Bakıda kütləvi zəhərlənmə olub. Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. Məlumata görə, zəhərlənmə hadisəsi dönərdən baş verib.
Zəhərlənən şəxslər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır. Zəhərlənənlərdən biri 16 yaşlı yeniyetmədir:
"Zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib. Zəhərlənən şəxslər bir ailənin üzvləri deyil, ayrı-ayrı şəxslərdir. Həmin şəxslər müxtəlif saatlarda obyektdən dönər alıb", - məlumatda deyilir.