Yazıçı-publisist, Masallı elinin Vətən sevdalı oğlu Nurəddin Ədiloğlunun Təbrizdə nəşr olunan yeni kitabı “Behişt zəvvarları” adlanır. Odlar yurdu, müdriklər beşiyi Azərbaycan xalqının qəhrəman övladlarından bəhs edən kitab Təbriz şəhərinin “Aydın” nəşriyyatında işıq üzü görüb.
Bu, müəllifin Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza təqdim olunan sayca üçüncü kitabıdır. Kitaba Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi ağcabədili Etibar İsmayılov, Aprel və Tövuz döyüşlərinin “Akula” ləqəbli kəşfiyyatçısı, Masallıdan olan şəhid mayor Anar Novruzov, 44 günlük Vətən müharibəsinin şəhidləri - naxçıvanlı baş leytenant Fuad Əlizadə, lənkəranlı məşhədi Orxan Dadaşlı və başqaları haqqında məqalələr daxil edilib.
Məlumat üçün bildirim ki, yeni nəşrı əski Azərbaycan əlifbasına Solmaz xanım Vəlipur və Elmira Zəncani çevirib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyini üzvü.