“ATV televiziyası belə təşəbbüskardısa, Sumqayıt Avtovağzalına daxil olan hər avtomobildən yığılan 50 qəpiyin taleyi üçün belə əsirsə, cəmi 5-6 kilometrlikdə Sədərək bazarına gündəlik daxil olan minlərlə avtomobildən yığılan 50 qəpikləri nə əcəb araşdırmır?”
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev yazır:
“Sumqayıtdan çox yaxında Sədərək bazarı var, hörmətli televiziya rəhbəri... Buyur çəkdir və bizi inandır ki, sonda hansı məbləğə çevrilən bu 50 qəpiklər şəffaf şəkildə ancaq dövlətimizin büdcəsinə gedir... Gedirmi?..”