"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri Lamiyə İsazadə hər il bayramlarda olduğu kimi, bu il də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Gəncə şəhərində yaşayan aztəminatlı ailələri ziyarət edib.
Ailələrin bir qismini təşkilat sədri şəxsən ziyarət edib, digərlərini isə təşkilatın üzvləri ziyarət edib bayram yardımlarını təhvil veriblər. Ailələrə bayram bazarlığı ilə birlikdə kommunal ödənişlər üçün pul yardımları da olunub. Uşaqları xüsusi olaraq sevindirmək üçün onlara yeni il tortu hədiyyə edilib. 31 dekabr bayramında ümumilikdə 14 aztəminatlı ailəyə təşkilat tərəfindən yardım göstərilib.