AVCİYA-nın vitse prezidenti, Azərbaycan Turizm və Menecment Universiteti “İctimai fənlər” kafedrasının professoru Məhərrəm Zülfüqarlının “ Sovet abidələri ilə saxtalaşdırılmış Azərbaycan tarixi” adlı kitabı rus, ingilis, alman, fransız, italyan, ispan, portuaql dilinə tərcümə edilərək nəşr olunub və yayımlanıb.
Kitabda sovet dövründə Azərbaycanın iri şəhər, qəsəbə və kəndlərində abidələri ucaldılmış şəxslərin, konkret olaraq 26 Bakı komissarı, M.Əzizbəyov (1876-1918), N.Nərimanov(1870-1925), P.A.Caparidze ( təxəllüsü Alyoşa) (1880 - 1918), XI qızıl ordu, Q.K.Orconikdze, K.Marks. F.Engels. V.İ.Lenin, S.M.Kirov (1886-1934), M.M.Məmmədyarov (1875-1933), R.Ə.Axundov (1897 - 1938), A.M.Sultanova (1895 - 1938), Q.M.Musabəyov (1888 - 1938),Rixard Zorge (1895 - 1944) bir qisminin ictimai-siyasi fəaliyyəti və həmin abidələr haqqında qısa məlumat verilib.
Kitabın Azərbaycan dilində olan variantının elmi redaktoru professor, Dövlət mükafatı laureatı Kərim Şükürov, rus dilində olan variantının elmi redaktoru isə professor Asif Hacıyevdir.
Kitabın tərcümə və yayımını LAP LAMBERT Academic Publishing (ISBN 978-620-3-92791-7) beynəlxalq nəşriyyatı həyata keçirib.
Xatıraladaq ki, bundan əvvəl M.P. Zülfüqarlının “ XIII-XIV əsrlər tarixinə yeni baxış” kitabı beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olmuş və kitab 7 dilə tərcümə olunaraq yayımlanmışdı. Bundan əlavə, 1941-1945-ci illərdə Bakı Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olmuş general-mayor Məmmədbağır Hadi oğlu Bağırovun fəaliyyətindən bəhs edən “Generalın sirli taleyi”kitabı Aziz- İsrail-Azərbaycan beynəlxalq assosiasiyası tərəfindən İsraildə çap olunub.