çərşənbə günü, 11 noyabr 2026
     

İlin-günün bu vaxtında təhsil haqqı verə bilməyən tələbənin adını divara yazmaq doğrudurmu?

Image


Ali məktəblərdə semestr imtahanları başlayıb, lakin bizim ali məktəblərdə təhsil haqqı ödənişlərini gecikdirən tələbələr nə imtahanlara buraxılır, nə də ki, hazırda təhsil haqqı ödəmək iqtidarındadırlar. Universitetlər də ki, insaf edib tələbələrə hər hansı bir güzəşt tanımırlar, iki ayaqlarını bir başmağa dirəyib təhsil haqqını tələb edirlər.

Bəzi ali məktəblər belə tələbələri qovmaqla hədələyir, bəziləri isə daha irəliyə gedərək, ödənişi gecikdirən tələbələrinin adlarını divara vurmaqla onları “rüsvayi-cahan” edirlər. Elə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi. Bu Universitetdə (ADMİU) illik təhsil haqqının qalanını ödəməyən tələbələrin adları lövhəyə yerləşdirilib. Sözügedən hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Məsələnin bu formada təqdim edilməsi tələbənin alçaldılması kimi qiymətləndirilib.

Universitetdən Trend-ə verilən açıqlamaya görə, tələbələrə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir tələbə xaric edilmir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdır. Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imza ilə şərtləri qəbul etdiklərini təsdiqləyirlər.

Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir.

Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda kursdan kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur. Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur.

Sosial şəbəkələrdə ADMİU ilə bağlı yazılmış iddialar əsassızdır. Bildiririk ki, görüntüləri yayımlanmış siyahı universitetdə nümayiş etdirilməyib. Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır. Daxili sənədin şəklinin çəkilərək yayılması təəssüf doğurur”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqını ödəməyən tələbələrin adının divara vurulması nə dərəcədə doğrudur?  Nə üçün dövlətin ali məktəbində təhsil haqqı ödəməyən tələbələrə qarşı belə munasibət sərgilənməlidir, özü də ilin-günün bu vaxtında, pandemiya şəraitində? Niyə o tələbələrə bir az möhlət verilmir?

Ekspertlərin sözlərinə görə, ali məktəblərin tələbələrə qarşı belə münasibət sərgiləməsi qətiyyən doğru deyil. Pandemiya dövründə insanların xeyli hissəsinin işini itirdiyini deyən ekspertlər bildirir ki, ali məktəblər təhsil haqqı ödəməyən tələbələrin adlarını divara vurmaqla çox pis presedent yaradırlar, bu həm də o ali məktəblərin nüfuzuna ciddi ziyan vurur.

  • “Təhsil Nazirliyi bu məsələni nəzarətə götürməlidir, konkret olaraq nazir tələbələrlə bağlı olaya münasibət bildirməlidir”

“Müasir İnkişaf” Birliyinin sədri, politoloq Mübariz Göyüşlü bizimlə söhbətində bildirdi ki, belə hallar təkcə təhsil məsələsi deyil, cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. M.Göyüşlü hesab edir ki, ADMİU-nun indi hansı açıqlama verməsindən asılı olmayaraq, ödəniş etməyən tələbələrin adlarını yazıb divara vurması bütün hallarda mənfi bir məsələdir. “Bu olduqca ciddi bir problemdir və hamını narahat edir. ADMİU-nun tələbələrə qarşı sərgilədiyi bu xoşagəlməz məsələyə münasibət bildirmək üçün təhsil eksperti olmağa ehtiyac yoxdur, çünki bu birbaşa cəmiyyətlə bağlı məsələdir. Bizim də həyatımızın böyük bir hissəsi təhsillə bağlı olub, bu gün də bağlıdır, yəqin ki, gələcəkdə də bağlı olacaq. Mən təhsil haqqı ödənişi etməyən tələbələrə qarşı bu halın ADMİU kimi gərəkli bir ali məktəbdə baş verdiyindən həm narahatam, həm də narazı. Bu qətiyyən xoşagələn hal deyil və tələbələrin çıxılmaz vəziyyətə salınması narahatlıq doğurur. Fikrimcə, bu ali məktəbin rəhbərliyi bu siyahını tərtib edib divara vuranlarla birgə tələbələrdən üzr istəməlidir. Bilirsiz, insanların, xüsusən də tələbələrin heysiyyəti ilə oynayıb onları bu şəkildə alçaltmaq yolverilməz və qəbuledilməzdir. Ümumiyyətlə, ADİMU haqqında bəzi hallarda o qədər də xoş olmayan məlumatlar yayılır. Lakin bu hadisə baş verənlərin bir növ pik nöqtəsi oldu. Pandemiyanın davam etdiyi bir vaxtda, sürətli bahalaşmanın getdiyi bir şəraitdə, ölkə rəhbərliyinin sosial-iqtisadi baxımdan insanlar dəstək olmağa çalışdığı, aztəminatlı ailələrə sosial dəstək verdiyi bir dönəmdə universitet rəhbərliyinin bu düşünülməmiş addımı narazılığı daha da artıran məqamdır. Bunun çox həssas yanaşma tələb edilən tələbələrə qarşı edilməsi müsbət nəticə verməz. Bu gün onlar tələbədirlərsə sabah aktyordurlar, rejissordular, müğənnidilər, mədəniyyət və incəsənət xadimləridirlər, sənətşünasdılar. Bir insanın şəxsiyyətini pula görə alçaltmaq ali məktəbə nə qazandırır? Deyirlər ki, xəbərdarlıq etmişik, amma təhsil haqqını vermirlər, guya tələbə təhsil haqqını kefindən vermir. Universitet bir maraqlansın görsün təhsil haqqı ödənişi edə bilməyən tələbənin maddi durumu, ailə vəziyyəti necədir? Bəlkə o tələbənin ailəsi ehtiyac içindədir? Heç bir tələbə istəməz ki, təhsil haqqını gecikdirsin və təhsili ilə bağlı problem yaransın, adı belə biabırçı siyahıya düşsün. Hansı tələbənin valideyni istəyər ki, onun övladı bu vəziyyətə düşsün, heç valideyn istəməz”.

ADMİU-nun da, təhsil haqqı ödənişlərinə görə tələbələri incidən digər ali məktəblərin də öz siyasətini dəyişməli olduğunu deyən M.Göyüşlünün sözlərinə görə, onlar tələbələrin vəziyyətini nəzərə almalıdır: “İlin-günün bu vaxtında tələbələrə qarşı bu cür davranışlar dayandırılmalıdır, tələbələri çıxılmaz vəziyyətə salmaq yaxşı nəticə verməz. Hesab edirəm ki, Təhsil Nazirliyi bu məsələni nəzarətə götürməlidir, konkret olaraq nazir tələbələrlə bağlı olaya münasibət bildirməlidir. Bu məsələdə susmaq olmaz. Təhsil Nazirliyi yanında İctmai Şura bu məsələyə müdaxilə etməlidir, münasibət bildirməlidir. Çünki tələbələrə qarşı bu münasibət qətiyyən düzgün deyil”.

M.Göyüşlünün sözlərinə görə, bu, cəmiyyətin problemi olduğu üçün bütün sahələrdə bu məsələyə münasibət bildirilməlidir. Ekspertin sözlərindən belə nəticəyə gəldik ki, ADMİU rəhbərliyi humanistlik göstərməli və tələbələrə qarşı bu davranışı dəyişməlidir, onlara yenə də möhlət verilməlidir, çünki ilin-günün belə çətin vaxtında tələbələri üzü üstə, ümidsiz buraxmaq, ən azından, ədalətsizlikdir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ