Bu gün Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqil Azərbaycan Respublikası daha möhtəşəm gələcəyə addımlayır.
İllərdir ki, bu günü gözləyirdik. Həsrətlə, intizarla, göz yaşları ilə.. Qarabağ adı gələndə ürəyimiz sızlayırdı, nə deyəcəyimizi bilmirdik.
28 ildən çox idi ki, Qarabağ bizim əlçatmaz xəyallarımızın ünvanına çevrilmişdi. Ölkəmizin gələcəyini Qarabağsız, Şuşasız təsəvvür edə bilməsək də onun düşməndən xilas edilməsinin çox çətin olduğunu da anlayırdıq. Lakin buna baxmayaraq dəmir yumruq kimi birləşən Azərbaycan xalqı Qarabağ Müharibəsində milli birlik nümayiş etdirdi.
Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünü başlatdı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə şanlı ordumuz, igid və cəsur əsgərlərimizin qanı, canı bahasına işğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu. Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, Qarabağı Azərbaycana qaytardı.
İlham Əliyev qüdrətli və qəhraman ordusu ilə torpaqlarımızı işğaldan azad etdi, Müzəffər Ali Baş Komandan kimi tarixə düşdü. Qarabağın hər yerində Azərbaycanın üç rəngli bayrağını ucaltdı-tarixi ədaləti bərpa etdi. Böyük qələbə bilavasitə dövlət başısının mükəmməl siyasi savadı, güclü təfəkkürü, diplomatik ustalığı, dəmir iradəsi sayəsində qazanıldı.
Azərbaycan xalqının birlik və həmrəyliyi, Azərbaycan Ordusunun gücü və qüdrəti, Azərbaycan əsgərinin igidliyi, şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına qazanılan qələbə 2020-ci ili müasir müstəqil Azərbaycan dövlətinin tarixinə qızıll hərflərlə yazdı.
Ötən illərdə Azərbaycan təzyiqlərlə, siyasi çəkışmələrlə üzləşdi. Dövlət başçımız İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, müstəqil siyasət apararaq dövləti, xalqı daha da güclü şəkildə gələcəyə daşıdı, canından artıq sevdiyi ölkəsini davamlı olaraq inkişaf etdirdi. Lakin buna baxmayaraq dəmir yumruq kimi birləşən Azərbaycan xalqı Qarabağ Müharibəsində milli birlik nümayiş etdirdi.
Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı.
Noyabrın 8-də şanlı Ordumuz Qarabağın baş tacı Şuşa şəhərini erməni tapdağından azad etdi. Bu tarixi hadisə ilə düşmənin belini qırdı. İndi Qarabağımız rahat nəfəs alır.
Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya Azərbaycanlıları!
İnşallah yaxın zamanlarda Zəngəzur həsrətimizə də son qoyular.
Uzun illər ərzində Prezident İlham Əliyevin özəl günündə, yəni ad günündə qaçqın və məcburi köçkünlərli ziyarət etməsi ənənə halını almışdı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevın şərəfli ömür kitabının, yeni 60-cı səhifəsi açılır. Bu ömür kitabının açılacaq bütün səhifələrinə möhkəm can sağlığı, xoşbəxtlik, davamlı uğurlar və qələbələr yazılmasını arzulayıram.
Ulu Öndərin layiqli davamçısı,Azərbaycan tarixini zəfərlə yazan, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!
60 illik yubleyiniz mübarək, Müzəffər Ali Baş Komandanımız! Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır!
Zəridə KƏRİMOVA Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akademik məsləhətçisi