“Carqoline” karqo şirkəti müştərilərin ittihamları ilə üzləşib - kim haqlıdır…

“Cargoline” şirkəti: “Sistemdə yenilənmə gedir və problemlər məhz bu səbəbdən yaşanır”

img

Xaricdən sifariş etmək üçün Bakıda bir çox karqo şirkətləri fəaliyyət göstərir. Bunlardan biri də “Cargoline” şirkətidir. Bu şirkətlə bağlı son zamanlar çoxlu sayda şikayətlər səslənir. Bildirilir ki, şirkət sifariş verilən məhsulları vaxtında müştərilərə çatdırmır.

Şikayətçilər qeyd edir ki, “Trendyol”dan məhsullar sifariş ediblər, amma hələ də bağlamaları təhvil verilməyib. Hətta bəzi müştərilərin sifatişi 2 aydan çoxdur ki, təhvil verilməyib.

Şikayətçi Rəvanə Vəlixanova isə qeyd edir ki, tək o yox, bir neçə qohumları da şirkətin “qurban”ı olub: “700 tl-lik (təxminən 93 manat) məhsulum hazırda "Cargoline” adlı karqo şirkətindədir. Bu sifarişləri 17 oktyabr tarixində vermişdim, 21 oktyabrda isə onların xarici anbarına çatdı. Aradan 40 gün keçib, hələ də heç biri gəlməyib. Amma hər həftə “bu həftə gələcək” deyib aldadırlar. Axırıncı dəfə də dedilər ki, bu həftənin 4-5-ci günləri təhvil verəcəyik. Mən isə inanmıram. Tək mən yox, qohumlarımızdan da bir neçə nəfər sifariş verib və aldadılıb”.

Şikayətçilər onu da qeyd edir ki, şirkətin filiallarının bağlanması onları pis vəziyyətdə qoyur.

  • “Mən müştərilərin özünə də dəfələrlə demişəm ki, yenilənmə var, heç nə edə bilmirdik, nə çıxış edə, nə də gömrüyə girə bilirdik”

Məsələ ilə bağlı “Cargoline” şirkətindən bildirildi ki, bir aya yaxındır sistemdə yenilənmə gedir və problemlər məhz bu səbəbdən yaşanır: “Mən müştərilərin özünə də dəfələrlə demişəm ki, yenilənmə var. 28 gün mən sistemin yenilənməsini gözləmişəm. Heç nə edə bilmirdik: nə çıxış edə, nə də gömrüyə girə bilirdik. Bu bazar günü malları çeşidləyib təhvil verəcəyik”.

Günel CƏLİLOVA

Son xəbərlər