Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin və Gəncə Tarix-Mədəniyyət Qoruğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətin dəstəyi ilə qoruq ərazisində ehtiyat tədbirləri görülməklə təmizlik işlərinə başlanılıb.
Bu barədə baki-xeber.com-a Dövlət Xidmətindən bildirilib. Qeyd olunana görə, təmizlik işlərinə İcra Hakimiyyəti tərəfindən texnikalar və kommunal müəssisələrdən işçilər cəlb olunub.
Eyni zamanda Gəncə Regional İdarəsi və Gəncə Tarix-Mədəniyyət Qoruğu tərəfindən ərazidə yerləşən tarixi abidələrə yenidən məlumat lövhələri yerləşdirilib.
Bir müddət öncə qoruğun ərazisinin çirkləndirilməsinin qarşısının alınması üçün monitorinq keçirilmiş və akt tərtib edilmişdi.
İradə SARIYEVA