çərşənbə günü, 11 noyabr 2026
     

Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...

Image


Yazıçı Seyran Səxavət dilimizin üslub və normalarına KİV-lərdə necə əməl edildiyinə dair maraqlı nümunələrdən ibarət hesabat hazırlayıb. Mətbuat Şurasında ayrıca müzakirə edilmiş hesabatı Şurada baş redaktorumuz Aydın Quliyevin göstərdiyi təşəbbüsə uyğun olaraq olduğu kimi çap edirik.

Nala-mıxa vurmadan birbaşa mətləbə keçək. Dilin ən qaynar yerindən, kəndlinin televiziyaya verdiyi kiçik müsahibədən:

- Telefonuma zəng daxil oldu, telefonumu açdım, telefonumda mənim nəzərimə çatdırdılar ki, anam avtomobil qəzasında iştirak eləyib. Mən qəzada anamın iştirak etdiyi yerə tələsdim, orda anama baxış keçirdim, anamın üzərində təcili yardım həyata keçirdəndən sonra o dirçəlməyə doğru getdi…

Bu, Azərbaycan kəndinin dili deyil və Azərbaycan kəndinin dili deyilsə, deməli Azərbaycan dili də deyil. Bəs onda nədi?

Bu, Azərbaycan televiziya məkanının dilidi - evlərimizin ən üzlü qonağı olan televiziyanın.

Qəzaya düşmüş anası haqqında müsahibə verən bu kəndli kişi kameranı görəndə kim olduğunu, harda doğulduğunu, hazırda harda yaşadığını tam unudur, televiziya dilində, sığallı-tumarlı, ənlik-kirşanlı, təngnəfəs yarımcan cümlələrlə danışmağa başlayır, o da bizim televiziya məkanı kimi mədəni, təmtəraqlı görünmək istəyir.

Kənddən başqa bir müsahibə:

- Durduğum yerdə maşınımın arxa nahiyəsindən həmlə edərək maşınımın arxa nahiyəsini əzdi, mən də maddi ziyana düşdüm, maşınımın orası da maddi ziyana düşdü…

Şərhsiz...

Uzun sözün qısası: Ölkəmizdə fəaliyyət göstərən televiziyaların “qayğısı və diqqəti” sayəsində Azərbaycan dili elə bir vəziyyətə gəlib çatıb ki, bu dildə ara vermədən  iki saat danışarsan və heç nə deməyə bilərsən - bu əsl dəhşətdir: danışırsan, danışırsan və heç nə demirsən - söz yığnağı. İkinci Dünya müharibəsində konslagerlərdə insanlar üzərində aparılan amansız təcrübələri xatırlamalı oldum. Yumşaq desək, televiziya kanalları Azərbaycan dilinin varlığında görünməmiş «cərrahiyyə əməliyyatları» aparmaqla onu zəiflədir, nəticədə dilin «astması» diaqnozu ilə üzbəüz qalırıq.

Dünyanın hər yerində dilin yaradanı, cilalayanı, inkişaf etdirib qoruyanı xalqdı - əgər xalq öz dilini, dərinə getsək özünü unudub televiziya dilində danışmağa başladısa, bu başlanğıc deyil, sondur.

Şifahi xalq ədəbiyyatı ilə azdan-çoxdan qaynayıb-qarışmış biri kimi deyə bilərəm ki, adamları göyün yeddi qatına qaldıran alqışlar olduğu kimi, insanların yeddi qatından keçən qarğışlar da var. Ah-nalənin müşayətilə kitablardan oxuduğum, eşitdiyim, insanı bütün varlığıyla silkələyən, silkələyəndə dəymişi dura-dura adamın kalını tökən qarğışları sadalamaq fikrim yoxdu. Ancaq onu deməliyəm ki, bu qarğışların içində ən dəhşətlisi ikicə kəlmədən ibarətdir:

- Dilin qurusun!

Dilimizə kim qarğış eləyib - bizə ancaq etiraz eləmək qalır:

- Ağzından çıxsın, qoynuna düşsün.

Ölkəmizdə müəllimləri, həkimləri, hətta mollaları da attestasiyadan keçirirlər. Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq? Ümumiyyətlə, Dövlət dilimizə - ana dilimizə münasibətdə “ölünü də özbaşına qoymaq olmaz”, yoxsa kəfəni yırtıb çıxar və bir də görərik ki, bu ölülər dünyanın hər yerindən boy verib görünən, nəhəng Palıd  ağacının - Azərbaycan dilinin dibinə neft tökürlər ki, qurusun, bilərəkdən ya bilməyərəkdən - fərq etməz. Bizim kəndlərin birində dalaşan iki nəfərin biri gecə ilə qonşunun bağındakı ağacların dibinə neft töküb onları qurutmuşdu.

Hər yoldan ötəni gətirib ona ekran etibar eləyəndə, o da özü kimi üzdəniraqları qonaq sifəti ilə (təbii ki, hamıya aid deyil) dəvət edib Azərbaycan dili  ilə mazaqlaşacaqdı də. Onlar hardan bilsin ki, Cümlə qurmaq Dövlət  qurmaq qədər çətindir.

Ölkəmizdə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu (Nəsimidən ayıbdı axı…) və mənim aləmimdə bu işlərə birbaşa cavabdeh olan Milli Teleradio Şurası var. Özü də hər iki təşkilatın adının əvvəlində Milli… Milli… Bu milli olmadı ki, cənablar. Bəs, siz hara baxırsınız. Sizlərin bu gün hara baxdığını dəqiq bilməsəm də, deyərdim ki, zəhmət olmasa Dövlət başçısına tərəf baxın…

Prezident İlham Əliyev noyabrın 1-də Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında  fərman imzalayıb. Yeri gəlmişkən deyək ki, belə sənədin imzalanması ilk deyil; yəqin ki, axırıncı da olmayacaq. Dilimizin saflığının ən yüksək səviyyədə  dəstəklənməsi sevindirir, ancaq gəlin görək bu sevinci ürək dolusu yaşaya bilirikmi? Cavab xeyli qəlizdir və qəlizləşə-qəlizləşə də gedir. Bizim borcumuz bu gedişatın qarşısını almaqdır. Bu mənada, altmış ilə yaxın Azərbaycan diliylə işləyən bir adam kimi, öz narahatlığımı, istəyimi  sizinlə bölüşmək istəyirəm.

Birinci növbədə, Azərbaycan dilinin kövrək ərazisinə diqqət yetirsək vəziyyətin ürəkaçan olmadığını görəcəyik. Əgər siz də mən baxan tərəfdən baxsanız, qarşınızda nəhəng döyüş meydançasını xatırladan bir görüntü açılacaq: mühasirədə qalan və mühasirəyə alanlar.

Gəlin, hər şeyi öz adı ilə deyək: mühasirədə qalan Azərbaycan dilidir. Mühasirəyə alanlar isə aşağıdakılardır:

1. Televiziyalar.

2. Radiolar.

3. Saytlar.

4. Mətbuat.

Və bu dördlüyün içində saysız-hesabsız verilişlər, məqalələr, tərcümə olunmuş filmlər, təzə çəkilmiş milli seriallar, reklamlar, idman şərhçiləri, rusdilli azərbaycanlılar, hüquq-mühafizə orqanlarının dili, tibb işçilərinin dili, bəzi yüksək çinli məmurlar, xarici dillərdən gələn sözlər, Türkiyə türkcəsindən gəlmələr, mahnı sözləri, bəzi orta məktəb dərslikləri, prezident fərmanı ilə çap olunmuş nağıl kitabları və s.

Və yuxarıdakı dördlüyün içində sadaladıqlarımın içində də saymaq  istəmədiyim saysız-hesabsız nüanslar…

Sözümün canı odur ki, bu mühasirəni yarmaq çox çətin olacaq.

İndi isə Azərbaycan dilinin ağır vəziyyətdə olduğuna sizləri inandırmaq üçün keçək faktlara. Aldı görək televiziyalarımız nə dedi:

- Soyğunçuluğa imza atmış oğrular.

Belə çıxır ki, oğrular heç kəsə məlum olmayan qanun-qayda ilə soyğunçuluq eləyəndən sonra bu məsələni sənədləşdirir və altına da imza atırlar ki, bəli, oğru bizik. Heç elə də şey olar? Dünyanın heç yerində görünməyən məntiqsizlik zirvəsi.

- Səhər yeməyini həyata keçirmək…

Sözüm yoxdu.

- Yanğınsöndürənlər alova müdaxilə etdilər.

Sözüm yoxdu.

- Verlişimiz gözəl baş tutdu.

Ümumiyyətlə, «baş tutdu» sözündən birdəfəlik imtina etmək lazımdır, çünki bu söz birləşməsi mini təxribatdır, dilimiz bunsuz da  yaşıya bilər.

- Güllələrə məruz qalerıx.

Bunu da televiziya dilində danışmaq istəyən xalq deyir.

- Messi rəqiblə toqquşub yerə yıxıldı.

Mən bu yaşa gəlmişəm, kiminsə göyə yıxılmağını eşitməmişəm.

- Havanın hərarəti (istiliyi) müsbət (isti) otuz iki dərəcə isti təşkil edəcək.

- Külək topun hərəkətlənməsinə səbəb olur.

- Tualet təmizləməkdə güclü mütəxəssis (təmizləyici toz nəzərdə tutulur)

- Jüri finalının biletləri satılacaq.

Jüri finalı nə deməkdi, axı?..

- Sahibsiz it məktəbdən gələn uşağı dişlədi.

İt dişləmir, tutur.

- Həyətində işləyən altmış yaşlı qadını ilan sancdı.

İlan ağcaqanad deyil ki, sancsın - ilan vurur.

- Camaatı təxliyyə etdilər.

Köçürdülər.

- Əmək tutumu işlər.

?

- Görüşün referesi serbiyalı hakim.

Refere - hakim, ikisi də bir sözdü.

- Marallar çox tez hamilə olur.

Hamilə qadınlar olur, heyvanlar boğaz olur.

- Axtarışı həyata keçirirlər.

Televiziya məkanında «həyata keçirmək» sözünün bəxti açılmaq bilmir ki, bilmir.

- Çoxlu izdiham gördük.

İzdiham elə çoxluq deməkdi (adam çoxluğu), əgər belədirsə «çoxlu izdiham» nə deməkdi, hansı dildədi.

- Qapımızdan gətirdiyimiz toyuğu, hinduşqanı ucuz qiymətə xalqa təqdim edirik.

Bu nə təqdimat mərasimidi axı? Yuxarıdakı sözləri kənddən yarmarkaya gəlmiş adam deyir.

- Balıq dadmayan balıq yağı.

?

- Üstdad kolbasaları…

Üst, orta və alt dad olmur- dad olur, ya da olmur.

- Yaxşı, bərpa olub qurtardın?

Bir kinofilmdən - demək istəyir ki, özünə gəldin?

- Topu (futbol) başla tora yerləşdirdi.

?

- Hərarət (istilik) doqquz dərəcə şaxta olacaq.

?

- Evakuator maşını cərimə meydançasına daşıdı.

Daşıdı yox, apardı. Daşımaq başqa şeydi.

- Hava şəraiti yağmursuz keçəcək.

Hava yağmursuz olacaq.

- Ukraynada əkiz öküzlər dünyaya gəldi.

İnəklər öküz doğa bilməz axı, buzov doğar.

?

- Duş qəbul eləyin.

Duşun, yaxud suyun altına girin. Duş yüksək çinli dövlət məmuru deyil ki, onu qəbul edək.

- Ən çox qanunpozuntusunu pozan televiziya…

Nə deməkdi. Adamın yadına «Tarix Nadir» kitabı düşür.

- Hərarət mənfi on dörd dərəcə şaxta olacaq.

?

- Göbələk toplamalıyam…

Göbələyi yığarlar, adamları bir yerə toplayarlar.

- Eynəyi geyin.

Paltarı geyinərlər, eynəyi isə taxarlar.

- Lui Vanqal jurnalistlərin üzr istəmələrini istəmişdi.

“İstəmək” sözünə elə yazığım gəldi ki…

- 183 ölkənin xarici vətəndaşları.

Nə deməkdi?

- Bizə nahar ver.

«Yemək ver» sözünü qoyub heç vaxt «bizə nahar ver» demirlər.

- Eskalator çalışır.

Çalışmır, işləyir- çalışmaq adama aiddi.

- Bizə öz əlində silah tutmağı bacaran…

«Əli silah tutan» demək istəyir.

- İndi həmin qolu izləyəcəyik.

İzləmək uzun prosesdi, indiki halda «görəcəyik» olmalıdı.

- Hər bütün bir idman növünü göstərirsiniz.

?

Bir idmançının televiziya çıxışından.

- Hər sezonda 100-150 nəfər uşaqlar.

?

- Diz ayaqda ən incə, ən zərif yerdir.

?

- Vitali Kryuçkaya şillə endirdi.

?

- Top qapıya daxil oldu.

Qoool…

- Rəqib oyunçunun komanda yoldaşına ötürdüyü topu qarşılaya bilmədi.

Adamı qarşılayarlar, topu alarlar.

- Messi topu ələ keçirdi.

Bu, voleybol deyil, futboldu. Ona görə də Messi topu ələ keçirmədi, aldı. Hörmətli futbol şərhçisi, sən: «Messi topu ayağına keçirdi» də deyə bilərsən.

- Komandaların görüşməsi baş verdi.

?

- Rəqib qapısına vurulan toplarda Ronaldo böyük pay sahibidi.

Pay başqa şeydi.

- Qapıçı topu tutmaq üçün uzandı.

Nə təhər məsləhətdi.

- Yaşadığı haqda arayış gətirməlidi.

Söhbət harda qeydiyyatda olmaqdan getmir; sadəcə arayış gətirirsən ki, al bax, mən yaşayıram,sağam.

- Köhnə təyyarələr təqaüdə göndərilməlidir.

?

- Digər informasiyalar nəqliyyat nazirliyinin qabağına nəzər yetirdik.

?

- Hücumçu topu ram etdi.

?

- Lakin bəzi bölgələrdə havanın yağmurlu keçəcəyi burda da gözlənilir.

?

- Vəhşi öküzü ram etmək kimə qismət olacaq.

Topu da ram eləyirik, vəhşi öküzü də. Doğurdanmı vəhşi öküzlə futbol topu arasında heç bir fərq yoxdu.

- Bu məsələ bu gün həll olmasa qalacaq balalara. Bu torpaq bizim olub mənasız savaşlardan qabaq.

Vətənpərvərlik haqqında dinlədiyim mahnının sözlərinə fikir verin:

- İcazə versəydiniz özümü sizin gücə etibar etmək istəyirəm.

Səkkiz sözün əvəzinə dörd söz: sizə arxayın olmaq istəyirəm.

- Bu inəklər Hindistanda onların allahlarından biri hesab olunur.

?

- Vəhşi öküz zənciri açıb getdi.

Vəhşi öküz zənciri qıra bilər, aça bilməz, çünki açmaq üçün əl lazımdı- öküzlərin əli olmur.

- Üç xal məsafəsini saxlaya bilmir.

Azərbaycanca deyil.

- Şaşkova (voleybol) topu oyuna daxil edir.

?

- Voleybol salonunda azərkeşlər özlərinə yer tapmırlar, atılıb düşürlər.

Nə deməkdi?

- Bizə zəng edən zəng müəlliflərinin, zəng sahiblərinin adlarını çəkməyin məqamı yetmişdi.

Kasıblığın, dayazlığın, mənasızlığın dərəcəsinə fikir verdinizmi?

- Məşqçi dəyişikliyi baş verib.

?

- Tərəfimizdən cinayət işi açılmışdır.

Cinayət işi açılmışdır.

- Öküzü tutmağın yolunu düzgün təmin etməmişdilər.

?

- Qaraçuxur gölü çərçivələrini aşıb.

?

- Soyuqla mübarizə aparmaq üçün…

Soyuqla mübarizə aparmaq nə deməkdi? Mübarizə aparmaq çox böyük anlamdı, axı…

- Sağlam və güclü saçlar…

?

- İsti geyim əşyaları.

?

- Minlərlə baş mal-qara tələf olub.

?

- Aralı qulaqlar.

Nə deyək?

- Xocalı soyqırımı məsələsini gündəmə gətirmək məsələsi.

?

- Bir-birimizi səfər etmək.

?

- Ağappaq qar örtüyü ilə örtülüb.

?

- Xəzərin Mahaçqaladan keçən hissəsi donub.

Xəzər çay deyil ki, Mahaçqaladan keçsin.

- Komandaların səviyyəsi yüksək səviyyədədir.

Komandaların səviyyəsi yüksəkdir.

- Komandanın qələbəsini rəsmiləşdirdi.

Bütün qələbələr rəsmidir də, qeyri -rəsmi qələbə olmur ki…

- Məsələyə münasibət bildirən Abdulla Gül bildirib ki…

?

- Dəniz suları buz içindədi.

Xeyir, buz dəniz suyunun içindədi.

- Onun keçid yolunu keçən ikinci bir adam yoxdu.

?

- İlin sonunda nəzərdə tutulması gözlənilir.

?

- Komandanın ən iri qələbəsi.

?

- Bataqlıqlar qəribə səslərlə doludur (Vatson)

?

- Mən bir çox uğurlara imza atmışam.

?

- Ətləri (əti) basdırma eləmisiniz? Apteki fəaliyyətə salacaqlar. Şəxsi münasibətlər zəminində. Elə bir mahnılar. İşıqların yanması həllini tapacaq. Liftin işləməsini həyata keçirəcəyik. Adamlarda məlumatlılıq yoxdu. Presedent olmayan çap hadisəsi baş vermişdi. Kəpəyə qarşı çempion… və ilaxır və sair.

Bu cür misalların sayını nə qədər desən uzatmaq olar, nəticədə çox uzuuun bir yol alınar - lap elə burdan Şuşaya qədər…

Bütün bunlar hələ mənim 2011-ci ildə televiziyadan bir ay, ay yarım müddətində ara-sıra götürdüyüm qeydlərdi. Özünüz hesabınızı götürün də… Orasını da deyim ki, dilimizi güvə kimi yeyən bu cür faktların, hansı ayın neçəsində, hansı televiziyanın hansı verilişində, saat neçədə və kim tərəfindən efirə getməsi də məlumdur. Dilimizin xətrinə zərurət yaransa onu da açıqlaya bilərik. Həmin il fevral ayının 20-də Az.TV-də göstərilən «Şerlok Xolms» filmindən bir cümlənin tərcüməsinə fikir verin: Görəsən bu şəraitdə sualtı qayıq tikmək olarmı?

Yaxud fevralın 21-də «İdman” kanalında Saraqoza - Real Betis futbol komandalarının görüşündə şərhçi deyir: Bu hücum öz inkişafını tapa bilmədi. Cümlədə altı söz işlənib, halbuki ordakı fikri iki sözlə də ifadə etmək olar: hücum alınmadı. Demək istəyirəm ki, cümləni yerli -yersiz sözlərlə həddindən artıq ağırlaşdırmaq, yükləmək olmaz. Elektrik naqillərini həddindən artıq yükləyəndə qısa qapanma yaranır. Cümlə də dilin naqilidi, onu da həddindən artıq yükləyəndə qısaqapanma yaranır - Dilin qısa qapanması. Və bütün fəsadlar da bundan sonra boy verir - necə deyərlər, süni mayalanma yolu ilə eybəcər, şikəst, müstər və xəstə cümlələrin döl kompaniyası dilimizin ərazisində hökmranlıq eləyir. Mənim fikrimcə, cümlələrin belə dağıdıcı döl kompaniyasının Baş Qərargahı Azərbaycan televiziya məkanıdır. Ən azı ona görə ki, yuxarıda sadaladığımız saysız-hesabsız faktların hamısı yalnız televiziya məkanından götürülüb və radiolardan, saytlardan, yazılı mətbuatdan götürdüyümüz faktları bu yazıya əlavə etməmişik.

Bu cür vəziyyətdə dil doğub-törəməz olur. Doğub-törəməz Dil isə sonsuz qadınlar kimidir, nəsl yavaş-yavaş itir. İnsanın nəsli itdiyi kimi, belə demək mümkündürsə, Dilin də nəsli itir. Çünki Dil insan deməkdir . Çünki İnsan Dil deməkdir. Dildəki bütün xüsusiyyətlər İnsanda, İnsandakı bütün xüsusiyyətlər dildədir.

Dili qorumağın ən real yolu onu korlamamaqdır. Əgər korlamasaq Dilin özünü qorumaq instinqdi - cəhdi daha da güclənər və gəlib bu vəziyyətə düşməz.

Azərbaycan dilini çox zəif bilən, ingilis dilində bülbül kimi cəh-cəh vuran adam ən yaxşı halda yarımingilis və dörddə bir azərbaycanlıdır. Bu, həm də demoqrafik məsələdir. Çünki sən mənən azərbaycanlı olmasan da, sənəddə bizlərdən biri kimi sayılırsan. Ona görə də hələ 1988-ci ildə Az. TV-dəki «Üzbəüz» verlişində demişdim ki, «öz dilini bilməyən Azərbaycanlını mən emiqrant hesab edirəm». Belə «emiqrant» çoxluğuna qətiyyən yol vermək olmaz, yoxsa doğma dilimiz kəkələyər, pəltək olar. Xəstə dildə sağlam düşüncə olmur.  Sağlam düşüncəli şəxs təpədən-dırnağa silahlanmış adam kimidir - aralıdan görüntüsü bəs eləyir…

İmkan daxilində Azərbaycan dilinin - Dövlət dilimizin ərazisində baş verənlərlə tanış olduq. Vəziyyətin son dərəcə ciddi olduğunu bir daha anladım. Mənə elə gəldi ki, doğma dilimizin heç zaman bu günkü kimi təcili yardıma ehtiyacı olmayıb - rus imperiyasının tərkibində olanda da. Əgər təcili tədbirlər görüb konkret addımlar atılmasa, Ana Dilimiz komaya düşə bilər. Məşhur bir deyim var: Öz ordusunu yedirtməyən xalq, başqasının ordusunu yedirdər. Bu məntiqdən çıxış edərək: Öz dilini qorumayan xalq, başqasının dilində danışmalı olacaq.

Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtaraqla danışırıq, nəticədə dilimizin şirinliyi -şirəsi çəkilir və ilanı yuvasından çıxartmağa qadir olan möhtəşəm Azərbaycan dili əncir qurusuna oxşayır. Mənim aləmimdə televiziyada Azərbaycan dili adı ilə dinləyicilərə sırınan cümlələr, cümlələrin içindəki sözlər çox əzilib-büzülür. Deyəsən, o cümlələrin, o sözləin böyük əksəriyyətini gecələr Tibilisi prospektində adam şəklində görənlər olub...

Dilin namusu elin namusudur - O toxunulmazdır!

Bu, deputat toxunulmazlığına bənzəməz - Dilin namusuna toxunmaq, Torpağın namusuna toxunmaq kimi qəbul olunmalıdır!

Əks halda Ulu öndər Heydər Əliyevdən yadigar qalan konstitusiyadakı məlum və məşhur maddəni dəyişib belə yazmalı olacağıq:

- Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan televiziya məkanın dilidir.

Azərbaycan dilinin korlanmasında əsas səbəbkarın Azərbaycan Televiziya Məkanı olduğunu nəzərə alaraq təklif edirəm:

1. Dilçilərdən və söz adamlarından yaradılmış qrup, televiziyada gedən verilişlərin dili barədə növbətçilik etsinlər.

2. Dillə bağlı nöqsanları televiziya rəhbərinin nəzərinə çatdırsınlar.

3. Dillə bağlı nöqsanlar təkrar olduqda televiziya rəmzi məbləğlə cərimə olunsun. (100 manat)

4. Dillə bağlı nöqsanlar yenə təkrar olduqda həmin televiziya 100 min manat (yüz min manat) cərimə olunsun.

5. Bu da kömək eləməsə həmin televiziyanın lisenziya məsələsinə yenidən baxılsın və lazım gələrsə fəaliyyəti dayandırılsın.

Yoxsa Azərbaycan dili öz fəaliyyətini dayandıracaq.

Seçim özümüzündü.

Seyran SƏXAVƏT

P.S. Bu təklifi radiolara, saytlara və yazılı mətbuata da tətbiq etmək olar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ