çərşənbə günü, 11 noyabr 2026
     

“Omikron” üzündən dünya yenidən qapanır, Azərbaycanda “buster” doza ilə peyvəndlənmə tövsiyə edilir…

Image


“Yeddilər qrupu”na daxil olan ölkələrin səhiyyə nazirləri koronavirusun “omikron” ştammının sürətli yayılması ilə əlaqədar yaranmış vəziyyəti dünya səhiyyə sistemi üçün ən böyük təhlükə kimi qəbul etməyə çağırıb. Bu barədə 2021-ci ildə qrupda sədrlik edən Böyük Britaniyanın Səhiyyə Nazirliyi tərəfindən yayılan “yeddilik” təşkilatları rəhbərlərinin görüşünün yekunlarına dair birgə bəyanatda deyilir.

Bildirilir ki, yoluxma hallarının say artımından çox narahat olan nazirlər baş verənlərin qlobal səhiyyə üçün ən böyük təhlükə kimi qəbul edilməsi ilə bağlı razılığa gəliblər. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı “omikron” ştammının artıq 90-dan çox ölkədə yayıldığını elan edib. Qurumun xüsusi nümayəndəsi Devid Nabarro bildirib ki, “omikron” sürətlə yayılır və ona yoluxanların sayı hər iki-üç gündə iki dəfə artır. Nabarro bununla bağlı koronavirus səbəbilə ölüm hallarının artacağını istisna etməyərək, yaxın zamanda problemin ciddi olacağını qeyd edib. ÜST-ün fikrincə, “omikron” ştammının koronavirusun digər variantları ilə müqayisədə daha yüksək sürətlə yayılması xəstəxanaya yerləşdirmə hallarının sayının artmasına və tibb işçiləri ilə səhiyyə sistemlərinə düşən yükün artmasına səbəb olacaq. Ekspertlər qeyd edir ki, bu da öz növbəsində ölüm hallarının artmasına gətirib çıxara bilər. Elə bu fonda “omikron” stammının yayılması ilə bağlı qorxular dərinləşdikcə Avropada yeni məhdudiyyətlər qüvvəyə minir. Bəzi Avropa ölkələri artıq “omikron”un qarşısını almaq və onun yayılma tempini zəiflətmək üçün məhdudiyyətləri geri qaytarırlar. Məsələn, Böyük Britaniyanın paytaxtı Londonda fövqəladə vəziyyət elan edilib. London meri Sadiq Xan “omikron” ştammının sürətlə yayıldığı və yoluxma hallarında artım olduğu üçün bu qərarı verib. O bu xüsusda bildirib: “Xəstəxanaya müraciətlərin sayının artması və tibb işçilərinin çatışmazlığı səbəbindən tərəfdaşlarımızla məsləhətləşərək Londonda fövqəladə vəziyyət elan etmək qərarına gəldim”. Milli Səhiyyə Xidməti və polis kimi həyati əhəmiyyətli qurumların işçilərinin “omikron”un sürətlə yayılması səbəbindən çətin vəziyyətdə olduğunu bildirən mer, Londonda və ölkədə hər kəsin peyvəndin 3-cü dozasını vurdurmağının vacib olduğunu vurğulayıb. Dekabrın 20-dən etibarən Britaniyadan gələn insanlar peyvənd olub-olmamasından asılı olmayaraq iki həftəlik karantinə riayət etməli olacaqlar. Hollandiya da dekabrın 19-dan ciddi milli karantin elan edib. Ölkənin baş naziri Mark Rutte “omikron”  variantının səbəb olduğu yeni infeksiya dalğası səbəbindən ölkəsindəki qapanmanın qaçılmaz olduğunu deyib. Rəsmi Paris isə Yeni il ərəfəsində atəşfəşanlığı ləğv edib. İrlandiyanın Nazirlər Kabineti koronavirus infeksiyasının yayılmasını məhdudlaşdırmaq üçün dekabrın 19-u yerli vaxtla saat 20:00-dan başlayaraq otellərdə, kinoteatrlarda, teatrlarda, bar və restoranlarda komendant saatının tətbiqi ilə bağlı qərar qəbul edib. İrlandiyanın baş naziri Maykl Martin xalqa müraciətində ölkədə yoluxma hallarının artmasının dərin narahatlıq doğurduğunu və bu səbəbdən bəzi tədbirlər görüləcəyini bildirib. Məhdudiyyətlərə distant iş rejiminə keçilməsi də daxildir. Həmçinin vaksinasiya olunmuş insanlar kinoteatr və teatrlarda peyvənd pasportu təqdim etməlidir. Nazirlər Kabineti yeni məhdudiyyətlərin yanvarın 30-dək qüvvədə qalması barədə razılığa gəlsə də, bu tarixin yenidən nəzərdən keçiriləcəyi bildirilir. İtaliyada təhsil müəssisələrində çalışan bütün işçilər və hüquq-mühafizə orqanlarının əməkdaşlarının məcburi vaksinasiyadan keçməsi üzrə qaydalar qüvvəyə minib. Peyvənd olunmayanlar işdən müvəqqəti uzaqlaşdırılacaq, korporativ vəsiqələri müsadirə olunacaq, həmçinin bu şəxslər 1500 avroyadək cərimə oluna bilərlər. Dünyanın digər ölkələrində də eyni vəziyyət hökm sürür. Məsələn, Malayziya hökuməti koronavirusun “omikron” ştamının yayılmasının qarşısını almaq üçün ölkədə Yeni il şənlikləri ilə bağlı böyük tədbirlərin təşkilinə qadağa qoyub. Ölkənin səhiyyə naziri Hayri Camaluddin bu xüsusda bəyan edib: “Yeni il şənlikləri ilə bağlı böyük tədbirlər qadağan edilib, kiçik tədbirlərə isə iştirakçılar COVID-19 testindən keçdikdən sonra icazə verilə bilər”. Məmur əlavə edib ki, bu barədə qərar ölkədə “omikron” ştammına yoluxma ilə əlaqədar iki hal qeydə alındıqdan sonra qəbul edilib.

Onu da qeyd edək ki, koronavirus infeksiyasının bütün ştammları əleyhinə qabaqlayıcı tədbirlər eynidir. İnsanlar sosial məsafəni qorumalı, əl gigiyenasına diqqət etməli, tibbi maska taxmalı və immunitetlərinin yüksək olmasına çalışmalıdırlar. Yoluxmadan qorunmaq üçün ən effektiv profilaktika vaksinasiyadır. Xatırladaq ki, koronavirusdan sağaldıqdan 6 ay sonra xəstəliyə qarşı immun cavab azalmağa başlayır. Ona görə də müəyyən müddətdən sonra bütün ştamlara yoluxma ehtimalı artır. Bütün bunlar nəzərə alınaraq, Azərbaycanda da vətəndaşlara “buster” doza ilə peyvəndlənmə tövsiyə edilir. Bundan başqa, rasional qidalanmaya diqqət etmək lazımdır. Maye qəbulunun və yuxu rejiminin qaydaya salınması vacib məqamlardandır. Nəzərə almaq lazımdır ki, peyvənd olunanların virusa yoluxma risqi aşağıdır və ya onlar xəstəliyi daha yüngül keçirə bilirlər. Vaksinasiya olunanlar arasında xəstəliyi ağırkeçirmə hallarına az rast gəlinir. ÜST-ün Avropa bürosunun rəhbəri Hans Klyuge də vurğulayır ki, vaksinlər, hətta “omikron”la yoluxmada belə xəstəliyin ağır keçməsindən və ölümdən müdafiə edir: “İmkan olduqda, əlavə, “buster” dozasını da vurmaq lazımdır. İzdihamlı yerlərdən uzaq olmaq, hər hansı bir bayram tədbirinin iştirakçılarının sayını məhdudlaşdırmağa çalışmaq və ziyarət etməzdən əvvəl başqalarını yoluxdurmamaq üçün COVID–19 testi vermək lazımdır. Tam peyvənd kursunu başa vursanız belə, bütün profilaktik tədbirlərə əməl edin - izdihamdan qaçın, üzünüzə tam uyğun gələn maskalar taxın, ən azı bir metrlik fiziki məsafəni qoruyun, pəncərə və qapıları açmaqla insanların olduğu yerləri havalandırın, əllərinizi tez-tez yuyun”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ