Astara rayonunda son illər idmanın inkişafı üçün mühüm işlər görülür. Nəticə də rayonun idmançıları rayonda, respublikada keçirilən müxtəlif yarışlarda həmişə sevindirici nəticələr qazanırlar. Rayondakı “Astara” Futbol Klubunun da qazandığı qələbələr çoxdur. Klub AFFA-nın təşkilatçılığı ilə futbol üzrə kişilər arasında keçirilən “Region Liga” çempionatında uğurla çıxış edir. Odur ki, Astara Rayon Gənclər və İdman İdarəsində “Astara” Futbol Klubunun üzvlərinə mükafatlar təqdim olundu.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən R.Şirinov “Astara” Futbol Klubunun üzvlərini və onun məşqçilərini çempionatında qazanılmış uğurlar görə təbrik etdi.
“Astara” Futbol Klubunun baş məşqçisi Qəhrəman Mirzəyev, məşqçilər Cəsarət Əliyev, Etibar Axundov isə çıxışlarında ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, eləcə də idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər. Oktyabrın 30-dan futbolçuları yaşıl meydançaya dəvət edən “Region Liga” çempionatın artıq 6 turu geridə qalıb. 6 oyunun 4-də qələbə qazanan “Astara” Futbol Klubu bir oyunu heç-heçə, birini isə məğlubiyyətlə başa vurub. Çempionatında növbəti oyunlar bu ilin fevral ayından başlanar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü