çərşənbə günü, 11 noyabr 2026
     

Çanaqqalada boş səngər və yarımçıq qalmış şahmat oyunu...

Image


Birinci Cahan müharibəsi dünyanı bölüşdürən. lakin milyonlarla insanın həlak olmasına səbəb olan savaş olmuşdur. Avstriya-Macarıstan, Rusiya imperiyaları kimi Osmanlı xanədanı da bu savaş nəticəsində dağılmış, bugünkü Türkiyə cümhuriyyəti əraziləri parçalanmaq təhlükəsi ilə üzləşmişdir. Mustafa Kamal paşanın başını çəkdiyi qüvayyi-milliyyə hərəkatı türk torpaqlarını bu təhlükədən xilas etmişdir.

Müharibələrin sadə insanların həyatında buraxdığı acı sənətin diqqətini həmişə cəlb etmişdir. Yeni Zelandiyalı rejissor, aktyor Rasl Kuronun 2014-cü ildə ekranlaşdırdığı “Son ümid” filmi bu mövzudadır. Türk qoşunu Çanaqqalada qarşı səngərə hücum edən zaman gözlənilməzliklə qarşılaşır. Onlar boş səngər və yarımçıq qalmış şahmat oyununu görürlər. Bu epizod böyük siyasətin şahmat masasında qurulduğunu göstərir.

Caşua Konor( Rasl Kuro) Türkiyəyə qarşı aparılan Çanaqqala savaşında övladlarını itirir. Öz həyəti üçün quyu qazaraq susuzluq proplemini həll edən Caşua oğullarını tapmadığından həyat yoldaşının qınağına tuş gəlir. Həyat yoldaşı övladlarından nigaran qalaraq əlacsız qalıb intihar edir. İntihar nəticəsində həyat yoldaşının meyiti üzərində keşişin dua oxumaması, onu dörd il ərzində kilsəyə gəlməməkdə ittiham etməsi Caşuanı məyus etsə də, o, Elizanın ruhu qarşısında söz verir. O. zamanında düşmən saydığı türklərdən kömək almaq üçün Çanaqqalaya getməli olur. Oğullarını qum fırtınasından qorumağı xatırlayan atada yenə ümid yaranır. Bu xatırlatmadan sonra Anadoluda xoşgörünün tərənnümçüsü hesab olan səmazənlərin rəqsinin əksi ümidin doğrulacağının mesajı kimi görünür.

Böyük Britaniya işğalı altındakı İstanbulda Osmanlı paşaları  Həsən ( Yılmaz Ərdoğan) və Camal ( Cem Yılmaz)  öz ölkələrinin halına görə pis olsalar da ingilislərlə birlikdə cənazələrin tapılmasında iştirak edirlər. Bu məsələ Caşuanın da xeyrinə olur. Çanaqqalaya getmək, təbii ki, asan olmur. Lakin Orxan adlı uşaq Caşuanın ingilis hərbi qərargahına getməsinə yardım edir. Orxanla Caşuanın ortaq cəhəti əzizlərindən xəbərlərinin olmaması ilə bağlıdır. Caşuanın oğullarını, Orxanın isə atasını axtarması maraqlı tandem yarada bilir. Orxanın anası Aişə isə qaynı Ömərin təzyiqləri qarşısında olur. Aişəni öz aləmində Osmanlı qadını kimi görmək istəyən Ömər ona həyat yoldaşı kimi sahib olmaq istəyir.

İstanbul işğal altında olsa da öz cazibəsini bir neçə tarixi məkanıyla qoruyub saxlayır. Orxan Çaşuanı şəhəri gəzdirən zaman onu Sultan Əhməd məscidinin cazibəsi tutur. Tarixi abidənin filmdə əks olunması İstanbulun artıq özünəməxsus türk-müsəlman şəhərinə çevrildiyini əks etdirir. Lakin bu cazibəylə yanaşı Caşuanın içində türklərə qarşı bir qəzəb də yatır. Bir oğlunun cənazəsinin qalıqları aşkarlanan zaman ingilis zabiti bunun günahkarının  Həsən paşa olduğunu deyir. Qəzəblə Həsən paşanın üzərinə gedən zaman Camal onu dayandırır. Onun Caşuanı qəbir üçün hazırlanan taxta xaçla vurub yerə salması Türkiyə üzərinə aparılan səlib savaşına bir etirazı ifadə edir. Həsən paşanın da müharibədən bəhs edərkən təəssüf hissi keçirməsi humanism faktorunu qabardır. Öz övladının cənazə qalıqlarını dogma torpağında dəfn etmək istəyən Caşua ataya “Bu torpaqlar artıq sənin də övladlarının vətəni oldu” deyilməsi Mustafa Kamalın sözlərinin xatırladır. 

Həmişə övladlarına Şərq nağılı  “Şahzadə Hüseynin əhvalatını” oxuyan Caşua bu dəfə bu kitabı məzarlıqda oxuyur. Keşişlərin Türkiyəyə qarşı savaşda iştrak edib öldürülmüş əsgərlərin ruhuna dua oxuması fonunda, oxunan bu nağıl maraqlı bir vəhdəti əks etdirir. Müharibələr müxtəlif mədəniyyətlər arasında getsə də sanki savaş sonrası hər şey birləşmiş kimi görünür.

İstanbulun və Türkiyənin işğalı ilə barışmayan xalq buna etirazını küçələrdə nümayiş etdirir. Bu müqavimətdə qüvayi-miliyyə ruhu dərhal sezilir. Xalqın mübarizə əzminə baxmayaraq öz şəxsi istəklərini həyata keçirmək istəyənlər də var. Ömər Aişəyə sahib olmaq üçün onun övladı Orxana da təzyiq edir. Yalançı qəhrəmanlıq tonunda Orxana “Sənin atan şəhid oldu. Bununla fəxr et” deyən Ömər əslində qorxaq şəxs olur. Caşua Aişəni incitməsin deyə onu vuraraq cəzalandırır. Daha sonra öz dəstəsi ilə Caşuanı döymək istəsə də onu bu dəfə Həsən və Camal xilas edirlər. Camalın Ömərə “qəhrəmanlıq istəyirsənsə Mustafa Kamala qoşul” deməsi Türkiyənin həyatında ciddi dönüş olacağınn müjdəsi kimi görünür. Həmçinin Ömərə özünə layiq olan bir cavab verilir.

Caşuaya nəhayət ümid dolu  bir mesaj verilir. Tək qalmış ataya oğlunun əsir siyahısında adının olması deyilir. Həsən və Camal isə Ankaraya tələsirlər onlar Mustafa Kamalın qurduğu milli orduya qoşulmaq üçün can atırlar.  Camalın cəbhələrdə məşhur olan “Hey onbeşli” mahnısını səsləndirəndən sonra Mustafa Kamala qədəh qaldırır. Caşua onun kim olduğunu soruşarkən Camalın Tükiyənin istiqbalına söyləməsi Mustafa Kamalın bir dava lideri olduğunu əks etdirir.

Öz övladları barədə düşünən zaman ata sarsıntılar keçirir. Bu sarsıntılar əsasən müharibə səhnələrinin xatırlanması ilə görsənir.  Lakin bir gecə Caşua oğlu  Henrini yuxuda görür. Henri səmazənlər kimi rəqs etməsi onun sağ olmasıyla bağlı ehtimalı gücləndirir.  Həsən paşa Caşuaya əsri düşərgələrinin ləğv olunması səbəbindən kömək eləmək istəmir.

Caşua paşalarla birgə yola çıxan zaman maraqlı bir polemika içərisində olur. Camal ondan Avstraliyanın nə üçün Türkiyə torpaqlarına gəldiyini soruşarkən Caşua ona dəyərlər uğrunda vuruşmuşuq cavabını verir. Camalın hazırcavablığı özünü dərhal göstərir. Bütün müharibələrin torpaqlara sahib olmaq istəyindən olduğunu deyir. Onun Caşuaya vuruşursan lakin qazandığın bir şey yoxdu cavabını verməsi qarşı tərəfi pərt vəziyyətdə qoyur. Bununla bir daha ədalətsiz müharibələrin insanlar üçün faydalı olmaması mesajı çatdırılır.

Osmanlı əsgərlərinin getdiyi qatara yunanların hücumu olur. Həsən paşa zabit və dsost şərəfini üstün tutaraq Caşuanın həyatını xilas edir. Caşua da bu nəcibliyi cavabsız qoymur. Caşua Həsən paşanı yunanların öldürülmə təhlükəsindən qoruyur. Lakin Camal şəhid olur. Ankaraya milli mücadiləyə tələsən qəhrəmanın həlak olması milli ideyaların uğrunda şəhadətin göstəricisi kimi görünür.

Camalın şəhadətindən sonra Caşua Həsənlə birgə oğlunu tapmağa doğru gedir. Caşua bir ata kimi hiss edir ki övladı su dəyirmanı olan yerdə ola bilər. Bu hiss özünü doğruldur. Yunanların hücumu qarşısında sufi dərvişlər türk kəndini müdafiə edirlər. Bu epizodda da Türkiyənin özünəməxsusluğu görsənir.  Uzun həsrətdən sonra Caşua ata öz Arturuna qovuşur. Artur başına gələnləri nəql edən zmaan çox acı xatirələri danışır.  Qardaşı Henri həlak olduqdan sonra Edi çox əzab çəkməsin deyə öz xahişi ilə vurduğunu deyərək vicdan əzabı çəkir.  Bundan təsirlənən Caşua öz etirafını edir. Övladları müharibəyə gedən zaman o bir ata kimi bir hərəkət etmədiyini buna görə də onları itirdiyini deyir.  Artur nə qədər israr göstərsə də atası onu özüylə birgə aparır. Ata və oğl birgə xilas olaraq öz həyatlarını davam etdirirlər.

Rasl Kuronun Son ümid filmi Türkiyə tarixi və mədəniyyətinin əksi baxımdan da çox önəmlidir. Caşua qərbdən olsa da film boyu onda bir Şərq ruhunun mövcudluğu hiss olunur. Məhz onun şərqə bələd olması türklərlə münasibətini yaxşılaşdırır. Onlarla birgə yeganə sağ qalan övladının xilas etməsinə səbəb olur. Sufilik, istiqlal mübarizəsi kimi Türkiyə tarixində yeri olan olaylar da film boyu bir-birini təqib edərək bir bütövlük yarada bilir.  Türk və xarici aktoyrların birgə oyunu filmi daha da baxımlı edir. Ekran işi Avstraliya  kino və televiziya sənətləri mükafatının ən yaxşı orjinal ssenari mükafatını qazanmışdır. Həmçinin Yılmaz Ərdoğan ən yaxşı köməkçi  kişi aktyor mükafatını əldə etmişdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ