Bu il 3 ton 43 kq narkotik vasitə və psixotrop maddənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev rəsmi "Twitter" hesabında paylaşım edib.
"2019-2021-ci illər ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 6 ton 523 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb", - deyə komitə sədri qeyd edib.