çərşənbə günü, 11 noyabr 2026
     

BNA-nı gözdən möhkəm salan iki amil - cərimə yazan inspektorlar və mətbuat xidmətinin işi...

Image


2015-ci ilin dekabrında ölkə Prezidenti Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb. Yeni quruma Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək həvalə olunub. Eyni fərmanla Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti də BNA-nın tabeliyinə verilib.

Qurum yarananda Bakının nəqliyyat sistemindəki çoxsaylı problemləri aradan qaldıracağına dair böyük gözləntilər var idi. Ancaq yarandığı vaxtdan bəri külli miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, Bakının nəqliyyat sistemində nəinki müsbət dəyişikliklər müşahidə edilməyib, hətta ənənəvi problemlər bir az da dərinləşib. Problem ondadır ki, BNA sərnişindaşımada mövcud olan çoxsaylı problemlərin həllinə, bu sahədə işlərin tənzimlənməsinə diqqəti yönəltmək əvəzinə, əsasən cərimə yığmaqla məşğuldur. Sanki daha çox cərimə toplamaqla bağlı digər qurumlarla bəhsə girib. Halbuki, qurumun digər görüləsi işləri var və onların görülməsi daha vacibdir, nəinki cərimə yığmaq.

Məsələ ondadır ki, ölkə Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə BNA-nın nizamnaməsi təsdiq edilib. Nizamnamədə Agentliyin üzərinə düşən çoxsaylı vəzifələr öz əksini tapıb. Məsələn, nizamnamədə qeyd edilir ki, qurum nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək səlahiyyətinə malikdir. Agentliyin vəzifəsi müntəzəm sərnişindaşıma işini təşkil etmək, bu sahədə xidmətlər göstərmək, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görməkdir. Qurum avtomobil yollarında tıxac yaranması səbəblərini araşdırır, təhlillər aparır və müvafiq təkliflər verir. Həmçinin nizamnamədə qeyd edilir ki, qurum sərnişindaşıma sahəsində daşıyıcılar arasında azad rəqabətin təmin olunması, habelə sərnişindaşıma xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin qanuni maraqlarının qorunması üçün tədbirlər görməlidir. Gəlin görək, BNA bu funksiyaları həyata keçirə bilirmi?

Məlum olduğu kimi, Bakı şəhərində avtomobillərin dayanma-durma qaydalarının müəyyənləşməsi və xüsusilə də buna görə cərimələrin tətbiq edilməsi səlahiyyətləri Dövlət Yol Polisi ilə yanaşı, həm də Bakı Nəqliyyat Agentliyi məxsusdur.

Məhz cərimələrin yığılması ilə bağlı məqamı təsadüfən xatırlatmadıq. Çünki BNA-nın bu istiqamətdə apardığı maarifləndirmə və təbliğat işlərində, nədənsə, cərimələrə, onların toplanmasına daha çox üstünlük verilir. Üstüörtülü reklam xarakterli həmin mətnlərlə tanış olan hətta savadlı insanlarda belə elə təəssürat yaranırdı ki, sanki BNA-nın təyinatı yalnız cərimə yığmaqdan ibarətdir. Cərimələrin yazılması və toplanması üzrə səlahiyyətləri əlinə keçirəndən sonra BNA-nın ilk olaraq sevincək şəkildə təqdim etdiyi nailiyyətlərindən biri də toplanan cərimələrin miqdarı ilə bağlıdır. Dərhal nəzərə çarpır ki, bunlar DYP-dən qat-qat çox cərimə yığmağı bacarıblar. Amma həmin cərimələrin BNA tərəfindən hansı qaydada toplandığını araşdırdıqda məlum olur ki, sözün həqiqi mənasında həmin pulu əhalidən, sanki çığırda-çığırda alırlar. Bunu biz demirik. Qurumun yürütdüyü cərimə siyasətilə bağlı aparılan ictimai müzakirələri, sosial və ənənəvi media nümunələrində yazılanları oxuduqdan sonra bu qənaətə gəlirik. Hətta ictimai qınaq o həddə çatıb ki, bir çox vətəndaş BNA-nın ləğv edilməsi təklifini belə irəli sürür. Dövlət Agentliyi isə bunun əhalinin xeyrinə olduğunu israrla bildirir. Qurum rəsmiləri ictimailəşən istənilən bir mövzu ilə bağlı yalnız özlərini haqlı çıxramaqla məşğuldurlar. Məsələn, bu sətirlərin müəllifi kimi mən bu yaxınlarda klinikalardan birinin qabağında sükan arxasından düşməyərək, xəstə olan doğmamı götürən zaman BNA tərəfindən cərimələnmişəm. Həmin yerdə cəmi üç dəqiqə dayanmışam. Bu məsələni ictimailəşdirəndən sonra qurumun mətbuat katibi mənim, güya xəstəxana deyil, dönərxananın önündə dayandığıma dair açıqlama verdi. Fikirlərini də belə izah etdi ki, güya həmin ərazidə ümumiyyətlə xəstəxana yoxdur. Məcbur olub, həmin ərazidə çəkiliş edib, bizim yox, BNA-nın yalan danışdığını isbatladıq.

Bundan əlavə, bu yazıda təqdim etdiyimiz fotodan görünür ki, redaksiyamızın əməkdaşlarından biri öz avtomobilini daimi iş yeri olan Azərbaycan Nəşriyyatının  önündə saxlayıb. Fotodandan bəlli olur ki, avtomobil dayanmanın qadağan olduğunu göstərən sarı xətti kəsməyib. Yəni bu vəziyyətdə avtomobilə cərimənin yazılması tam qanunsuz olsa da, BNA-nın səyyar fəaliyyət göstərən inspektorları tələm-tələsik həmin avtomobilə eyni vəziyyətdə dayandığı halda iki dəfə 40 manat miqdarında cərimə yazıblar. İndi təsəvvür edin ki, hər gün öz iş yerində heç 40 manat qazana bilməyən jurmalistə BNA belə “sürpizlər”  bəxş edir. Qurumun mətbuatla əlaqələr sahəsinə məshul olan rəsmisi Mais Ağayev isə əksər hallarda medianın suallarından yayınır, üz-üzə gələndə isə standart mətnlərlə  yalnız öz qurumunu haqqlı çıxramaqla məşğuldur. Dəfələrlə şahidi olmuşuq ki, Mais Ağayev cəmiyyətdə ictimai nüfuzu olan şəxslərin ictimailəşdirdiyi problemlərlə bağlı şikayətçiləri yalan danışmaqda suçlayıb. Daima bildirdiyi münasibətlərdə şablon mətnlərdən istifadə edir. Bu yaxınlarda televizya kanallarından birinin efirində Mais Ağayevlə məhz bu cür mövzuların müzakirəsi zamanı üz-üzə gəldik. Bilirsiniz mənə nə dedi? İrad tutur ki, siz jurnalistlər niyə şəxsi məsələlərinizlə bağlı şikayətlər edirsiniz?  Mais Ağayevin məntiqindən belə çıxır ki, jurnalist  BNA-nın qanunsuzluqlarını  öz timsalında görsə belə, susmalıdır. Təbii ki, onla lazımi cavabı verdim. BNA rəsmisinin diqqətinə bir daha çatdırmaq istərdim ki, əgər jurnalist öz başına gələn haqsızlığı belə aradan qaldıra bilmirsə, onda xalqın problemlərini ictimailəşdirərək onların həllinə necə nail olacaq?  Bizim əlimizdə BNA-nın qanunsuz cərimələri ilə bağlı çoxlu sayda vətəndaş şikayətləri var. Onların məzmunu ilə tanış olduqda bir nəticə hasil olur: BNA əhali arasında kütləvi narazılıq yaratmaqla məşğuldur. Bir növ, Ziya Məmmədovun zamanında “qoçu fəaliyyətilə” məşğul olan nəqliyyat müfəttişlərinin əməllərini təkrarlamaqla, onların yaddan çıxmasına imkan vermirlər. Qurumun rəhbəri Vüsal Kərimli isə ümumiyyətlə gözə dəymir. Mediadan birmənalı olaraq yayınan şəxsdir.  Cəmiyyətlə kommunikasiyanın qurulması kimi vacib bir səlahiyyəti Mais Ağayev kimi kadra həvalə edibsə, vay həmin qurumun halına. Ümidvarıq ki, BNA bu yazıda toxunduğumuz bütün neqtivliklərlə bağlı ciddi araşdırma aparacaq və öz fəaliyyətində müsbətə doğru dönüş etmiş olacaq.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ