhsilini ikinci kursdan davam etdirmək qərarına gəlir və bu qərarını reallaşdırır. Artıq, 74 yaşlı Füqen xanım Universitetin hüquq fakültəsinin yeni məzunudur. Öncə Füqen Dalkılıcın  Azərbaycan və Azərbaycan qadınları haqqında fikirləri ilə tanış olduq.  

- Füqen xanım Azərbaycan haqqındakı təsəvvürlərizlə, gördükləriniz sizcə biri-birini tamamlayırmı? 

- Mən Azərbaycana ilk dəfə Sovetlər dönəmində 1977-ci ildə gəldim. O zaman da Bakı çox gözəl idi. Hər gəlişimdə Bakını daha gözəl, daha fərqli görürdüm. Bu gün Bakı daha çox dəyişib, dünyanın ən gözəl şəhərlərinə rəqibdir. Bu şəhər hər zaman gözəlliyi ilə cazibədardır:  dənizi ilə, küləyi ilə, sıcaq-səmimi insanlarıyla ... İçərişəhəri də çox sevirəm. Böyük tarix yaşayır İçərişəhərdə. İlk gəlişimdə də İçərişəhəri gəzmişdim, "Qız qalası"na çıxıb, ordan şəhəri izləmişdim. İndi göydələnlər ucaldılıb. Gözəl istirahət parkları, alış-veriş mərkəzləri və s., baxdıqca göz oxşayır. Azərbaycanı, azərbaycanlıları çox sevirəm. Əminəm ki, ölkənizin bütün rayonları da paytaxt qədər çox gözəldir. Sovetlər birliyi dövründə həyat yoldaşım Türkiyə səfirliyində çalışdığı üçün bir müddət Moskvada yaşadıq. O zaman televiziya kanallarında həmişə Azərbaycan folklorlarını dinləyir, pərəstiş edir,  Azərbaycan filmlərini sevə-sevə izləyirdim. Ümumiyyətlə, Qazaxıstan, Özbəkistan və digər türksoylu ölkələrdə də olmuşam, hamısı haqqında da müsbət düşüncələrim var. Azərbaycanla  isə bağlarımız kökümüzə, soyumuza söykənir. 

- Bəs azərbaycanlılar haqqındakı düşüncələriniz nədir?

- İnsanlar çox mehriban, qonaqpərvər, istiqanlıdırlar. Türk olduğumuz üçün də daha fərqli, daha isti münasibət bəsləyirlər bizə. Dinimiz, dilimiz birdir. Tarixi bağlarımızı və qardaşlığımızı insanların münasibətində o qədər səmimi hiss edirəm ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. 

- Azərbaycan qadınları haqqında fikirləriniz necədir?  

- Bakıda gördüyüm, tanıdığım bütün Azərbaycan qadınlarını modern, savadlı, çalışqan gördüm. Hər işə hakim olmağı bacaran, güclü qadınlarınız var, deyə düşünürəm. Ən üstün fərqliliklərindən biri də çox gözəl, baxımlı olmalarıdır. Özlərini cəmiyyətdə layiqincə, bütün sahələrdə təmsil edirlər. Gözəl ana, gözəl nənədirlər. Belə çalışqan, zəhmətkeş qadınları olduğu üçün Azərbaycan xalqı çox şanslıdır. Və ən önəmlisi hər işdə uğura imza atan qadınlarınız möhkəm ailə dəyərlərini də yaşatmağı, gələcək nəsillərə ötürməyin öhdəsindən layiqincə gəlirlər. Bu baxımdan gerçəkdən toplum olaraq şanslısınız. 

- Sizcə sizin bu yaşda ali təhsil almağınızın, universitet məzunu olmağınızın qadınlara nə kimi təsiri ola bilər?

- Örnək olduğumu düşünürəm. Rəfiqələrim mənə "İdealımızsan" deyirlər. Bu da məndə özgüvən hissini daha da artırır. Qadınların güclü olmasını, hər şeyin öhdəsindən təkbaşına gəlməyi bacarmalarını istəyirəm. Türkiyədə qadınlar üzərində hökmranlıq, qadına şiddət hələ də var. Bunların olmaması üçün qadınların savadlı və güclü olmaları gərəkdiyini düşünürəm. O səbəbdən də qadınların güclü olmalarını istəyirəm və türk qadınının bütün uğurlarını alqışlayıram. Digər tərəfdən insanların hər yaşda təhsil almasının mümkünlüyünü təsdiq etdim. Ayrıca uğur qazanmaq, çalışmaq, təhsil almaq, yüksəlmək 60 yaşların üzərində olan insanlar üçün ciddi motivasiyadır. Yaşam enerjisini gücləndirir, həyat eşqini artırır. 

- Füqen xanım, müasir dövrdə diplom əldə etmək o qədər də çətin deyil. Çoxları diplom ala bilir. Lakin, əksəriyyət ya sahib olduğu diplom üzrə çalışmır, ya da ümumiyyətlə çalışmır. Belə bir halda mütləq diplom almaq cəsarəti və israrı hardan qaynaqlanır?

- Doğru, fikriniz bütün dünyadakı reallığı əks etdirir. Gerçəklikdir ki, çoxları diplomu üzrə çalışmır. Amma, insanın öz biliyi, məqsədi ilə bir diploma sahib olması, bir növ həm də onun özünü cəmiyyətə sübut etməsidir. Yəni, insan çox böyük qürur hissi ilə "mən bunu bacardım" demiş olur. Eyni zamanda diplomun bəzi qapıları açmaq üçün açar olduğunu düşünürəm. Diplom həm də sahib olduğumuz elmi biliklərin, savadın sübutudur. Qarşıda məni daha bir illik təcrübə gözləyir. Həmin təcrübəni keçdikdən sonra vəkil olmaq niyyətindəyəm. "Mən hüquq məzunuyam" demək bir başqa duyğu, "mən vəkiləm" demək tamam başqa bir duyğudur. Allah izn verirsə, mən o duyğunu da özümə yaşadacağımı bacaracağıma əminəm.

İnşallah deyirik, Füqen Dalkılıca Allahdan uzun, sağlam ömür və planlarını reallaşdırmasını arzulayırıq.

Jalə ASİMAN



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ