Bakıda oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.
Onun sözlərinə görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.