çərşənbə günü, 11 noyabr 2026
     

BNA sərnişindaşıma şirkətlərini şəffaf seçməməkdə ittiham edilir - nəşəxor sürücülər, avtobusların “qonkaya” çıxması, daha nələr?..

Image


Bakıda sərnişindaşıma sahəsində kifayət qədər ciddi problemlər olduğu gizlin deyil. Bu, xüsusən də özünü sürücülərin davranışında göstərir. Marşrut sürücülərinin çoxunun özünü anormal aparması, bəzilərinin sükan arxasında siqaret çəkməsi, telefonla danışması, sərnişinlərlə normal rəftar etməməsi kimi hallar tez-tez müşahidə edilir.

Ən böyük problem isə avtobus sürücüləri arasında narkomanların, nəşəxorların olmasıdır. Gizlin deyil ki, onlar arasında sərxoş vəziyyətdə də avtobusu idarə edənlər tapılır. Bir sözlə, marşrut avtobusları sürücüləri arasında qovdu-qaçdıdan başlamış narkomanlara qədər hər cür əcaibliklərə rast gəlinir. Təəssüflər olsun ki, bu məsələyə şirkətlərin özləri barmaqarası yanaşır.

Yeri gəlmişkən, dünən Bakıda 3 avtobus toqquşub və avtobusların aid olduğu şirkət rəhbərləri BNA-ya çağırılıb. Bakı Nəqliyyat Agentliyi Bakıda 3 avtobusun toqquşması ilə bağlı məlumat yayıb. Agentlikdən verilən məlumatda bildirilir ki, yanvarın 6-da Suraxanı qəsəbəsi Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib: “Hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb”.

Fəaliyyət göstərən müxtəlif marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərin işə götürdüyü sürücülərin bir qismində bu kimi halların özünü göstərməsi bir sıra şübhəli məqamlara yol açır. Dolaşan iddialara görə, müxtəlif marşrutlar üzrə sərnişindaşıma ilə məşqul olan şirkətlər BNA tərəfindən qeyri-şəffaf üsullarla seçilir. Yəni deyilənə görə, bu proses qeyri-şəffaf olduğu üçün bu cür neqativliklər baş verir.

Ümumiyyətlə, BNA tərəfindən şirkətlər arasında seçim hansı qaydalarla aparılır? Doğrudanmı, seçimlər qeyri-şəffaf keçirilir, burada şəxsi maraqlar rol oynayır?

  • Mais Ağayev: “Daşımalara cəlb olunanlar qanunvericiliyin tələbinə əsasən müsabiqə yolu ilə müəyyən edilir”

BNA-nın mətbuat katibi Mais Ağayevin məsələyə münasibəti belə oldu: “ Bu gün Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların heç biri Bakı Nəqliyyat Agentliyinin fəaliyyət göstərdiyi illərdə yaranan sahibkarlıq subyektləri deyil. Bu şirkətlər BNA-dan əvvəl yaranmış və bu xidmət sektorunda fəaliyyət gösətərən hüquqi və fiziki şəxslərdir. Adi bir jurnalist araşdırması aparmaqla da siz bunu aşkarlaya bilərsiniz. Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayan zaman müntəzəm sərnişindaşıma sektorunda fəaliyyət göstərən daşıyıcıların sayı 57 olduğu halda, həyata keçirilən optimallaşdırma sayəsində bu rəqəm 27-ə endirilib. Bu 27 daşıyıcının da hamısı əvvəlcədən fəaliyyət göstərənlərdir. Marşrut xətləri üzrə sərnişindaşımaların daşıyıcılara qeyri-şəffaf üsulla həvalə olunmasına gəlincə, bu iddia kökündən yanlışdır. Daşımalara cəlb olunanlar qanunvericiliyin tələbinə əsasən müsabiqə yolu ilə müəyyən edilir”. 

M.Ağayev vurğuladı ki, sərnişindaşımalarda ən vacib məsələlərdən biri də fasiləsizliyin qorunmasıdır: “Bu səbəbdən də işinə laqeyd yanaşan daşıyıcıların dəyişdirilməsi bir qədər uzun və çətin prosesdir. Çünki yeni avtobuslar alınıb gətirilməlidir ki, köhnələri xətlərdən çıxarılsın. 

Biz ilk gündən daşıyıcılar qarşısında vətəndaşlarımızın rahatlığı, onlara layiqli sərnişindaşıma xidmətinin göstərilməsi üçün avtobus parkının yenilənməsi, qaraj sisteminin yenilənməsi, ümumilikdə sərnişindaşımaların muasir tələblər səviyyəsində qurulması ilə bağlı tapşırıqlar qoymuşuq. Bəli, sərnişindaşıma qaydalarına tam riayət etməyən, fəaliyyəti sərnişinləri narazı salan daşıyıcılar var. Bu məqamda sizinlə razıyam və mütəmadi olaraq biz özümüz də bu problemləri deyirik. Eyni zamanda da bu cür daşıyıcıların tamamilə marşrut şəbəkəsindən kənarlaşdırılması üçün çalışırıq. Ötən 6 ildə bununla bağlı kifayət qədər nümunələr olub. 11, 24, 30 və digər xətlər üzrə sərnişindaşıma fəaliyyəti qeyri-qənaətbəxş olan daşıyıcılar kənarlaşdırıldı. Bu proses bu gün də davam edir” - deyə M.Ağayev bildirdi.

  • Elməddin Muradlı: “Tenderlər şəffaf şəkildə keçirilməlidir, tərəf tutulmamalıdır”

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə isə, avtobus sürücülərinin peşəkarlığının artırılmasına çox ciddi ehtiyac var. “Son zamanlar yenə avtobus sürücülərinin törətdiyi qayda pozuntuları nəticəsində qəzaların sayı artmaqdadır. Xüsusən də maddi zərərlə nəticələnən qəzaların sayı çoxalmaqdadır. Deməzdim ki, burada da avtobus sürücüləri günahkar deyil, hadisələrin bir çoxunda onların günahı olur. Manevr, ötmə qaydalarını kobud şəkildə pozurlar, avtobusa girmək-çıxmaq, avtobus dayanacağında ikinci zolaqda dayanmaq və sair qayda pozuntularına yol verirlər. Bütün bunları nəzərə alaraq düşünürəm ki, avtobus sürücülərinə təlimlər mütəmadi olaraq keçilməlidir. Yəni fasilə olmadan bu işlər görülməlidir. Daşıyıcı şirkətlərə bununla bağlı ciddi şərtlər qoyulmalıdır, avtobus sürücüsünün kriteriyası müəyyənləşdirilməlidir. Avtobus sürücüsü necə olmalıdır, ona nəzarət necə həyata keçirilməlidir? Daşıyıcı şirkətlər də bunu təmin etməlidirlər. Hazırda Bakı şəhərində barmaqla sayıla biləcək təxminən üç şirkət var ki, onlar öz sürücülərinə mütəmadi olaraq kameralar vasitəsilə nəzarət edə bilirlər, onların iş və istirahət rejiminə ciddi yanaşırlar, əmək müqaviləsi ilə işləyirlər, bu səbəbdən də onların heç bir problemi yoxdur. Amma şirkətlər də var ki, köhnə qayda ilə işləyirlər, yenə də 20-30 qəpik davası gedir və fikrimcə, onlara ciddi nəzarət həyata keçirilməlidir. O ki qaldı şirkətlər arasında qeyri-şəffaf üsulla seçimə, bu marşurut xətləri tender vasitəsilə seçilir. Sözün düzü, tenderlərin keçirilməsi qaydası ilə bağlı geniş məlumata malik deyiləm. Amma hər bir halda tenderlər şəffaf şəkildə keçirilməlidir, tərəf tutulmamalıdır, daşıyıcı şirkətlərə bərabər hüquq yaradılmalıdır. Amma sözün açığı, orada nə proseslər getdiyini bilmirəm. Narkoman sürücülərlə bağlı da çox ciddi nəzarətə ehtiyac var. Hər daşıyıcı şirkətin qarajı olmalıdır, avtobuslar birmənalı olaraq qaraja getməlidir, qaraja gedən avtobusların sürücüləri reysqabağı ciddi şəkildə tibbi müayinədən keçirilməlidir, ondan sonra xəttə buraxılmalıdırlar. Çox təəssüf ki, bu gün hələ də küçələrdə, binaların həyətində, yol kənarında avtobus saxlayan sürücülər var. Həmin sürücülərə heç bir nəzarət yoxdur”.

E.Muradlı hesab edir ki, avtobus sürücülərinə ciddi nəzarət edilməlidir. Onun sözlərinə görə,  avtobus sürücülərinə nəzarət edilmədikdə onların sükan arxasına əyləşməsi sərnişinlərin həyatını təhlükəyə atmaqdır, ona görə də, bütün bunları qaydaya salmaq tələb olunur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ